Xəbər lentiwidget-title-icon

1-ci qrup əlil olan gənc müəlliməyə qarşı mənəvi terror: Ananın ahı və cavabsız qalan haqq-ədalət fəryadı
"Dədə-baba qaydası ilə direktor təyinatı" !FÖVQƏLMÜDİR QURBAN VERİLİR?
​"4 saat işlə, 4 saat məzuniyyətdə ol!" — Şəkidə təhsil sistemində biabırçılıq!
Təmayül məktəblərdə işləmək istəyən müəllimlərin seçiminə BAŞLANILIR
Bu gün dövlət qulluğuna qəbul imtahanı olacaq
Nəriman Həsənzadə ilə vida mərasimi keçirilir
DİM-in beynəlxalq sertifikatlarla bağlı tətbiq etdiyi yanaşma yeni hüquqi suallar doğurur: Attestat və qəbul imtahanları arasındakı fərq niyə araşdırılmır?
ETS: “TOEFL iBT Home Edition nəticələri rəsmidir”. Bəs DİM əlavə qiymətləndirməni hansı qanuna əsasən tətbiq edir?
1 Avqust - Azərbaycan Əlifbası və Dili Günüdür
IT tələbəsi: 580 balla qəbul olduğum ixtisasa 150 balla başqalarının qəbul olunması HAQSIZLIQDIR. Abituriyentin o balla nə biliyi olacaq?
Nazir müavini Həsən Həsənli Ağdaş rayonuna səfər edib
Dövlət qulluğuna qəbul üzrə test imtahanı keçiriləcək
Prezident Xalq şairinin vəfatı ilə bağlı nekroloq imzalayıb
Mehriban Əliyeva Xalq şairi Nəriman Həsənzadənin vəfatı ilə bağlı paylaşım edib
Peşə Təhsili imtahanlarında "suallar açıqlansın" tələbi - Suallar niyə gizli saxlanılır?
Yeni təmayül tədris modeli: hüquqi və pedaqoji ziddiyyətlər modeli
9-cu siniflər üçün VACİB xəbər - Kolleclərdə ən aşağı keçid ballı İXTİSASLAR
5 qat RFO qalibi Qarabağ Universitetini seçib
Dövlət qulluğuna qəbul üzrə test imtahanı keçiriləcək
“Azərbaycan Şahmat Turu” çərçivəsində təşkil olunan turnirə yekun vuruldu
Elmin İnkişafı Fondu tərəfindən keçirilən qrant müsabiqəsində qalib LAYİHƏ
BMU-da ikili diplom proqramı çərçivəsində 4 ixtisas üzrə qəbul davam edir
Beynəlxalq könüllülük layihəsinə qeydiyyata start verilib - WFID 7ci forumu
Yeni təmayül tədris modelinə niyə maraq yoxdur?
Vilayət Vəliyevin yerinə rektor təyin olundu

Gənc müəllimlərlə müzakirə aparılıb

Gənc müəllimlərlə müzakirə aparılıb

2 Fevral–Azərbaycan Gəncləri Günü münasibətilə gənc müəllimlərlə görüş keçirilib.

Bildirilib ki, “Azərbaycan maarifçilik ənənələri gənc müəllimlərin missiyası kimi” mövzusunda keçirilən görüşdə Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini, Agentliyin Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri vəzifəsini müvəqqəti icra edən Mehriban Vəliyeva, Qazax Müəllimlər Seminariyası İdarə Heyətinin üzvü, ADA Universitetinin ABŞ-dakı Mərkəzinin prezidenti Qalib Məmməd, ADA Universitetinin prorektoru Vəfa Kazdal, Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının (AGMA) sabiq sədri, Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü Rüfət Əsədzadə, F.B.Köçərli adına Respublika Uşaq Kitabxanasının direktoru Şəhla Qəmbərova, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müvafiq struktur bölmə rəhbərləri və gənc müəllimlər iştirak ediblər.

İştirakçılar əvvəlcə F.B.Köçərli adına Respublika Uşaq Kitabxanası ilə tanış olub, böyük mütəffəkirin pedaqoji fikir tarixindəki yeri, maarifçilik fəlsəfəsinə həsr olunmuş videoçarxı izləyiblər.

Görüş iştirakçılarını salamlayan F.B.Köçərli adına Respublika Uşaq Kitabxanasının direktoru Ş.Qəmbərova gənc müəllimlərlə görüşün böyük pedaqoq və maarifçinin adını daşıyan kitabxanada keçirilməsinin rəmzi məna daşıdığını bildirib, F.B.Köçərlinin gənc nəslin təlim-tərbiyəsi və inkişafındakı xidmətləri barədə məlumat verib.
Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini, Agentliyin Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri vəzifəsini müvəqqəti icra edən Mehriban Vəliyeva böyük müəllim, pedaqoq, maarifçi, ədəbiyyatşünas F.B.Köçərlinin təəsübkeş Vətən ziyalısı kimi Azərbaycan məktəbi və pedaqoji fikir tarixindəki yerindən danışıb. Bildirib ki, F.B.Köçərlinin elmi-pedaqoji və maarifçilik fəaliyyətində ana dilinin qorunub saxlanılması, təlimin ana dilində aparılması ideyasının inkişafı yolunda çalışaraq qoyduğu zəngin irs bu gün təhsil müəssisələrində uğurla davam etdirilir. M.Vəliyeva böyük pedaqoqun təhsil, maarifçilik, ziyalı nəsillərin yetişdirilməsi ilə əsasını qoyduğu dəyərlərin bu gün Azərbaycan müəllimi tərəfindən layiqincə qorunduğunu söyləyib. Gənc müəllimləri mütəşəkkil olaraq maarifçilik işinə töhfə verməyə səsləyən M.Vəliyeva cəmiyyətdə müəllim adının və nüfuzunun qorunub saxlanması estafetinin onların əlində olduğunu söyləyib. Ümidvar olduğunu bildirib ki, Azərbaycanın gənc müəllimləri F.B.Köçərli və digər işıqlı maarifçilərin amallarını müasir dövrdə layiqli səviyyədə gerçəkləşdirəcək, bu müqəddəs missiyanı uğurla davam etdirə biləcəklər.

Qazax Müəllimlər Seminariyası İdarə Heyətinin üzvü, ADA Universitetinin ABŞ-dakı Mərkəzinin prezidenti Q.Məmməd ADA Universitetinin ölkəmizdə yüksək ixtisaslı müəllimlər yetişdirmək səylərinə dəstək məqsədilə F.B.Köçərlinin əsasını qoyduğu Qazax Müəllimlər Seminariyasının tarixi binası və missiyasını bərpa etdiyini söyləyib. Müəllimlik missiyasının fəlsəfəsindən bəhs edən Q.Məmməd Universitetin “Bir müəllimin manifesti” layihəsi çərçivəsində regionlardakı qabaqcıl müəllimlərin seçilərək ixtisasartırma üçün ADA-da, həmçinin ADA Universitetinin Vaşinqton Mərkəzində beynəlxalq təhsil təcrübəsi ilə tanış olmaq imkanı qazandıqlarını bildirib. Beynəlxalq miqyasda Azərbaycanı təmsil etmək və millətin səsi olmaq vəzifəsinin gənclərin üzərinə düşdüyünü söyləyən Q.Məmməd bu missiyada məktəbin, müəllimin əhəmiyyətli rolundan söz açıb.

ADA Universitetinin prorektoru V.Kazdal, AGMA-nın sabiq sədri, Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü R.Əsədzadə, Şəmkir rayonu Seyfəli kənd tam orta məktəbinin informatika müəllimi, AGMA-nın üzvü Rəna Heydərzadə yenilikçi müəllimləri dəyər kimi təqdim etmək, nümunəvi təcrübələri yaymaq, peşəkar müəllimlər yetişdirmək, vətəndaşlıq və sosial məsuliyyət hissini daha dərindən aşılamaq işində birgə səyləri müsbət dəyərləndirblər.

Vətən Müharibəsi qazisi, 87 nömrəli tam orta məktəbin müəllimi İsrafil Hüseynov Qarabağda qazanılan Zəfərdə imzası olan gənc müəllim kimi qürur duyduğunu, vətənpərlik dərsini bundan sonra daha böyük əzmlə sinif otaqlarında davam etdirəcəyini söyləyib.

Görüşdə Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının (AGMA) sabiq sədri, Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü Rüfət Əsədzadə gənc müəllimlərin peşəkar inkişafına göstərdiyi səmərəli fəaliyyətinə görə BŞTİ tərəfindən Fəxri fərmanla təltif olunub.
Daha sonra Azərbaycan təhsilinin milli dəyərlərə əsaslanan yeni məzmunu, təhsil müəssisələrində XXI əsr bacarıqlarını aşılayan yenilikçi ideyaların tətbiqi və digər məsələlər ətrafında müzakirələr aparılıb, gənc müəllimləri maraqlandıran aktual mövzulara aydınlıq gətirilib.
Sonda 3 nömrəli Uşaq Gənclər İnkişaf Mərkəzinin dərnək üzvünün ifası təqdim olunub.
Qeyd edək ki, gənc müəllimlərlə növbəti görüşün fevralın 1-də keçirilməsi nəzərdə tutulur.

Oxşar xəbərlər

Bütün xəbərlər