Xəbər lentiwidget-title-icon

Zəfərlə bağlı mövzular hansı dərslik və kurikulumlara daxil edilib?
AzTU komandaları beynəlxalq olimpiadada qalib olub
AzMİU-da 8 Noyabr - Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
Bir qrup media işçisi təltif edilib – SƏRƏNCAM
Somali səfiri ADNSU-da olub - FOTO
Özəl universitetlərdə tibb ixtisası açılsın - TƏKLİF
Əmək haqqı ödənişləri elektronlaşdırılacaq
Aqrar sığorta ekspertliyi üzrə imtahana qeydiyyat davam edir
Türkiyədə şagird və tələbələrin nailiyyətləri süni intellektlə qiymətləndiriləcək
İlham Əliyev sammit iştirakçılarına müraciət ünvanlayıb
Təhsil müəssisələrində Zəfərin altıncı ildönümünə həsr olunan silsilə tədbirlər keçiriləcək
MDU-da doktoranturaya ödənişsiz hazırlıq kursu başlayıb
Məleykə Abbaszadə V "Yüksəliş" in qalibləri ilə görüşüb
MİQ-də ehtiyatda qalan namizədlərə şans
Daha bir universitetdə hüquq və tibb ixtisaslarının açılması planlaşdırılır - EKSKLÜZİV
Kollec tələbəsi bıçaqlanıb
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
Tələbə qızların fotolarını yayıb, silmək üçün pul tələb edirlər
Müəllim və tələbələr üçün “İlk yardımın göstərilməsi” mövzusunda təlim keçirilib
BDU Jurnalistika fakültəsinə yeni dekan seçiləcək - NAMİZƏDLƏR
“TəhsilPlus”la ödəniş zamanı yaranan çətinliklərin səbəbi AÇIQLANIB
BMU-nun tələbəsi vəfat edib - FOTO
Kənd məktəblərinə gedən müəllimlər üçün 21 milyon manat ayrılacaq
Şagirdlərin elektron yerdəyişməsi prosesinə başlanılır
“Qırmızı Ürəklər” Təhsil Təqaüd Proqramına müraciət başlayıb

Mikrobiologiya İnstitutunda Zəfər Günü və Dövlət Bayrağı Günü qeyd olunub - FOTO

Mikrobiologiya İnstitutunda Zəfər Günü və Dövlət Bayrağı Günü qeyd olunub - FOTO

Elm və Təhsil Nazirliyinin Mikrobiologiya İnstitutunda Gənc Alim və Mütəxəssislər Şurasının (GAMŞ) təşkilatçılığı ilə Zəfər Günü və Dövlət Bayrağı Gününə həsr olunmuş tədbir keçirilib.

İnstitutdan "tehsilmedia.info" a bildirilib ki, öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, ölkəmizin ərazi bütövlüyü uğrunda həyatlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan institutun Gənc Alim və Mütəxəssislər Şurasının sədri Aytən Bayramova hər iki əlamətdar gün münasibətilə əməkdaşları təbrik edərək “8 Noyabr – Şanlı Zəfər tariximiz” mövzusunda məruzə ilə çıxış edib. O qeyd edib ki, Vətən müharibəsi tariximizin ən parlaq səhifəsinə, Azərbaycan xalqının qürur mənbəyinə çevrilib. Xalqımız öz liderinin – Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin ətrafında sıx birləşərək bütün dünyaya öz gücünü, mətnliyini, mübarizliyini nümayiş etdirdi. Qarabağ Zəfəri qəhrəman əsgər və zabitlərimizin, şəhidlərimizin qanı və canı bahasına qazanılıb. Xalqımız və rəşadətli ordumuz 44 gündə şanlı tarix yazaraq 30 illik işğala son qoydu, ərazi bütövlüyümüz bərpa olundu.

Yığıncaqda Gənc Alim və Mütəxəssislər Şurasının üzvləri Aygün Behbudova və Əfsanə Cəmilli çıxış edərək Zəfər Gününün ölkəmizin tarixində ən şərəfli, ən əlamətdar bir gün olduğunu qeyd edərək ordumuzun rəşadəti, xalqımızın iradə, birlik və həmrəylik nümayiş etdirərək “Dəmir yumruq” ətrafında sıx birləşməsi sayəsində əldə olunan bu Zəfərin hər birimiz üçün sonsuz qürur mənbəyi olduğunu vurğulayıblar.

Sonra GAMŞ-ın üzvü Əsmər Məmmədova 9 Noyabr – Dövlət Bayrağı Gününün təsis tarixindən bəhs edib. O bildirib ki, dövlətçiliyimizin mühüm atributlarından olan üçrəngli bayrağımızın dalğalanması üçün xalqımız şəhidlər verib. Hər bir Azərbaycan vətəndaşı üçün bayraq qürur mənbəyidir. Bu gün Azərbaycan bayrağı dünyanın ən mötəbər kürsülərindən ucalır. Bu bayrağı hər zaman uca tutmaq hər bir azərbaycanlının borcudur.

Tədbirdə 44 gün davam edən Vətən müharibəsinin parlaq səhifələrindən bəhs edən videoçarx nümayiş etdirilib.

Sonra gənclər Müzəffər Azərbaycan Ordusunun şanlı qələbəsinin canlı muzeyi olan Hərbi Qənimətlər Parkını ziyarət edib.

Mikrobiologiya İnstitutunda Zəfər Günü və Dövlət Bayrağı Günü qeyd olunub - FOTO
Mikrobiologiya İnstitutunda Zəfər Günü və Dövlət Bayrağı Günü qeyd olunub - FOTO

Oxşar xəbərlər

Bütün xəbərlər