Xəbər lentiwidget-title-icon

Rəqəmsallaşma və universitetlərimizin qəflət yuxusu
Məktəb psixoloqları üçün dərs saatları ayrılsın - TƏKLİF
Sabahın hava proqnozu - 1 noyabr
Bəzi məktəblərin adları dəyişdirilib
Koreyanın səfiri BMU-da olub, tələbələrlə görüşüb
Şagirdlərimiz Almaniyada Eynşteyn Olimpiadasında uğur qazanıblar
Təhsil Tələbə Kreditinin ən çox vəsait ayırdığı İXTİSASLAR
Qarabağ Universiteti vakansiya elan edir
AzTU-nun YTİ direktoru NDU-da mühazirə oxuyub
Ədliyyə Nazirliyinin Probasiya xidməti Azərbaycan Universitetində seminar keçirib - FOTO
İlham Əliyev kənd təsərrüfatı işçilərini təltif edib - Siyahı
Qəbələdə peşə təhsili tələbələri və məzunları üçün əmək yarmarkası keçirilib - FOTO
Fəlsəfə doktoru imtahanlarında iştirak üçün qeydiyyat başlayır
Patentlə bağlı tələblərə yeni müddəalar əlavə edilib
Dövlət Dəniz Akademiyasına yeni rektor əvəzi təyin olunub
Məktəbə "Molotov kokteyli" atanlar həbs edilib
Peşə təhsilində coğrafiyaçılar “yeri-göyü fəth edir” - Sənaye, aviasiya, dəmir yolu - son dayanacaq haradır?
Tarixdə ilk yaşıl ulduz aşkarlanıb
AzTU-da müdafiə sənayesi üçün mühəndis hazırlığı müzakirə olunub
Müəllim sosial şəbəkədəki paylaşımının məzmununu dərk etməlidir - Deputat
Ülkər Səttarova Naxçıvan kolleclərində olub
İki institutun birgə məqaləsi Q4 jurnalında dərc edilib
Məktəblimiz Latviyada bürünc medal qazanıb
“Süni intellekt dövründə təhsil fəlsəfəsində 5 əsas dəyişiklik baş verməlidir...”-EKSPERT
Məktəbdə jurnalistlərə hücum edənlərə cinayət işi AÇILIB

"Zərifə xanım Əliyeva Azərbaycanın tibb elmində parlaq səhifələr açıb"

"Zərifə xanım Əliyeva Azərbaycanın tibb elmində parlaq səhifələr açıb"

"Bu gün Azərbaycan oftalmologiya elmi məktəbinin banisi, Əməkdar elm xadimi, akademik Zərifə xanım Əliyevanın əziz xatirəsini anadan olmasının 100 illiyində dərin ehtiramla anır, zəngin və şərəfli ömür yolu keçmiş, çoxşaxəli elmi, pedaqoji və ictimai-siyasi fəaliyyətləri ilə böyük uğurlara imza atmış dəyərli ziyalıya və qayğıkeş həkimə sonsuz minnətdarlıq hisslərimizi ifadə edirik. Görkəmli dövlət, ictimai və elm xadimi Əziz Əliyevin ailəsində dünyaya göz açan Zərifə xanım Əliyeva zəngin elmi-pedaqoji fəaliyyəti və peşəkar yaradıcılığı ilə Azərbaycanın tibb elmində parlaq səhifələr açmışdır. Oftalmologiya sahəsində Azərbaycan elmi məhz onun misilsiz xidmətləri sayəsində tanınmağa başlamış və dövrünün nüfuzlu məktəbləri səviyyəsinə yüksəlmişdir".

tehsilmedia.info xəbər verir ki, bunu AZƏRTAC-a açıqlamasında Mingəçevir Dövlət Universitetinin rektoru Şahin Bayramov deyib.

O bildirib ki, yüksək intellekt və mədəniyyətə sahib, nəcib və insanpərvər Azərbaycan qadını olan Zərifə xanım Əliyeva Vətənimizin zəriflik və xeyirxahlıq rəmzinə çevrilib: "Ulu Öndərimiz Heydər Əliyevlə bərabər addımlayan, vəfalı və qayğıkeş ömür-gün yoldaşı olan Zərifə xanım Əliyeva respublikamızın ictimai-siyasi həyatına mühüm töhfələr vermişdir. Fikrimizcə, Ulu Öndərimizin aşağıdakı dahiyanə fikirləri Zərifə xanım Əliyeva şəxsiyyətini aydın şəkildə ifadə edir: "Zərifə xanım kimi həyat yoldaşım olduğuna və o, ailəmdə çox yüksək mənəvi mühit yaratdığına görə mən xoşbəxt olmuşam…O, çox istedadlı, çox xeyirxah, çox sadə bir insan idi”.

Müasir Azərbaycanın qüdrətli lideri, Azərbaycan Silahlı Qüvvələrinin Müzəffər Ali Baş Komandanı, 30 illik işğala son qoyan qalib sərkərdə, Prezidentimiz İlham Əliyevi yetişdirən, cəfakeş və qəhrəman ana olan Zərifə xanım Əliyeva qədirbilən xalqımızın yaddaşında əbədi izlər qoymuşdur. Prezidentimiz İlham Əliyevin Zərifə xanım Əliyeva haqqında dediyi aşağıdakı fikirlər dərin məzmun kəsb edir: "Zərifə xanım Əliyeva böyük həkim, böyük alim idi…Mən çox xoşbəxtəm ki, Zərifə xanım kimi anam olmuşdur. Zərifə xanımın nurlu obrazı həmişə bizim ürəyimizdədir”.

"Əminik ki, bu gün həm Zərifə xanımın, həm də Ulu Öndərimizin ruhları şaddır. Məhz onların ailəsində böyüyən Prezidentimiz hazırda doğma Azərbaycanımızın müasir tarixinin ən şanlı səhifələrini yazmaqda davam edir. Daim yüksək amallar və mənəvi dəyərlər uğrunda çalışan Zərifə Əliyeva özünün şəxsiyyəti, yüksək vətəndaşlıq ruhu və xalqımıza başucalığı gətirən əməlləri ilə milyonlarla insan üçün misilsiz örnəyə çevrilmişdir. Akademik Zərifə xanım Əliyevanın əziz xatirəsi daim qəlbimizdə yaşayacaq”, - deyə Ş.Bayramov vurğulayıb.

Oxşar xəbərlər

Bütün xəbərlər