Xəbər lentiwidget-title-icon

AzTU Azərbaycan universitetləri arasında üçüncü yerdə qərarlaşıb
Ən çox hansı universitetin tələbələri təhsil tələbə krediti alıb?
Naxçıvanda kreslo dəyişikliyi: İcra başçısı təhsil naziri oldu
Məktəblərdə Vətən müharibəsi şəhidlərinin xatirəsi yad edilib
Bu sertifikatın qüvvədəolma müddəti 5 ildən 2 ilə ENDİRİLİR
Magistr diplomu əməkhaqqına təsir etməlidir? - AÇIQLAMA
Ehtiram Mehtiyev:”Siyasi partiyalar və vətəndaş cəmiyyəti də görməli, müzakirə etməli və öz təkliflərini ortaya qoymalıdır”
İlham Əliyevdən orta məktəblərlə bağlı FƏRMAN - hər şagirdə görə vəsait ayrılacaq
"Təhsil elmlərinə niyə qrant ayrılmır?.."- EKSPERT
Vətəndaş qəbulu zamanı insident yarandı: Araşdırma aparılır
Müəllimlərin iş yerinin dəyişdirilməsi: sənəd yoxlanışının vaxtı açıqlanıb
Şirvan Peşə Liseyində kadr “tapmacası”: Texnoloq, qohumluq iddiaları və bölüşdürülən dərs saatları
Bakıda daha bir küçədə avtobus zolağı salındı - FOTO
Uşağın geyimi ilə bağlı qərarlarda valideyn nəyi nəzərə almalıdır?
Moskavada 14 ali məktəbdə dərslər ləğv olunub: tələbələr təxliyə edilib
Türkiyədə bəzi məktəblərdə dərs müddəti 30 dəqiqəyə endiriləcək
Bakıda və rayonlarda külək güclənəcək - XƏBƏRDARLIQ
Valideynlər Emin Əmrullayevdən kömək istədi: “12 yaşlı uşaqlarımız bu qədər fiziki yorğunluğa necə dözsün?”
İlham Əliyev süni intellekt şirkətlərinin rəhbərlərini qəbul edib
UNEC kollektivi ekoloji aksiyada iştirak edib
Metroda təmir bitənə qədər universitetlər onlayn olacaq? - AÇIQLAMA
Ləğv edilən İnstitutun tələbələri ilə bağlı komissiya yaradılıb
Zal nəzarətçisi sertifikatı: müsahibələr oktyabrın 1-də başlayır
Qazancını kreditə verən müəllimdən "tamştat tələbi" edilməməlidir - SƏRT İRAD
Azərbaycan gənclərinə BMT-də beynəlxalq təcrübə imkanı

ADPU-nun 26 tələbəsinə IELTS sertifikatı təqdim olunub

ADPU-nun 26 tələbəsinə IELTS sertifikatı təqdim olunub

Dekabrın 21-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Təhsilin İnkişafı Fondu və “British Council” ilə tərəfdaşlıq əsasında ikinci dəfə təşkil olunan IELTS imtahanlarında iştirak edən universitetin bir qrup tələbəsinə sertifikat təqdim edilib.

tehsilmedia.info xəbər verir ki, bununla əlaqədar keçirilən tədbirdə çıxış edən ADPU-nun rektoru professor Cəfər Cəfərov Pedaqoji Universitetdə müəllimlərin və tələbələrin dil və informasiya texnologiyaları bacarıqlarının təkmilləşdirilməsi istiqamətində ardıcıl layihələr icra olunduğunu bildirib. Qeyd edib ki, bu baxımdan Təhsilin İnkişafı Fondunun dəstəyilə “British Council” tərəfindən təşkil olunan ingilis dili üzrə IELTS imtahanlarına hazırlıq və imtahanların keçirilməsi xüsusi əhəmiyyətə malikdir. İlk dəfə ötən tədris ilində reallaşdırılan layihədə 19 nəfər, bu il 26 isə tələbə iştirak edib.

“British Council” təşkilatının Azərbaycan üzrə direktoru Nərgiz Hacıyeva bildirib ki, təşkilatın 5 regional mərkəzindən biri məhz Azərbaycanda yerləşir. “British Council” tərəfindən ölkə üzrə bir çox layihənin icra olunduğunu diqqətə çatdıran direktor 4 mindən çox orta məktəb müəlliminin onlayn ingilis dili inkişafı proqramına cəlb olunduğunu söyləyib.

N.Hacıyeva qeyd edib ki, ADPU ilə “British Council” arasında uzunmüddətli səmərəli əməkdaşlıq mövcuddur və bu əməkdaşlıq təkcə dil biliklərinin artırılması sahəsində deyil, eyni zamanda, ingilis dili üzrə proqramların, milli kurikulumun hazırlanması kimi akademik sahələrdə uğurla davam etdirilir.

Tədbirdə məlumat verilib ki, Təhsilin İnkişafı Fondunun dəstəyilə ali məktəblər üçün təşkil olunan IELTS imtahanları ilə bağlı layihədən həm tələbələr, həm də müəllimlər faydalana bilərlər. Layihəyə cəlb olunan ADPU tələbələri çox uğurlu nəticələr göstərirlər.

Tədbirdə çıxış edən Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədr müavini Xanım Daşdəmirova indiyədək 7 ali məktəbdən ümumilikdə 200-dək tələbə və müəllimin layihədən faydalandığını söyləyib.

Daha sonra uğur qazanmış tələbələrə IELTS sertifikatları təqdim olunub, onların təəssüratları dinlənilib.

Oxşar xəbərlər

Bütün xəbərlər