Xəbər lentiwidget-title-icon

AzMİU-da 8 Noyabr - Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
Bir qrup media işçisi təltif edilib – SƏRƏNCAM
Somali səfiri ADNSU-da olub - FOTO
Özəl universitetlərdə tibb ixtisası açılsın - TƏKLİF
Əmək haqqı ödənişləri elektronlaşdırılacaq
Aqrar sığorta ekspertliyi üzrə imtahana qeydiyyat davam edir
Türkiyədə şagird və tələbələrin nailiyyətləri süni intellektlə qiymətləndiriləcək
İlham Əliyev sammit iştirakçılarına müraciət ünvanlayıb
Təhsil müəssisələrində Zəfərin altıncı ildönümünə həsr olunan silsilə tədbirlər keçiriləcək
MDU-da doktoranturaya ödənişsiz hazırlıq kursu başlayıb
Məleykə Abbaszadə V "Yüksəliş" in qalibləri ilə görüşüb
MİQ-də ehtiyatda qalan namizədlərə şans
Daha bir universitetdə hüquq və tibb ixtisaslarının açılması planlaşdırılır - EKSKLÜZİV
Kollec tələbəsi bıçaqlanıb
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
Tələbə qızların fotolarını yayıb, silmək üçün pul tələb edirlər
Müəllim və tələbələr üçün “İlk yardımın göstərilməsi” mövzusunda təlim keçirilib
BDU Jurnalistika fakültəsinə yeni dekan seçiləcək - NAMİZƏDLƏR
“TəhsilPlus”la ödəniş zamanı yaranan çətinliklərin səbəbi AÇIQLANIB
BMU-nun tələbəsi vəfat edib - FOTO
Kənd məktəblərinə gedən müəllimlər üçün 21 milyon manat ayrılacaq
Şagirdlərin elektron yerdəyişməsi prosesinə başlanılır
“Qırmızı Ürəklər” Təhsil Təqaüd Proqramına müraciət başlayıb
150 məktəbə şagird sayına görə pul ayrılacaq
Bağça müəllimlərinin sertifikatlaşdırılmasında suallar bu mövzulardan olacaq

Azərbaycan xalçaları İspaniyada təqdim edilib

Azərbaycan xalçaları İspaniyada təqdim edilib

Azərbaycanın İspaniyadakı Səfirliyi və “Azərxalça” ASC-nin birgə təşkilatçılığı, İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) dəstəyi ilə İspaniyanın Kral Xalça Fabrikinin sərgi salonunda Azərbaycan xalçalarının sərgisi təşkil edilib.

tehsilmedia.info xəbər verir ki, bu barədə “Azərxalça” ASC məlumat yayıb.

Məlumata görə, “Sehrli xalçalar” adlı sərgi mədəniyyət, təhsil və elm sahələrində ikitərəfli əməkdaşlığı ehtiva edən Azərbaycan və İspaniya arasında imzalanmış sazişə müvafiq olaraq, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş silsilə tədbirlər çərçivəsində keçirilib. Sərginin açılışı ilə bağlı təşkil olunmuş xüsusi tədbirdə İspaniyanın dövlət qurumlarının rəsmiləri, parlamentin üzvləri, Madriddəki diplomatik korpusun nümayəndələri, səfirlər, KİV nümayəndələri, elm və akademik dairələrin təmsilçiləri, incəsənət və mədəniyyət xadimləri, habelə İspaniyada yaşayan Azərbaycan, türk və digər icmaların üzvləri iştirak edib.

Tədbirdə çıxış edən İspaniya Kral Xalça Fabrikinin Baş direktoru Alexandro Kleker qədim tarixə malik Azərbaycan xalçalarının dünyada özünəməxsus ornament, kompozisiya və rəng çalarları ilə tanındığını və təmsil etdiyi qurumun “Azərxalça” və Səfirliklə birlikdə bu tədbirin təşkilindən məmnunluq duyduğunu bildirib. O, həmçinin "Azərxalça" və İspaniya Kral Xalça Fabriki arasında praktiki əməkdaşlığa dair günün birinci yarısında imzalanmış sazişin tarixi əhəmiyyət daşıdığını və sözügedən sənədin tərəflər arasında nümayəndə heyətlərinin qarşılıqlı səfərləri, həmçinin Azərbaycanda və İspaniyada birgə sərgilərin təşkili, qarşılıqlı məlumat və təcrübə mübadiləsinin aparılmasına böyük töhfələr verəcəyinə əmin olduğunu vurğulayıb.

İspaniya Kral Xalça Fabrikinin əsas qalereyasında nümayiş olunacaq sərginin qapıları yanvarın 19-na qədər avropalı xalça sevərlər üçün açıq olacaq. Sərgi ziyarətçilərinə həmçinin Azərbaycan xalçaçılıq sənəti və məktəbləri barədə məlumat veriləcək.

Xatırladaq ki, sərgidən öncə “Azərxalça” və İspaniya Kral Xalça Fabriki arasında əməkdaşlığı təşviq edən, Azərbaycan və İspaniyanın xalçaçılıq üzrə ixtisaslaşmış müvafiq qurumlarının gələcəkdə birgə fəaliyyətlərinin inkişafı üçün məxsusi əhəmiyyət daşıyacaq saziş də imzalanıb.

Oxşar xəbərlər

Bütün xəbərlər