Xəbər lentiwidget-title-icon

Rəqəmsallaşma və universitetlərimizin qəflət yuxusu
Məktəb psixoloqları üçün dərs saatları ayrılsın - TƏKLİF
Sabahın hava proqnozu - 1 noyabr
Bəzi məktəblərin adları dəyişdirilib
Koreyanın səfiri BMU-da olub, tələbələrlə görüşüb
Şagirdlərimiz Almaniyada Eynşteyn Olimpiadasında uğur qazanıblar
Təhsil Tələbə Kreditinin ən çox vəsait ayırdığı İXTİSASLAR
Qarabağ Universiteti vakansiya elan edir
AzTU-nun YTİ direktoru NDU-da mühazirə oxuyub
Ədliyyə Nazirliyinin Probasiya xidməti Azərbaycan Universitetində seminar keçirib - FOTO
İlham Əliyev kənd təsərrüfatı işçilərini təltif edib - Siyahı
Qəbələdə peşə təhsili tələbələri və məzunları üçün əmək yarmarkası keçirilib - FOTO
Fəlsəfə doktoru imtahanlarında iştirak üçün qeydiyyat başlayır
Patentlə bağlı tələblərə yeni müddəalar əlavə edilib
Dövlət Dəniz Akademiyasına yeni rektor əvəzi təyin olunub
Məktəbə "Molotov kokteyli" atanlar həbs edilib
Peşə təhsilində coğrafiyaçılar “yeri-göyü fəth edir” - Sənaye, aviasiya, dəmir yolu - son dayanacaq haradır?
Tarixdə ilk yaşıl ulduz aşkarlanıb
AzTU-da müdafiə sənayesi üçün mühəndis hazırlığı müzakirə olunub
Müəllim sosial şəbəkədəki paylaşımının məzmununu dərk etməlidir - Deputat
Ülkər Səttarova Naxçıvan kolleclərində olub
İki institutun birgə məqaləsi Q4 jurnalında dərc edilib
Məktəblimiz Latviyada bürünc medal qazanıb
“Süni intellekt dövründə təhsil fəlsəfəsində 5 əsas dəyişiklik baş verməlidir...”-EKSPERT
Məktəbdə jurnalistlərə hücum edənlərə cinayət işi AÇILIB

İşini sevən peşəkar pedaqoq Sevinc Məmmədova...

İşini sevən peşəkar pedaqoq Sevinc Məmmədova...

Azərbaycanın təhsil sahəsində elə savadlı və öz işinin peşəkarı olan pedaqoqlar var ki, onlarla sadəcə fəxr etmək yox, həm də vaxtında dəyərləndirmək lazımdır.

tehsilmedia.info xəbər verir ki, belə pedaqoqlardan biri də Sevinc Məmmədovadır. Məmmədova Sevinc Rövşən qızı 28.04 1994-cü ildə Cəlilabad şəhərində dünyaya göz açıb. Akademik Zərifə Əliyeva adına Cəlilabad Şəhər 7 saylı tam orta məktəbi birinciliklə bitirib və daha sonra Azərbaycan Müəllimlər İnstitutunda "Azərbaycan dili və ədəbiyyatı" müəllimliyi ixtisası üzrə təhsil alıb. Bakalavr təhsilini müvəffəqiyyətlə başa vuran Sevinc Məmmədova magistratura təhsilini ADPU "Azərbaycan dili və ədəbiyyatının tədrisi metodikası və metodologiyası" ixtisası üzrə alıb və universiteti qırmızı diplomla bitirib. Hələ 4-cü kursda oxuyarkən Kurikulumdan 100 ballıq sistemdə xüsusi səlahiyyətli nümayəndələr tərəfindən yoxlama zamanı 100 bal alıb və o zamandan kurikulum üzrə təlimçi kimi fəaliyyət göstərib. Elə ilk zamanlardan da müdavimləri yüksək nəticə göstəriblər. Hələ magistratura təhsili alarkən bir çox araşdırma tədqiqatları ilə diqqəti cəlb edib və bir çox kitablarda tezis və məqalələri çap olunub.

Qeyd edək ki, Sevinc Məmmədova hazırda Metodika üzrə təlimçi kimi fəaliyyət göstərir. Sevinc Məmmədova daha çox gənc tədqiqatçı, xeyirxah bir vətənpərvər kimi tanınır. Həm yazdığı araşdırmalar, məqalələr, həm də yenilikləri ilə müəllimlərə daim dəstək olur. Təkcə 1 il müddətində ödənişsiz keçirdiyi kursları, vebinarları, Şəhid və Qazi ailələri üçün 4 aylıq Kurikulum təlimi, 2 aylıq Azərbaycan dili sürət qrupu, həftəsonu Ədəbiyyat vebinarları, sınaq qruplarları keçirib. Bu, ilk deyil, Sevinc Məmmədova 10 ildir ki, bu şəkildə fəaliyyətini davam etdirir. Bundan əlavə Sevinc Məmmədova müsahibə mərhələsinə hazırlaşan müəllimlər üçün yenilikləri və yeni layihələri ilə xüsusi hörmət və diqqət cəlb etməyi bacarıb. YouTube platforması üzərindən dərslərin çox aydın, anlaşıqlı, səlis izahı, dünyagörüşünə aid hazırladığı və gündəlik paylaşdığı "10 sual-10 cavab" rubrikası, "sual və təxmin edilən cavab" adı altında qısa videoları KONSPEKT kimi auditoriyalarda ilklərdən olub. Habelə, whatsapp üzərindən sual-cavabların təşkili və sair kimi yardımlar həyata keçirib.

Sevinc Məmmədova son yazdığı "QAİT", "Şagird motivasiyası və motivasiya artırmaq strategiyaları", "Effektiv müzakirələrin aparılması", "Pozitiv öyrənmə mühiti", "Sinif mühitinin yoxlama siyahısı", Qlasser "Əsas Öyrənmə Modeli", "Öyrənmə halqaları", "T-Öyrənmə Modeli və E-Öyrənmə Modeli", "Təhsildə PODKASTİNQ", "Təhsildə Bloqlardan istifadə" və s. tədqiqatları ilə də yeniliyə imza atıb. Gənc tədqiqatçı kurikulum sahəsində daim özünü inkişaf etdirib və axtarışda olub. Bundan əlavə dil bilikləri, komputer bilikləri, NLP diplomu, habelə " Gənclərlə gələn gələcək" inkişaf forumunda, "Ritorika nədir?", "Anlayarak hızlı okuma", "Nitqimi necə dəyişim", "Emosiyalarımız bizə nə deyir?" və s. kimi təlimlərdə aktiv iştirak edib. İlin ən peşəkar Kurikulum təlimçisi seçilib. Bundan əlavə Heydər Əliyevin 100 illiyi münasibətilə xüsusi mükafata layiq görülüb. 10 ilə yaxındır Kurikulum üzrə təlimçi kimi fəaliyyət göstərən Sevinc xanım xüsusilə müdavimlərinin yüksək nəticələri ilə də diqqəti cəlb edir. Xüsusən ötən il üçün ən yüksək nəticəni məhz Sevinc Məmmədovanın müdavimləri toplayıb. Hazırda Metodika sahəsinə çoxlu araşdırma, tədqiqat və irəli sürdüyü təklif və fikirlərlə, müəllimləri maarifləndirməklə diqqətəlayiq işlər görməkdədir.

Oxşar xəbərlər

Bütün xəbərlər