Xəbər lentiwidget-title-icon

Daha bir universitetdə hüquq və tibb ixtisaslarının açılması planlaşdırılır - EKSKLÜZİV
Kollec tələbəsi bıçaqlanıb
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
Tələbə qızların fotolarını yayıb, silmək üçün pul tələb edirlər
Müəllim və tələbələr üçün “İlk yardımın göstərilməsi” mövzusunda təlim keçirilib
BDU Jurnalistika fakültəsinə yeni dekan seçiləcək - NAMİZƏDLƏR
“TəhsilPlus”la ödəniş zamanı yaranan çətinliklərin səbəbi AÇIQLANIB
BMU-nun tələbəsi vəfat edib - FOTO
Kənd məktəblərinə gedən müəllimlər üçün 21 milyon manat ayrılacaq
Şagirdlərin elektron yerdəyişməsi prosesinə başlanılır
“Qırmızı Ürəklər” Təhsil Təqaüd Proqramına müraciət başlayıb
150 məktəbə şagird sayına görə pul ayrılacaq
Bağça müəllimlərinin sertifikatlaşdırılmasında suallar bu mövzulardan olacaq
Google məktəblərə süni intellektdən istifadə şərti qoyur
Gimnaziyada 50 minlik MƏNİMSƏMƏ - Nazirlik məhkəməyə üz tutdu
Bağça müəllimlərinin sertifikasiya sənədi açıqlanıb
Müəllimlərdən sonra tələbələrə də nəqliyyat güzəşti təklif olunur
Gəncədəki bağça ilə bağlı iddialar araşdırılıb - RTİ
Türkiyədə təcrübə keçən tələbələr rektorla görüşüb
Sumqayıtda yeni körpələr evi-uşaq bağçası fəaliyyətə başlayır
Magistr və doktorantlar üçün süni intellekt dəstəkli təlim keçiriləcək
Deputat: Şagirdlərin kitabxanalara maraq göstərmədiyini açıq-aydın müşahidə edirik
Səbinə Əliyeva yenidən Ombdsman seçilib
DİM-də rəqəmsal SAT imtahanı təşkil olunacaq
Milli Məclis Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edəcək

Öz vəzifəsindən başqa bütün çirkli işlərə baş qoşan Rüfət Hacıyevin ACI SONU: Nazirlik onun trol dəstələrini gözü yaşlı qoydu

Öz vəzifəsindən başqa bütün çirkli işlərə baş qoşan Rüfət Hacıyevin ACI SONU: Nazirlik onun trol dəstələrini gözü yaşlı qoydu

Son günlər təhsil sahəsində baş verən neqativlər gənc nəslin təlim-tərbiyəsində mühüm rol oynayan, gələcəyimizin formalaşması üçün yorulmadan çalışan vicdanlı və peşəkar pedaqoqların da adına xələl gətirir. Bu cür neqativ addımlar həm də Elm və Təhsil Nazirliyinin, eləcə də göstərilən etimadı doğruldan ayrı-ayrı Regional Təhsil İdarələrinin rəhbərlərinin işinə kölgə salır.

Belə ki, Ramanıdakı məktəbdə şagirdin ağır xəsarət alması, ondan öncə isə Quba-Xaçmaz Regional Təhsil İdarəsinin müdiri Rüfət Hacıyevin 9-cu sinif şagirdini döyməsi faktları ictimaiyyətdə geniş əks-səda yaradıb. Bu kimi neqativ faktları işıqlandıran, həqiqətləri ictimaiyyətə və aidiyyatı qurumlara olduğu kimi çatdıran bir çox media orqanları trol hücumlarına məruz qalsa da, aparılan mübarizə sonda öz uğurlu nəticəsini verir.

Öncə qeyd edək ki, Xaçmaz şəhər 4 saylı tam orta məktəbdə yaşanan hadisə zamanı təhsil ocağına yoxlamaya gələn Rüfət Hacıyev həmin məktəbin şagirdi 2007-ci il təvəllüdlü Nizam Ramiz oğlu Mirzəyevi döymüşdü. Bu, Rüfət Hacıyevin adının hallandığı ilk qalmaqallı hadisə deyil. Bir müddət öncə iclasa mobil telefonla gəldiyi üçün ona Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev tərəfindən irad tutulmuşdu. İradla razılaşmayan Rüfət Hacıyev icra başçısı tərəfindən iclasdan qovulmuşdu. Beləliklə, bir təhsil idarəsi rəhbərinin öz əsəblərini cilovlaya bilməməsi, yeniyetməyə əl qaldırması təhsil adına rəzalətdən başqa cür dəyərləndirilə bilməz. Bu hadisə nəinki Rüfət Hacıyevin şəxsi reputasiyasını məhv edir, eləcə də bütün təhsil işçilərinin və Nazirliyin adına xələl gətirir. Odur ki, fakt həm polis şöbəsində, həm də Təhsil Nazirliyində ciddi nəzarətə götürülmüşdü və araşdırma aparılırdı.

Ancaq təəssüflər olsun ki, TehsilMedia olaraq bu olayı işıqlandırmağımız və təhsil adına ləkə gətirən Rüfət Hacıyev kimi şəxsləri obyektiv tənqid hədəfinə çevirməyimiz bəzi trol dəstələrinin ürəyincə olmadı və nəticədə bizə qarşı qarayaxma kampaniyasına start verildi. Aydındır ki, bütün bunlar özünə trol dəstələri saxlayan Rüfət Hacıyevin əməlləri idi və görünür o, öz vəzifəsindən başqa digər bütün çirkli işlərə baş qoşurmuş. Əks halda saxladığı trol dəstələri dərhal bizim saytımıza qarşı hərəkətə keçməz və obyektiv yanaşmamız "qınaq" obyektinə çevrilməzdi. Ancaq necə deyərlər, "sən saydığını say, gör fələk nə sayır". Təhsil sektorunda baş verən neqativlər dərhal Təhsil Nazirliyini hərəkətə keçməyə məcbur etdi.

Belə ki, birbaşa nazir Emin Əmrullayevin və Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırovun məsələyə dərhal reaksiya verməsi və müvafiq araşdırmalara başlanması öz nəticəsini çox gözlətmədi. Artıq Quba-Xaçmaz Regional Təhsil İdarəsinin müdiri Rüfət Hacıyev vəzifəsindən azad olunub. Belə ki, o, işdən çıxarılması ilə bağlı ərizə yazıb və onun ərizəsi qəbul olunaraq işdən çıxarılıb. Beləliklə, təhsil adına ləkə gətirən növbəti "məmur" öz törətdiyi əməlin layiqli cəzasını aldı. İndi onu müdafiə edən trol dəstələrinin hansı uydurma bəhanələrlə Rüfət Hacıyevə dəstək sərgiləyəcəkləri maraq doğurur. Yəqin ki, bir bəhanə tapacaqlar. Çünki bu kimi trol dəstələri vicdan və obyektiv yanaşmadan uzaqdırlar və onları yalnız öz şəxsi mənfəətləri maraqlandırır.

P.S. tehsilmedia.info informasiya portalı olaraq baş verən neqativ olaya dərhal reaksiya sərgiləyən və Rüfət Hacıyev barəsində tədbir görən Elm və Təhsil Nazirliyinə, eləcə də nazirlik yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin rəhbərliyinə təşəkkürümüzü bildiririk!

Müşviq Tofiqoğlu

Oxşar xəbərlər

Bütün xəbərlər