Xəbər lentiwidget-title-icon

AzTU komandaları beynəlxalq olimpiadada qalib olub
AzMİU-da 8 Noyabr - Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
Bir qrup media işçisi təltif edilib – SƏRƏNCAM
Somali səfiri ADNSU-da olub - FOTO
Özəl universitetlərdə tibb ixtisası açılsın - TƏKLİF
Əmək haqqı ödənişləri elektronlaşdırılacaq
Aqrar sığorta ekspertliyi üzrə imtahana qeydiyyat davam edir
Türkiyədə şagird və tələbələrin nailiyyətləri süni intellektlə qiymətləndiriləcək
İlham Əliyev sammit iştirakçılarına müraciət ünvanlayıb
Təhsil müəssisələrində Zəfərin altıncı ildönümünə həsr olunan silsilə tədbirlər keçiriləcək
MDU-da doktoranturaya ödənişsiz hazırlıq kursu başlayıb
Məleykə Abbaszadə V "Yüksəliş" in qalibləri ilə görüşüb
MİQ-də ehtiyatda qalan namizədlərə şans
Daha bir universitetdə hüquq və tibb ixtisaslarının açılması planlaşdırılır - EKSKLÜZİV
Kollec tələbəsi bıçaqlanıb
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
Tələbə qızların fotolarını yayıb, silmək üçün pul tələb edirlər
Müəllim və tələbələr üçün “İlk yardımın göstərilməsi” mövzusunda təlim keçirilib
BDU Jurnalistika fakültəsinə yeni dekan seçiləcək - NAMİZƏDLƏR
“TəhsilPlus”la ödəniş zamanı yaranan çətinliklərin səbəbi AÇIQLANIB
BMU-nun tələbəsi vəfat edib - FOTO
Kənd məktəblərinə gedən müəllimlər üçün 21 milyon manat ayrılacaq
Şagirdlərin elektron yerdəyişməsi prosesinə başlanılır
“Qırmızı Ürəklər” Təhsil Təqaüd Proqramına müraciət başlayıb
150 məktəbə şagird sayına görə pul ayrılacaq

Yaralanan şagirdlər, qalmaqallı məktəblər: Azərbaycan təhsilində nə baş verir?

Yaralanan şagirdlər, qalmaqallı məktəblər: Azərbaycan təhsilində nə baş verir?

Son günlər məktəblərdə ardıcıl olaraq bir neçə qalmaqallı hadisə baş verib. 

Belə ki, Bakının Ramana qəsəbəsindəki 90 saylı məktəbdə şagirdin xəsarət alması, yaxud Bakı şəhəri 75 nömrəli tam orta məktəbdə şagirdlərdən birinin əlindəki naməlum əşya ilə digər məktəblini yaralaması, Suraxanı rayonundakı 89 nömrəli orta məktəbin 7-ci sinfində təhsil alan şagirdlərdən birinin ayaqyolunda zorakılıqla üzləşməsi və nəhayət, Quba-Xaçmaz Regional Təhsil İdarəsinin müdiri Rüfət Hacıyevin 9-cu sinif şagirdini döyməsi ilə bağlı məlumatlar yayılıb. Qeyd edək ki, ötən il məktəblərdə bu kimi neqativ hadisələr daha çox baş vermişdi ki, onların sırasında məhz müəllimlərlə bağlı videolar da üstünlük təşkil edirdi. 

Məktəblərdə baş verən bu proseslər ictimaiyyət tərəfindən birmənalı qarşılanmır, məktəbə olan etibarın zədələnməsinə gətirib çıxarır. Bu sahədə baş verən proseslərlə bağlı isə bir qrup valideyn məktəbi, digər qrup isə valideynləri, şagirdlərin düzgün tərbiyə olunmamasını əsas gətirirlər.

Son günlər baş verən hadisələri də nəzərə alsaq, məktəblərdə yaranan bu mənzərənin səbəbi və onun həlli yolu nədir? 

tehsilmedia.info xəbər verir ki, təhsil üzrə ekspert Elşən Qafarov Cebhe.info-ya bildirib ki, təhsil cəmiyyətin bütün təbəqələrini əhatə edən bir sahədir:

Yaralanan şagirdlər, qalmaqallı məktəblər: Azərbaycan təhsilində nə baş verir?

“Ümumtəhsildə 1 milyon 600 min şagird oxuyur. Ölkənin 11 milyona yaxın əhalisinin hər biri ümumtəhsillə yaxından-uzaqdan bağlıdır. Burada əsas məsələ odur ki, zaman-zaman 1 miyon 600 min şagirdin arasında müəyyən hadisələr baş verə bilir və cəmiyyət də təhsilə həssas olduğu üçün bu sahə daha çox maraq doğurur.

Son günlərdə baş verən hadisələrə gəldikdə isə şagirdin bıçaqlanması, yaxud uşağın gözünün göyərməsi hadisəsi vardı. Bir neçə gündən sonra məlum oldu ki, uşağı sinif yoldaşı itələyib və o yıxıldığına görə gözü qaralıb. Bunu məktəb rəhbərinin ört-basdır etmək istəməsi, nəticədə hadisənin bir neçə gün sonra üzə çıxması çox mənfi fikirlər doğurdu. Direktorların məktəbdə baş verən hadisələri ört-basdır etmək istəyi onunla bağlıdır ki, ictimai qınaqdan qorxurlar. Sistem elə qurulmalıdır ki, baş verən hadisə ilə bağlı ilk növbədə məktəb direktoru özü məlumat versin”. 

Ekspert hesab edir ki, məhz hadisəni gizlətdiyinə görə, məktəb direktorlarına hansısa cəza verilməlidir: 

“Göstərilməldiir ki, bundan sonra bu hadisələr gizlədilməməliidr. O ki qaldı Quba-Xaçmaz regional təhsil idarəsinin rəhbərinin şagirdi döyməsi hadisəsinə, bu, az inandırıcı bir haldır. Çünki təhsil idarəetmə orqanının böyük bir region üzrə başçısı ora hansısa bir uşağı döymək üçün getməyib. O, öz statusunu çox yaxşı bilir və həmin şəxs məktəb rəhbərliyindən o səviyyəyə qədər qalxıb. Düşünürəm ki, bu məsələdə araşdırmanın sonunu gözləmək lazımdır. Ancaq istənilən halda o statusda olan məmurun gedib hansısa məktəbdə şagirdi vurması qeyri-məntiqi görünür”. 

Ekspert, ümumiyyətlə, bu hadisələrin baş verməməsi üçün illərdir məktəblərin nizamnaməsinin hazırlanmasını əsas şərt kimi görür: 

“Məktəbin nizamnaməsinin şərtlərinə həm müəllim, həm şagird, həm valideyn, həm də təhsil prosesinin digər tərəfləri əməl etməlidir. Ümumtəhsil məktəblərində davranış qaydalarına mükafat və cəza sistemi müəyyən olmalıdır. Bizdə bu sistemlərin hər ikisi olmadığına görə idarəetmədə ciddi fəsadlar var”. 

Məktəblərdə nəzarətlə bağlı isə ekspert deyir ki, 1 milyon 600 min şagirdin hər birinin yanına bir mühafizəçi qoymaq olmaz:

“Tərbiyə sistemi bu da qaydalar əsasında olmalıdır. Məktəbdə hər şey nizamnaməyə uyğun idarə olunmalıdır. Elm və Təhsil Nazirliyinin strukturu yenidən formalaşır. Məktəbəqədər, ümumtəhsil üzə agentlik yaranır. Tezliklə fəaliyyətə başlayacaq və yəqin ki, bu çətinliklərin aradan qaldırılması üçün müəyyən tədbirlər görüləcək”. 

Cebhe.info

Oxşar xəbərlər

Bütün xəbərlər