Xəbər lentiwidget-title-icon

Zəfərlə bağlı mövzular hansı dərslik və kurikulumlara daxil edilib?
AzTU komandaları beynəlxalq olimpiadada qalib olub
AzMİU-da 8 Noyabr - Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
Bir qrup media işçisi təltif edilib – SƏRƏNCAM
Somali səfiri ADNSU-da olub - FOTO
Özəl universitetlərdə tibb ixtisası açılsın - TƏKLİF
Əmək haqqı ödənişləri elektronlaşdırılacaq
Aqrar sığorta ekspertliyi üzrə imtahana qeydiyyat davam edir
Türkiyədə şagird və tələbələrin nailiyyətləri süni intellektlə qiymətləndiriləcək
İlham Əliyev sammit iştirakçılarına müraciət ünvanlayıb
Təhsil müəssisələrində Zəfərin altıncı ildönümünə həsr olunan silsilə tədbirlər keçiriləcək
MDU-da doktoranturaya ödənişsiz hazırlıq kursu başlayıb
Məleykə Abbaszadə V "Yüksəliş" in qalibləri ilə görüşüb
MİQ-də ehtiyatda qalan namizədlərə şans
Daha bir universitetdə hüquq və tibb ixtisaslarının açılması planlaşdırılır - EKSKLÜZİV
Kollec tələbəsi bıçaqlanıb
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
Tələbə qızların fotolarını yayıb, silmək üçün pul tələb edirlər
Müəllim və tələbələr üçün “İlk yardımın göstərilməsi” mövzusunda təlim keçirilib
BDU Jurnalistika fakültəsinə yeni dekan seçiləcək - NAMİZƏDLƏR
“TəhsilPlus”la ödəniş zamanı yaranan çətinliklərin səbəbi AÇIQLANIB
BMU-nun tələbəsi vəfat edib - FOTO
Kənd məktəblərinə gedən müəllimlər üçün 21 milyon manat ayrılacaq
Şagirdlərin elektron yerdəyişməsi prosesinə başlanılır
“Qırmızı Ürəklər” Təhsil Təqaüd Proqramına müraciət başlayıb

Qarabağ xanlarının ailə üzvlərinin üz cizgiləri müəyyənləşdiriləcək

Qarabağ xanlarının ailə üzvlərinin üz cizgiləri müəyyənləşdiriləcək

İmarət kompleksinin tədqiqi zamanı qazıntılar nəticəsində 213 qəbir müəyyən edilib və onların əksəriyyəti torpaq qəbirlərdir.

tehsilmedia.info xəbər verir ki, bunu AMEA Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun (AEAİ) direktoru v.i.e., tarix üzrə fəlsəfə doktoru dosent Fərhad Quliyev jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, aparılan tədqiqatların nəticələrinə görə 20-ci əsrin 30-70-ci illərinə aid olan qəbirlərə ermənilər müdaxilə edib, qəbirlərin sinə daşlarını tikinti materialı kimi istifadə ediblər.

O, həmçinin bildirib ki, türbələrdə dəfn olunan xan ailəsinin üzvlərinə məxsus qəbirlər açılıb və onların qohumluq əlaqələrini sübuta yetirən faktları bir yerə toplamaq üçün müəyyən olunmuş 213 qəbirin 22-dən DNK nümunələri götürülüb:

“Çünki bu gün yazılı mənbələrdə hələ də hansı türbədə hansı xanın ailəsinin dəfn olunmasına dair ziddiyyətli fikirlər var. Antropologiya sahəsindəki yeni tədqiqat üsullarını tətbiq edərək onların kimliyini dəqiqləşdirməklə yanaşı, həm də onların beyin sümüklərini skan etməklə üz cizgilərini də müəyyənləşdirə biləcəyik. Yəni aparılan tədqiqatların yekununda biz Qarabağ xanlığının tarixi gerçəkliyini dəqiq bir şəkildə xalqımıza və ictimaiyyətə təqdim edə biləcəyik”.

Fərhad Quliyev deyib ki, türbələrdə 17 qəbir qeydə alınıb ki, onların da hamısı sərdabə tiplidir:

“Xan ailəsinə məxsus üzvlər adi torpaq qəbirlərdə dəfn edilmirdi. Bu türbələrdə aşkar olunmuş sərdabələr də qəbirlərin xan ailə üzvlərinə aid olduğunu göstərir. Türbənin ətrafında daha yeni 8 qəbir qeydə aldıq ki, bu qəbirlər də ehtimallarımıza görə təbii proseslər nəticəsində itiblər. Həmin 8 qəbir qırmızı kərpiclə hörülüb və onları da xan ailə üzvlərinə aid edirik”.

Fərhad Quliyev deyib ki, tədqiqatların ikinci mərhələsində İmarət kompleksinə aid olan ən erkən qəbirlər aşkarlanıb:

“Bu qəbirlər 17-18-ci əsrə aid olanlardır. Burada eyni zamanda, sonrakı dövrə də aid qəbirlər var. Tədqiqatlarımız zamanı həmin qəbirlərin işğal dövründə dağıdıldığı qeydə alınıb”.

Fərhad Quliyev deyib ki, tarixi qəbiristanlıq bərpa ediləcək və bərpaetmə işlərindən sonra orada muzey olacaq:

“Muzeydə xanların fəaliyyəti dair məlumatlar olacaq. Burada aparılan tədqiqatlarda əsas məqsəd düşmən tərəfindən qəsdən törədilmiş dağıntı, məhvetmə işlərini detallarını göstərməkdir”.

O deyib ki, qəbiristanlığın maraqlı xüsusiyyətlərindən biri də başdaşlarıdır ki, onlar Qarabağ əhalisinin dini inanclarına uyğun olaraq Allaha ibadət formasında hazırlanıb:

“Onlar dağıdılıb, məhv edilib. Biz onları bir yerə toplayaraq tədqiqat zamanı üzərindəki yazıları oxumağa çalışacağıq. Bununla da qəbirlərin məxsusluğu məsələsinə aydınlıq gətirilmiş olacaq”.

Fərhad Quliyev qeyd edib ki, bu il Şahbulaq ətrafında tədqiqatlara başlanılıb:

“Məqsədimiz işğaldan azad olunmuş ərazilərdə qədim dövrlərə aid abidələri seçərək onlar üzərində tədqiqatlar aparmaqdır. Qazıntıların məqsədi Qarabağın qədim dövrünün maddi-mədəni irsini öyrənmək və tanıtmaqdır”.

Mirmehdi Ağaoğlu

Aləmdə Nəsib

Oxşar xəbərlər

Bütün xəbərlər