Xəbər lentiwidget-title-icon

Magistratura və doktoranturanı bitirən zabitlər rütbəni 1 il tez alacaqlar
Tələbələrə BakıKart ödənişləri ilə bağlı ŞAD XƏBƏR
Bilik Gününə həsr olunmuş intellektual yarış keçirilib
Böyük fürsətlər, real çətinliklər: Azərbaycanda tələbə olmaq nə qazandırır, nəyi alır?
Emin Əmrullayevin Yardımlıdakı vətəndaş qəbulunun vaxtı dəyişib
“Moon Kids” uşaq bağçasının direktoruna hökm oxunub
“Buraxılış imtahanlarının məzmununda dəyişikliklər nəzərdə tutulmalıdır”
Bu siniflərin dərs saatı artırılıb
Məktəblərin tədris planları TƏSDİQLƏNİB
Kitab oxuyanlara pul veriləcək
MİQ imtahanları birbaşa universitetlərdə keçirilsin - TƏKLİF
“Uşağa "artıq oyun qurtardı" deməyin” - Pedaqoqdan valideynlərə XƏBƏRDARLIQ
Emin Əmrullayevin psixoloqlarla bağlı açıqlamasına ekspertdən DƏSTƏK
Şagirdlərin davamiyyətinin yaxşılaşdırılması üçün hansı işlər görülməlidir? - CAVAB
Övladlarının əməlinə görə məktəbə çağırılan valideynlərə XƏBƏRDARLIQ EDİLDİ
"Müəllim sinifdə bu problemlərlə tək qalır" - Əməkdar müəllimdən AÇIQLAMA
ARTİ-də doktoranturaya qəbul imtahanı keçirilib
Türkiyədə qeyri-adi hadisə: Bir məktəbdə 27 cüt əkiz təhsil alır
Taksi sürücüləri üçün test imtahanı keçiriləcək
Məktəbdə bibər qazı səbəbindən 24 nəfər xəsarət alıb
Nazir müavini Həsən Həsənli Sumqayıtda Bilik Günü tədbirində iştirak edib - FOTO
Toronto Universitetinin azərbaycanlı məzununun adı Kanadada əbədiləşdirilib
Təhsilin vəziyyəti hər kəsi narahat edir - Bu qurumlar birləşsə, arzuolunmaz nəticələr baş verə bilər
Gəncə-Daşkəsəndə yeni dərs ili: 96 müəssisədə iş aparılıb
Zaqatalada əsaslı təmir olunan gimnaziyanın açılışı olub - FOTO

İmtahanlara cəlb edilən zal nəzarətçiləri üçün təlimlər keçirilir

İmtahanlara cəlb edilən zal nəzarətçiləri üçün təlimlər keçirilir

Zal nəzarətçisi qismində imtahanlarda iştirak edəcək şəxslər üçün təlimlər 13 yanvar tarixində başlanılır.

Bu barədə Dövlət İmtahan Mərkəzindən məlumat verilib.

Bildirilib ki, təlimlərə təcrübəsi az olan və imtahanlarda nəzarətçi qismində ilk dəfə iştirak edəcək şəxslər cəlb olunur.

2025-ci il yanvarın 31-dək davam edəcək təlimlər Dövlət İmtahan Mərkəzinin məsul əməkdaşları tərəfindən aparılacaq. Təlimlər respublikanın bütün şəhər və rayonlarında keçiriləcək və 3915 zal nəzarətçisinin bu prosesdə iştirak edəcəyi gözlənilir.

Təlimlər:

– nəzarətçilərin fərdi keyfiyyətləri ilə yaxından tanış olmaq;

– şəxsi anket məlumatlarını dəqiqləşdirmək;

– onlara imtahan texnologiyalarını və imtahanın gedişi ilə bağlı prosedur qaydalarını mənimsətmək;

– imtahan iştirakçıları auditoriyasının – imtahan zalının idarə olunmasında peşəkarlığın əldə olunması baxımından mühüm olan məqamları izah etmək;

– imtahanın gedişində rast gəlinəcək problemlərin həlli yollarını izah etmək;

– nəzarətçi–iştirakçı, nəzarətçi–imtahan rəhbəri münasibətlərinin tənzimlənməsində əsas tutulmalı qaydaları onların diqqətinə çatdırmaq;

– xüsusi hallarda onların operativ qərar qəbuletmə qabiliyyətlərini interaktiv üsullarla – sorğu-suallarla ortaya çıxarmaq məqsədilə keçirilir.

Təlimlər ayrı-ayrı rayonlar (şəhərlər) üzrə 15-20 nəfərlik qruplarla həyata keçirilir. Təlimlərdə iştirakçılara imtahanın gedişi – imtahan iştirakçılarının imtahan zalına buraxılması, sənədlərinin yoxlanılması, imtahan zalı üzrə yerləşdirilməsi, cavab kartlarının (vərəqlərinin) və sual kitabçalarının paylanması və yığılması- zamanı diqqət etməli olduqları məqamlar, imtahanın gedişi haqqında protokolun doldurulma forması, imtahan iştirakçılarının davranış qaydaları, imtahan prosesində imtahan rəhbərləri ilə fəaliyyətin əlaqələndirilməsi və imtahan zalının idarə olunması qaydaları izah olunur. Bunların yaddaşda möhkəmləndirilməsi məqsədi ilə imtahanın bütün mərhələlərini özündə əks etdirən təqdimat və videorolik nümayiş etdirilir. Təlimlərdə həmçinin açıq tipli, o cümlədən yazılı cavablandırılması tələb olunan test tapşırıqlarının cavablarının qeyd olunması və xarici dil fənni üzrə imtahanda “dinləyib-anlama” bacarıqlarının yoxlanılması üçün istifadə olunacaq dinləmə qurğusunun istifadə qaydaları nəzarətçilərin diqqətinə çatdırılır.

Qeyd edək ki, “Nəzarətçilərin elektron qeydiyyatı” sistemində, ümumilikdə 14753 zal nəzarətçisi haqqında məlumat var. Bazada qeydiyyatda olan, əvvəlki illərdə keçirilən imtahanlarda iştirak edən və göstəriciləri yaxşı olan digər müəllimlər üçün də bu il keçiriləcək imtahanlara təyinat aldıqdan bir neçə gün sonra təlimlər keçirilməsi nəzərdə tutulur.

Təlimlərin qrafiki ilə buradan tanış ola bilərsiniz. Təlimlərdə iştirak edəcək zal nəzarətçilərinin siyahısı nəzarətçilərin elektron qeydiyyatı sistemi vasitəsilə rayon və məktəb üzrə əlaqələndiricilərə təqdim olunur.

Oxşar xəbərlər

Bütün xəbərlər