Xəbər lentiwidget-title-icon

Zəfərlə bağlı mövzular hansı dərslik və kurikulumlara daxil edilib?
AzTU komandaları beynəlxalq olimpiadada qalib olub
AzMİU-da 8 Noyabr - Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
Bir qrup media işçisi təltif edilib – SƏRƏNCAM
Somali səfiri ADNSU-da olub - FOTO
Özəl universitetlərdə tibb ixtisası açılsın - TƏKLİF
Əmək haqqı ödənişləri elektronlaşdırılacaq
Aqrar sığorta ekspertliyi üzrə imtahana qeydiyyat davam edir
Türkiyədə şagird və tələbələrin nailiyyətləri süni intellektlə qiymətləndiriləcək
İlham Əliyev sammit iştirakçılarına müraciət ünvanlayıb
Təhsil müəssisələrində Zəfərin altıncı ildönümünə həsr olunan silsilə tədbirlər keçiriləcək
MDU-da doktoranturaya ödənişsiz hazırlıq kursu başlayıb
Məleykə Abbaszadə V "Yüksəliş" in qalibləri ilə görüşüb
MİQ-də ehtiyatda qalan namizədlərə şans
Daha bir universitetdə hüquq və tibb ixtisaslarının açılması planlaşdırılır - EKSKLÜZİV
Kollec tələbəsi bıçaqlanıb
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
Tələbə qızların fotolarını yayıb, silmək üçün pul tələb edirlər
Müəllim və tələbələr üçün “İlk yardımın göstərilməsi” mövzusunda təlim keçirilib
BDU Jurnalistika fakültəsinə yeni dekan seçiləcək - NAMİZƏDLƏR
“TəhsilPlus”la ödəniş zamanı yaranan çətinliklərin səbəbi AÇIQLANIB
BMU-nun tələbəsi vəfat edib - FOTO
Kənd məktəblərinə gedən müəllimlər üçün 21 milyon manat ayrılacaq
Şagirdlərin elektron yerdəyişməsi prosesinə başlanılır
“Qırmızı Ürəklər” Təhsil Təqaüd Proqramına müraciət başlayıb

Məktəblərdə psixoloq problemi

Məktəblərdə psixoloq problemi

Məktəblərdə psixoloqların olması mütləqdir. Şagirdlərin mənəvi aləmləri, yaş xüsusiyyətləri, şagirdlərarası münasibətlər və s. psixoloqların dəstəyi və peşə səriştəsi vasitəsilə qaydaya salınır.

Təəssüf ki, məltəblərdə psixoloqun adı var, özü yox. Təhsil prosesinin təşkilində iştirak etmir, vəzifə öhdəliklərini yerinə yetirmir. Bu müəssisənin işini daha da çətinləşdirir və təhsilin təşkilində problemlərin yaranmasına təkan verir.

Son zamanlar yaranan problemlərlə əlaqədar sizlər üçün psixoloqun məqsədini və vəzifələrini təqdim edirik.

Psixoloji xidmət valideynlər və ya digər qanuni nümayəndələr, təhsil müəssisəsinin rəhbərliyi və pedaqoji işçiləri ilə əməkdaşlıq vasitəsilə təhsilalanların psixoloji vəziyyətinin, təhsil fəaliyyətinin, sosial-mənəvi problemlərinin öyrənilməsini və onlara psixoloji dəstəyin göstərilməsini, onların proqressiv psixi inkişafını, meyil, maraq və potensialının reallaşdırılmasını, habelə mümkün psixi pozuntuların profilaktikasını təmin edir.

Psixoloji xidmətin vəzifələri aşağıdakılardır:

1. pedaqoji işçilərlə birlikdə təhsilalanların psixoloji vəziyyətini, təlim nailiyyətlərini, inkişaf meyillərini, maraq dairəsini müəyyən etmək məqsədilə müayinə və təhlillər aparmaqla real vəziyyətin müəyyənləşdirilməsi, müvafiq inkişaf planlarının hazırlanması və həyata keçirilməsi;

2. təhsil müəssisəsi üzrə akademik nailiyyətlərin artırılması və təlimdə geri qalan təhsilalanlarla işin düzgün qurulması istiqamətində dəyərləndirilmələrin aparılması, təhsil müəssisəsinin rəhbərliyinə tövsiyələrin verilməsi və müxtəlif məqsədli qabaqlayıcı inkişaf planlarının hazırlanması və icra edilməsinin nəzarətdə saxlanılması;

3. təhsil müəssisəsində sağlam mənəvi-psixoloji mühitin formalaşdırılması və sabit saxlanılması, təlim-tərbiyə prosesinin səmərəli təşkili istiqamətində ehtiyacların daim öyrənilməsi, təhsilalanların sosial bacarıqlarının artırılması istiqamətində pedaqoji işçilərlə birlikdə müvafiq işin aparılması;

4. xüsusi şərait yaradılmadan təhsil almasında çətinliklər yaranan fiziki çatışmazlığı, əqli və (və ya) psixi ləngimələri olan təhsilalanlara müvafiq korreksiyaedici fəaliyyətlərin həyata keçirilməsini təmin etmək üçün dəyərləndirilmələrin aparılması, zəruri hallarda təhsilalanların müvafiq kənar dəstək xidmətlərinə istiqamətləndirilməsi;

5. təlimdə çətinlikləri, emosional pozuntuları və sosial təhlükəli vəziyyətdə olan təhsilalanlarla qrup və fərdi fəaliyyətin planlaşdırılması;

6. psixoloji problemlərinin yaranma riski yüksək olan təhsilalanların ailə və sosial vəziyyəti ilə tanış olmaq, valideynlərlə və ya digər qanuni nümayəndələrlə, aidiyyəti dövlət orqanlarının (qurumlarının) nümayəndələri ilə mütəmadi görüşlər, maarifləndirmə tədbirləri keçirmək, sosial-məişət çətinlikləri olan təhsilalanların təhsilini və inkişafını dəstəkləmək məqsədilə məktəbəsaslı inkişaf planlarının hazırlanması və ailələrlə birlikdə icra edilməsinə dəstək verilməsi;

7. təhsilalanların peşəyönümü işinin planlaşdırılması ilə bağlı onlara, valideynlərinə və ya digər qanuni nümayəndələrinə, eləcə də təhsilverənlərə tövsiyələrin verilməsi və təhsil müəssisəsinin kollektivi ilə birlikdə icra edilməsi;

8. təhsilalanlarda müxtəlif bacarıqların (özünüidarə, düzgün ünsiyyətin qurulması, kiçikyaşlılara qarşı davranışın formalaşdırılması, münaqişələrin düzgün həlli, həvəsləndirmə, məqsədyönlülük, modelləşdirmə, rollu oyunlar və s. üzrə müsbət davranışın tərbiyə edilməsi) formalaşdırılması mövzularında təhsil müəssisəsinin kollektivi üçün görüşlərin təşkili və məsləhətləşmələrin aparılması;

9. pedaqoji işçilərə uşaq psixologiyası, müxtəlif pedaqojipsixoloji tədqiqat nəticələri, elmi-metodik məlumatlar və onların tətbiqi barədə təqdimatların edilməsi və müzakirələrin təşkili.

Oxşar xəbərlər

Bütün xəbərlər