Xəbər lentiwidget-title-icon

Zəfərlə bağlı mövzular hansı dərslik və kurikulumlara daxil edilib?
AzTU komandaları beynəlxalq olimpiadada qalib olub
AzMİU-da 8 Noyabr - Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
Bir qrup media işçisi təltif edilib – SƏRƏNCAM
Somali səfiri ADNSU-da olub - FOTO
Özəl universitetlərdə tibb ixtisası açılsın - TƏKLİF
Əmək haqqı ödənişləri elektronlaşdırılacaq
Aqrar sığorta ekspertliyi üzrə imtahana qeydiyyat davam edir
Türkiyədə şagird və tələbələrin nailiyyətləri süni intellektlə qiymətləndiriləcək
İlham Əliyev sammit iştirakçılarına müraciət ünvanlayıb
Təhsil müəssisələrində Zəfərin altıncı ildönümünə həsr olunan silsilə tədbirlər keçiriləcək
MDU-da doktoranturaya ödənişsiz hazırlıq kursu başlayıb
Məleykə Abbaszadə V "Yüksəliş" in qalibləri ilə görüşüb
MİQ-də ehtiyatda qalan namizədlərə şans
Daha bir universitetdə hüquq və tibb ixtisaslarının açılması planlaşdırılır - EKSKLÜZİV
Kollec tələbəsi bıçaqlanıb
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
Tələbə qızların fotolarını yayıb, silmək üçün pul tələb edirlər
Müəllim və tələbələr üçün “İlk yardımın göstərilməsi” mövzusunda təlim keçirilib
BDU Jurnalistika fakültəsinə yeni dekan seçiləcək - NAMİZƏDLƏR
“TəhsilPlus”la ödəniş zamanı yaranan çətinliklərin səbəbi AÇIQLANIB
BMU-nun tələbəsi vəfat edib - FOTO
Kənd məktəblərinə gedən müəllimlər üçün 21 milyon manat ayrılacaq
Şagirdlərin elektron yerdəyişməsi prosesinə başlanılır
“Qırmızı Ürəklər” Təhsil Təqaüd Proqramına müraciət başlayıb

ADNSU-da 30 aprel terror qurbanlarının xatirəsi yad edilib - FOTO

Aprelin 30-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) 30 aprel terror qurbanlarının xatirəsinə həsr olunmuş anım tədbiri keçirilib.

Bu barədə "tehsilmedia.info"a ADNSU-dan biıdirilib.

Universitetin professor-müəllim heyəti və faciə qurbanlarının yaxınlarının iştirak etdiyi anım mərasimi 30 aprel terror qurbanlarının xatirəsinə qoyulmuş barelyefin önündə keçirilib. Abidənin önünə ADNSU kollektivi adından əklil qoyulub, gül dəstələri düzülüb.  

Tədbirdə çıxış edən ADNSU-nun rektoru, professor Mustafa Babanlı faciə qurbanlarının ailələrinə və yaxınlarına başsağlığı verərək 14 il əvvəl törədilmiş terror hadisəsindən danışıb və bu qətliam nəticəsində ADNSU-nun çox dəyərli müəllim və tələbələrinin həyatına son qoyulduğunu deyib.

Faciə qurbanlarının xatirəsinin universitetdə daim əziz tutulduğunu qeyd edən rektor, professor Mustafa Babanlı universitetin Vətən müharibəsində şəhid olmuş 23 nəfər məzunun xatirəsinin də hər zaman dərin ehtiramla yad ediləcəyini bildirib.  

Anım tədbirində 30 aprel hadisəsindən bəhs edən video-çarx nümayiş olunub. Sonra terror qurbanlarının ailə üzvləri həyatını itirmiş əzizlərinin xatirəsinin ADNSU-da daim yad edildiyinə görə universitet rəhbərliyinə təşəkkür edərək razılıqlarını bildiriblər.

Qeyd edək ki, Azərbaycan Dövlət Neft Akademiyasında (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universitetində) 2009-cu il aprelin 30-da törədilmiş terror aktından 14 il keçir. Qanlı hadisə nəticəsində 12 nəfər həlak olub, 13 nəfər ağır xəsarət alıb. 2017-ci il fevralın 18-də ADNSU-nun terror aktının törədildiyi II tədris korpusunun foyesində hadisə qurbanlarının xatirəsinə həsr olunmuş barelyef açılıb və hər il aprelin 30-da - hadisənin baş verdiyi tarixdə, həmin saatlarda universitet rəhbərliyinin, rəsmi şəxslərin və terrakt nəticəsində həyatlarını itirmiş insanların yaxınlarının iştirakı ilə anım tədbiri keçirilir, terror qurbanlarının xatirəsi yad edilir.

Oxşar xəbərlər

Bütün xəbərlər