Xəbər lentiwidget-title-icon

“Tələbələrə nəqliyyat güzəşti birmənalı tətbiq olunmalıdır” – Ceyhun Məmmədov
Maaş artımından sonra tibbə maraq yüksələcək? - “Bunu demək hələ tezdir”
Bəzi məktəblərdə tədris onlayn olacaq
AzTU-da sənaye doktoranturası ilə bağlı təqdimat keçirilib
Valideyn-dövlət-özəl əməkdaşlığı əsasında seçilən özəl bağçaların SİYAHISI
Magistraturada ixtisasını dəyişmək istəyənlərlə bağlı AÇIQLAMA
Günəşdə yeni güclü alışmalar gözlənilir
MDU ingilis dili müəllimliyi üzrə vakansiya elan edir
Kolleclərin sayı ARTIB
Şagirdlərin süni intellekt alətlərindən istifadəsinə QADAĞA QOYULDU
AzTU 14-cü qlobal istiləşmə üzrə beynəlxalq konfransa ev sahibliyi edir
6 idmançı ADPU-ya müsabiqədənkənar qəbul olunub
Rektor AzTU-ya yüksək balla qəbul olunan tələbə ilə görüşüb
Dünyada təhsil BÖHRANI: 273 milyon şəxs məktəbə getmir
Bu gün 1-ci sinfə qəbul başa çatır
Sertifikasiyanın müsahibə mərhələsi BAŞLAYIR
Himayədar ailələr üçün yeni dəyişikliklər edilib
Təhsil şirkəti necə oldu ki, tikinti şirkətinə çevrildi? - “Robospace”dən “Avenza”ya - FAKTLAR, FOTOLAR
Məktəblilər üçün yollarda təhlükəsizlik aylığı...
Bakıdakı məktəblər dezinfeksiya edilir
Məktəbəhazırlığa ilk dəfə gedən uşaqlar - Uşağı valideyndən ayrılığa necə hazırlamalı?
Elm və Təhsil Naziriliyində "Depot" sualı: 429 mindən 1,67 milyona necə çıxıldı?
Abşeron rayonu üzrə təhsil işçilərinin sentyabr konfransı keçiriib - FOTOLAR
Bu universitetdə təkrar ali təhsil üçün sənəd qəbulu uzadılıb
Qısaldılmış iş vaxtının kimlərə şamil olunduğu açıqlanıb

Novruzun gəlişinin ilk müjdəçisi Xızır Nəbi bayramı - FOTO

Novruzun gəlişinin ilk müjdəçisi Xızır Nəbi bayramı - FOTO

Novruzun gəlişinin ilk müjdəçisi Xızır Nəbi gecələri (və ya Xıdır) fevralın 10-11-də qeyd edilir. Bu, kiçik çillənin sonuncu ongünlüyü, yəni fevralın birinci dekadası başa çatdıqdan sonra olur. Elə həmin andan yazın müjdəçisi olan Xızır gecələri (və ya Xıdır) başlayır. Deyilənə görə, bu bayram Xızır peyğəmbərin adı ilə bağlıdır.

Təhsilmedia.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu bayramı Azərbaycanın qərb bölgəsində Tovuzun Yuxarı Öysüzlü kəndinin sakinləri özünəməxsus şəkildə qeyd edirlər. Bu kəndin sakinləri yüzilliklərdən bəri adət-ənənələrini davam etdirməkdədirlər. Bölgədə bahar bayramını hər kəsdən tez məhz bu kəndin sakinləri qarşılayır - desək, yanılmarıq... “Xızır Nəbi gecəsi”, “Xızır” və ya “Xıdır bayramı” kimi adlandırılan bu bayramı insanlar xüsusi mərasimlərlə qeyd edirlər. Onlar su, torpaq və alovun qovuşduğu, inanc yeri olan Xan çinarının ətrafına toplaşaraq tonqal yandırırlar. Sakinlər həmin gecəni baharın gəlişinin müjdəsi kimi keçirirlər.

İnanca görə, bu gündən sonra qışın məşəqqətləri arxada qalır, təbiətdə yazın nəfəsi duyulur. Xalq rəvayətlərinə görə, insanları çətinliklərdən qurtarmaq üçün Xıdır Nəbi qış günlərində evlərə bərəkət paylayır.

Tovuz rayon sakini Rauf Rüstəmov deyir ki, Xızır bayramında (və ya Xıdır) ilk dəfə iştirak edir: “Xızır bayramı (və ya Xıdır) haqqında hər zaman eşidirdik. Ancaq bu gün şahidi olum. Bu il daha coşqu ilə keçirilir. Həm də bizim Vətən müharibəsi Zəfərimiz, bu xoş ab-hava burada davam edir. Bu bayram qışın son günləri və yazın başlanğıcı, təbiətin, torpağın oyanışı ilə əlaqədardır. İnsanlar buraya gəlirlər, niyyət edirlər. Tədbirlər isə axşam saatlarına qədər davam edir”, - deyə R.Rüstəmov bildirib.

Xızır bayramının (və ya Xıdır) atributlarından biri hər kəsin evində “qovud”un olmasıdır. Bu, qədimdə Xıdır Nəbinin insanlara öz köməyini, azuqəsini əsirgəməməsi adət-ənənəsinin davam etdirilməsidir.

Bu gecələrin bayram edilməsi həm də günlərin uzanması, havaların nisbətən isinməsi, yazın gəlişinin hiss olunması ilə bağlıdır. İnsanlar bir-birini yazın gəlişinin müjdəçisi Xıdır Nəbi bayramı münasibətilə təbrik edir, yaz fəslinə, bayramlara hazırlıqlara başlayırlar.

Oxşar xəbərlər

Bütün xəbərlər