Xəbər lentiwidget-title-icon

Zəfərlə bağlı mövzular hansı dərslik və kurikulumlara daxil edilib?
AzTU komandaları beynəlxalq olimpiadada qalib olub
AzMİU-da 8 Noyabr - Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
Bir qrup media işçisi təltif edilib – SƏRƏNCAM
Somali səfiri ADNSU-da olub - FOTO
Özəl universitetlərdə tibb ixtisası açılsın - TƏKLİF
Əmək haqqı ödənişləri elektronlaşdırılacaq
Aqrar sığorta ekspertliyi üzrə imtahana qeydiyyat davam edir
Türkiyədə şagird və tələbələrin nailiyyətləri süni intellektlə qiymətləndiriləcək
İlham Əliyev sammit iştirakçılarına müraciət ünvanlayıb
Təhsil müəssisələrində Zəfərin altıncı ildönümünə həsr olunan silsilə tədbirlər keçiriləcək
MDU-da doktoranturaya ödənişsiz hazırlıq kursu başlayıb
Məleykə Abbaszadə V "Yüksəliş" in qalibləri ilə görüşüb
MİQ-də ehtiyatda qalan namizədlərə şans
Daha bir universitetdə hüquq və tibb ixtisaslarının açılması planlaşdırılır - EKSKLÜZİV
Kollec tələbəsi bıçaqlanıb
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
Tələbə qızların fotolarını yayıb, silmək üçün pul tələb edirlər
Müəllim və tələbələr üçün “İlk yardımın göstərilməsi” mövzusunda təlim keçirilib
BDU Jurnalistika fakültəsinə yeni dekan seçiləcək - NAMİZƏDLƏR
“TəhsilPlus”la ödəniş zamanı yaranan çətinliklərin səbəbi AÇIQLANIB
BMU-nun tələbəsi vəfat edib - FOTO
Kənd məktəblərinə gedən müəllimlər üçün 21 milyon manat ayrılacaq
Şagirdlərin elektron yerdəyişməsi prosesinə başlanılır
“Qırmızı Ürəklər” Təhsil Təqaüd Proqramına müraciət başlayıb

AzMİU tələbələrinə təqaüd proqramı haqqında məlumat verilib

AzMİU tələbələrinə təqaüd proqramı haqqında məlumat verilib

Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) İnformasiya-kommunikasiya texnologiyaları (İKT) üzrə təhsil alan tələbələr üçün “Technest’’ Təqaüd Proqramı barədə infosessiya keçirilib.

tehsilmedia.info xəbər verir ki, infosessiyanın məqsədi tələbələri İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) həyata keçirdiyi “Technest” Təqaüd Proqramı barədə məlumatlandırmaq, İKT sahəsində kadr potensialının artırılmasına dəstək olmaqdır.
50-dən çox tələbənin iştirak etdiyi infosessiyada AzMİU-nun Mexanika və İnformasiya Texnologiyaları fakültəsinin dekanı Sabir Məmmədov və İnformasiya və kommunikasiya texnologiyaları mərkəzinin direktoru Sərxan Talıbzadə çıxış edərək qonaqları salamlayıb, “Technest” Təqaüd Proqramının əhəmiyyətinə diqqət çəkiblər.

Daha sonra Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin əməkdaşı Fərzəli Vəliyev və “Technest” proqramının nümayəndəsi Babək Feyziyev çıxış edərək proqram haqqında ətraflı məlumat veriblər.

İnfosessiyada karyera inkişafına təqaüdlü dəstək olan “Technest” layihəsinin əhəmiyyətindən, burada yer alan proqramlar və qəbul şərtləri, onun tələbələr üçün yaratdığı imkanlarından bəhs olunub. 2022/2023-cü illərdə dünyanı təhdid edən kiber hücumlara qarşı Azərbaycanda mütəxəssis azlığından danışılıb. Bu sahədə kadr ehtiyatının artırılmasının vacibliyinə toxunulub. Tələbələrə rəqəmsallaşan dünyanın tələb etdiyi yeni peşə sahələri üzrə bilik və bacarıqları təkmilləşdirmək və proqramın verdiyi imkanlardan yararlanmaq məsləhət görülüb.

Sonda təqaüd proqramı ilə bağlı tələbələrin sualları cavablandırılıb.

Qeyd edək ki, “Technest” Təqaüd Proqramına 18 yaşdan yuxarı hər bir Azərbaycan vətəndaşı müraciət edə bilər. “Technest”ə onlayn müraciət edən şəxslər tədris proqramına uyğun olaraq bir və ya bir neçə imtahan və müsahibə mərhələlərindən keçəcəklər. Yalnız bütün mərhələləri uğurla bitirən namizədlər təqaüd əsaslı təhsilə cəlb olunacaq. Proqrama son qeydiyyat tarixi isə 30 noyabr 2023-cü ildir.

Oxşar xəbərlər

Bütün xəbərlər