Xəbər lentiwidget-title-icon

Türkiyədə şagird və tələbələrin nailiyyətləri süni intellektlə qiymətləndiriləcək
İlham Əliyev sammit iştirakçılarına müraciət ünvanlayıb
Təhsil müəssisələrində Zəfərin altıncı ildönümünə həsr olunan silsilə tədbirlər keçiriləcək
MDU-da doktoranturaya ödənişsiz hazırlıq kursu başlayıb
Məleykə Abbaszadə V "Yüksəliş" in qalibləri ilə görüşüb
MİQ-də ehtiyatda qalan namizədlərə şans
Daha bir universitetdə hüquq və tibb ixtisaslarının açılması planlaşdırılır - EKSKLÜZİV
Kollec tələbəsi bıçaqlanıb
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
Tələbə qızların fotolarını yayıb, silmək üçün pul tələb edirlər
Müəllim və tələbələr üçün “İlk yardımın göstərilməsi” mövzusunda təlim keçirilib
BDU Jurnalistika fakültəsinə yeni dekan seçiləcək - NAMİZƏDLƏR
“TəhsilPlus”la ödəniş zamanı yaranan çətinliklərin səbəbi AÇIQLANIB
BMU-nun tələbəsi vəfat edib - FOTO
Kənd məktəblərinə gedən müəllimlər üçün 21 milyon manat ayrılacaq
Şagirdlərin elektron yerdəyişməsi prosesinə başlanılır
“Qırmızı Ürəklər” Təhsil Təqaüd Proqramına müraciət başlayıb
150 məktəbə şagird sayına görə pul ayrılacaq
Bağça müəllimlərinin sertifikatlaşdırılmasında suallar bu mövzulardan olacaq
Google məktəblərə süni intellektdən istifadə şərti qoyur
Gimnaziyada 50 minlik MƏNİMSƏMƏ - Nazirlik məhkəməyə üz tutdu
Bağça müəllimlərinin sertifikasiya sənədi açıqlanıb
Müəllimlərdən sonra tələbələrə də nəqliyyat güzəşti təklif olunur
Gəncədəki bağça ilə bağlı iddialar araşdırılıb - RTİ
Türkiyədə təcrübə keçən tələbələr rektorla görüşüb

ADNSU-da Ankara Universitetinin rektoru ilə görüş keçirilib

ADNSU-da Ankara Universitetinin rektoru ilə görüş keçirilib

Noyabrın 14-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektor əvəzi, dosent Vazeh Əskərov Ankara Universitetinin rektoru, professor Necdet Ünüvar və rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

tehsilmedia.info xəbər verir ki, qonaqları universitetdə salamladıqdan sonra dosent Vazeh Əskərov ADNSU-nun yaranma tarixi, tədris prosesi, ixtisaslar, universitetin beynəlxalq əlaqələri və ikili diplom proqramları, eləcə də ADNSU-nun nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universiteti (UFAZ) haqqında ətraflı məlumat verib.

Türkiyənin bir çox ali təhsil müəssisələri ilə əlaqələrin olduğunu deyən dosent Vazeh Əskərov Ankara Universiteti ilə də bir sıra prioritet istiqamətlərdə əməkdaşlığın genişləndirilməsinin, o cümlədən birgə elmi-tədqiqat işlərinin aparılmasının önəmindən danışıb.
ADNSU-da olmaqdan məmnun olduğunu deyən Ankara Universitetinin rektoru, professor Necdet Ünüvar Azərbaycanda bir neçə universitetlə müxtəlif sahələrdə mövcud elmi əməkdaşlıqlarının olduğunu, lakin neft və sənaye üzrə əməkdaşlığın olmadığını bildirib. Bu səbəbdən də hər iki ali təhsil müəssisəsinin mövcud fakültələri arasında qarşılıqlı, faydalı əməkdaşlığa əsaslanan elmi-tədqiqat işlərinin aparılması, layihələrin yerinə yetirilməsi, həmçinin professor-müəllim heyətinin mübadiləsində maraqlı olduqlarını bildirib.
Görüşdə, həmçinin universitetlər arasında əməkdaşlıq oluna biləcək istiqamətlər üzrə fikir mübadiləsi aparılıb. Yüksək ixtisaslı kadrların hazırlanması, tədrisdə yüksək texnologiyaların tətbiqi və birgə elmi tədqiqat işlərinin həyata keçirilməsi, beynəlxalq təcrübənin tətbiqi və digər mövzular müzakirə edilib.
Sonra Ankara Universitetinin rektoru, professor Necdet Ünüvar ADNSU-nun 100 illik yubiley medalı ilə təltif edilib. Görüşün sonunda tərəflər bir-birinə xatirə hədiyyələri təqdim ediblər.
Qonaqlar universiteti gəzərək daha yaxından tanış olublar, ADNSU-nun Tarix muzeyini ziyarət edib Azərbaycan-Türkiyə Dostluq Mərkəzində dərs prosesini izləyiblər.

Oxşar xəbərlər

Bütün xəbərlər