Xəbər lentiwidget-title-icon

AzMİU-da 8 Noyabr - Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
Bir qrup media işçisi təltif edilib – SƏRƏNCAM
Somali səfiri ADNSU-da olub - FOTO
Özəl universitetlərdə tibb ixtisası açılsın - TƏKLİF
Əmək haqqı ödənişləri elektronlaşdırılacaq
Aqrar sığorta ekspertliyi üzrə imtahana qeydiyyat davam edir
Türkiyədə şagird və tələbələrin nailiyyətləri süni intellektlə qiymətləndiriləcək
İlham Əliyev sammit iştirakçılarına müraciət ünvanlayıb
Təhsil müəssisələrində Zəfərin altıncı ildönümünə həsr olunan silsilə tədbirlər keçiriləcək
MDU-da doktoranturaya ödənişsiz hazırlıq kursu başlayıb
Məleykə Abbaszadə V "Yüksəliş" in qalibləri ilə görüşüb
MİQ-də ehtiyatda qalan namizədlərə şans
Daha bir universitetdə hüquq və tibb ixtisaslarının açılması planlaşdırılır - EKSKLÜZİV
Kollec tələbəsi bıçaqlanıb
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
Tələbə qızların fotolarını yayıb, silmək üçün pul tələb edirlər
Müəllim və tələbələr üçün “İlk yardımın göstərilməsi” mövzusunda təlim keçirilib
BDU Jurnalistika fakültəsinə yeni dekan seçiləcək - NAMİZƏDLƏR
“TəhsilPlus”la ödəniş zamanı yaranan çətinliklərin səbəbi AÇIQLANIB
BMU-nun tələbəsi vəfat edib - FOTO
Kənd məktəblərinə gedən müəllimlər üçün 21 milyon manat ayrılacaq
Şagirdlərin elektron yerdəyişməsi prosesinə başlanılır
“Qırmızı Ürəklər” Təhsil Təqaüd Proqramına müraciət başlayıb
150 məktəbə şagird sayına görə pul ayrılacaq
Bağça müəllimlərinin sertifikatlaşdırılmasında suallar bu mövzulardan olacaq

BDU-da “Yeni imkanlar – “Azərbaycan məktəbi” adlı tədbir keçirilib

BDU-da “Yeni imkanlar – “Azərbaycan məktəbi” adlı tədbir keçirilib

Bakı Dövlət Universitetinin (BDU) Texnologiyaların transferi və innovasiyalar şöbəsinin təşkilatçılığı ilə "Yeni imkanlar – "Azərbaycan məktəbi” adlı tədbir keçirilib.

Bu barədə "tehsilmedia.info"a BDU-dan məlumat verilib.

Tədbirdə çıxış edən jurnalın baş redaktoru Arzu Soltan "Azərbaycan məktəbi”nin mətbuat tariximizdə ən uzunömürlü akademik jurnal hesab olunduğunu diqqətə çatdırıb. Jurnalın 95 ildən artıq fəaliyyəti müddətində təhsil sisteminin yenilənməsi, təlim-tərbiyə işinin keyfiyyətinin yüksəldilməsi, mütərəqqi tədris metod və formalarının təbliği, qabaqcıl təcrübənin öyrənilib yayılması, görkəmli alimlərin fikir və ideyalarının cəmiyyətə təqdim olunması, elmi, pedaqoji təfəkkürün formalaşmasında əhəmiyyətli rol oynadığını qeyd edib.

Arzu Soltan bildirib ki, jurnalda elmi ictimaiyyət nümayəndələri, pedaqoq və psixoloqların təhsilin aktual problemləri, fəlsəfəsi, tarixi ilə bağlı məqalələri dərc olunub. Jurnal Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə dissertasiyaların əsas nəticələrinin dərc olunması tövsiyə edilən nəşrlər sırasına daxil edilib. Jurnalda yer alan Təhsil idarəçiliyi, Təhsil fəlsəfəsi və təhsil nəzəriyyəsi, Təhsil siyasəti, Kurikulum, Təhsil texnologiyaları, Pedaqogika, Təhsilin sosiologiyası, Təhsil tarixi, Xüsusi təhsil, Müəllim hazırlığı, Qiymətləndirmə və s. rubrikaların hər biri Azərbaycan və dünya təhsilinin qabaqcıl tendensiyalarını işıqlandıran zəngin tədqiqat faktlarını əhatə edir.

O, keçmiş sovet respublikaları arasında ilk dəfə olaraq "Azərbaycan məktəbi” jurnalına əlavə kimi müxtəlif illərdə 8 adda metodik məcmuə çap edildiyini, bu məcmuələrin sonradan müstəqil jurnal kimi fəaliyyət göstərdiyini diqqətə çatdırıb.

Daha sonra jurnalın baş redaktorunun müavini Nəsrəddin Musayev çıxış edərək müstəqilliyimizin ilk illərində "Azərbaycan məktəbi” jurnalının bir çox problemlər və bağlanmaq təhlükəsi ilə üzləşdiyini xatırladıb. Lakin Ulu Öndər Heydər Əliyevin ölkəmizdə bərqərar olan davamlı inkişaf kursu sayəsində təhsilin bütün sahələrində olduğu kimi, pedaqoji mətbuat orqanlarının, o cümlədən "Azərbaycan məktəbi”nin fəaliyyətini davam etdirməsinə imkan və şərait yaradılıb. Hazırda jurnal Azərbaycanın təhsil sistemində uğurla aparılan islahat prosesinə dəyərli töhfə verir. Azərbaycan dövlətinin təhsilə göstərdiyi diqqət və qayğı dərc olunan məqalələrdə də öz əksini tapır. Jurnalda ardıcıl olaraq təhsil islahatları, o cümlədən müasir inkişaf tendensiyaları ilə bağlı məqalələr aparıcı yer tutur.

Jurnal beynəlxalq nüfuzlu elmi indekslərdə indekslənir və öz ənənələrinə sadiq qalaraq fundamental elmi istiqaməti, innovativlik təmayülünü əsas götürür. Hazırda "ResearchGate”, "Index Copernicus”, "Google Scholar”, "CiteFactor”, "DOAJ”, "Indeks Copernicus International”, "Idealonline”, "РИНЦ” indekslərinə sahib olan jurnalın yaxın gələcək üçün hədəfi "Web of Science”, "SCOPUS”un istinad bazasına, həmçinin pedaqogika sahəsində nüfuzlu elmi məqalələrin bazası sayılan "Social Science Citation”un siyahısına düşməkdir.

Sonda iştirakçıların çoxsaylı sualları cavablandırılıb.

Oxşar xəbərlər

Bütün xəbərlər