Xəbər lentiwidget-title-icon

AzMİU-da 8 Noyabr - Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
Bir qrup media işçisi təltif edilib – SƏRƏNCAM
Somali səfiri ADNSU-da olub - FOTO
Özəl universitetlərdə tibb ixtisası açılsın - TƏKLİF
Əmək haqqı ödənişləri elektronlaşdırılacaq
Aqrar sığorta ekspertliyi üzrə imtahana qeydiyyat davam edir
Türkiyədə şagird və tələbələrin nailiyyətləri süni intellektlə qiymətləndiriləcək
İlham Əliyev sammit iştirakçılarına müraciət ünvanlayıb
Təhsil müəssisələrində Zəfərin altıncı ildönümünə həsr olunan silsilə tədbirlər keçiriləcək
MDU-da doktoranturaya ödənişsiz hazırlıq kursu başlayıb
Məleykə Abbaszadə V "Yüksəliş" in qalibləri ilə görüşüb
MİQ-də ehtiyatda qalan namizədlərə şans
Daha bir universitetdə hüquq və tibb ixtisaslarının açılması planlaşdırılır - EKSKLÜZİV
Kollec tələbəsi bıçaqlanıb
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
Tələbə qızların fotolarını yayıb, silmək üçün pul tələb edirlər
Müəllim və tələbələr üçün “İlk yardımın göstərilməsi” mövzusunda təlim keçirilib
BDU Jurnalistika fakültəsinə yeni dekan seçiləcək - NAMİZƏDLƏR
“TəhsilPlus”la ödəniş zamanı yaranan çətinliklərin səbəbi AÇIQLANIB
BMU-nun tələbəsi vəfat edib - FOTO
Kənd məktəblərinə gedən müəllimlər üçün 21 milyon manat ayrılacaq
Şagirdlərin elektron yerdəyişməsi prosesinə başlanılır
“Qırmızı Ürəklər” Təhsil Təqaüd Proqramına müraciət başlayıb
150 məktəbə şagird sayına görə pul ayrılacaq
Bağça müəllimlərinin sertifikatlaşdırılmasında suallar bu mövzulardan olacaq

Startap ekosisteminin ən irihəcmli memorandumu imzalanıb - FOTO

Startap ekosisteminin ən irihəcmli memorandumu imzalanıb - FOTO

Noyabrın 30-da “InMerge Innovation Summit”in açılış tədbiri keçirilib.

tehsilmedia.info xəbər verir ki, Elm və Təhsil Nazirliyindən "Tehsil.biz"ə bildirilib ki, 30 noyabr – 1 dekabr tarixlərini əhatə edəcək sammitə dövlət qurumlarının rəhbər şəxsləri, yerli və beynəlxalq investorlar, özəl şirkət nümayəndələri, dünyaca nüfuzlu şirkətlərin idarəedici üzvləri, çoxsaylı spiker, startap komandaları və digər iştirakçılar qatılıblar.

Sammitin ilk günü ölkədə sahibkarlıq, startap ekosistemi və innovasiya istiqamətləri üçün əlamətdar hadisə baş verib. Belə ki, tədbirdə elm və təhsil naziri Emin Əmrullayev, rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev, iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti Rövşən Nəcəf və "PAŞA Holding"in baş icraçı direktoru Cəlal Qasımovun iştirakı ilə qurumlar, eləcə də şirkətlərin müvafiq alttəmsilçi qurumları startap ekosisteminin inkişafına dəstək olacaq memorandum imzalayıblar.

Elm və Təhsil, Rəqəmsal İnkişaf və Nəqliyyat nazirliklərinin altqurumları qismində müvafiq olaraq Təhsilin İnkişafı Fondu və İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi çıxış ediblər. Memorandumun məqsədi Azərbaycanda sahibkarlıq ruhunun inkişafı, insan kapitalı potensialının artırılması, ekosistemin formalaşdırılmasına dəstək infrastrukturunun gücləndirilməsi və maliyyələşmə istiqamətlərinin inkişafıdır. Eləcə də startap aləmində regionun əsas oyunçusuna çevrilmək məqsədlər sırasındadır.

SABAH.HUB İnnovasiya Mərkəzi də yuxarıda sadalanan istiqamətlərin həyata keçirilməsində birbaşa icraedici funksionallığı daşıyacaq təmsilçi qismində yer alıb.

Nəzərinizə çatdırırıq ki, SABAH.HUB İnnovasiya Mərkəzi 2 ildən artıq müddətdə 50-dən artıq startapın inkişafına, 100-lərlə ideyanın startapa çevrilməsinə və 1000-lərlə şəxsin startap dünyası haqqında maariflənməsinə dəstək olub. Mərkəzin fəaliyyəti dövründə birbaşa dəstək göstərdiyi startaplar xarici fondlardan ümumilikdə 4,7 milyon AZN investisiya cəlb edib. SABAH.HUB İnnovasiya Mərkəzinin fəaliyyəti ilə yaxından tanış olmaq, mütəmadi yeniliklərdən kənar qalmamaq üçün rəsmi sosial media kanallarını (facebook.com/sabah.hub.ic və instagram.com/sabah.hub), həmçinin veb-saytı (www.sabahhub.com) izləyə bilərsiniz.

Startap ekosisteminin ən irihəcmli memorandumu imzalanıb - FOTO

Oxşar xəbərlər

Bütün xəbərlər