Xəbər lentiwidget-title-icon

AzTU komandaları beynəlxalq olimpiadada qalib olub
AzMİU-da 8 Noyabr - Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
Bir qrup media işçisi təltif edilib – SƏRƏNCAM
Somali səfiri ADNSU-da olub - FOTO
Özəl universitetlərdə tibb ixtisası açılsın - TƏKLİF
Əmək haqqı ödənişləri elektronlaşdırılacaq
Aqrar sığorta ekspertliyi üzrə imtahana qeydiyyat davam edir
Türkiyədə şagird və tələbələrin nailiyyətləri süni intellektlə qiymətləndiriləcək
İlham Əliyev sammit iştirakçılarına müraciət ünvanlayıb
Təhsil müəssisələrində Zəfərin altıncı ildönümünə həsr olunan silsilə tədbirlər keçiriləcək
MDU-da doktoranturaya ödənişsiz hazırlıq kursu başlayıb
Məleykə Abbaszadə V "Yüksəliş" in qalibləri ilə görüşüb
MİQ-də ehtiyatda qalan namizədlərə şans
Daha bir universitetdə hüquq və tibb ixtisaslarının açılması planlaşdırılır - EKSKLÜZİV
Kollec tələbəsi bıçaqlanıb
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
Tələbə qızların fotolarını yayıb, silmək üçün pul tələb edirlər
Müəllim və tələbələr üçün “İlk yardımın göstərilməsi” mövzusunda təlim keçirilib
BDU Jurnalistika fakültəsinə yeni dekan seçiləcək - NAMİZƏDLƏR
“TəhsilPlus”la ödəniş zamanı yaranan çətinliklərin səbəbi AÇIQLANIB
BMU-nun tələbəsi vəfat edib - FOTO
Kənd məktəblərinə gedən müəllimlər üçün 21 milyon manat ayrılacaq
Şagirdlərin elektron yerdəyişməsi prosesinə başlanılır
“Qırmızı Ürəklər” Təhsil Təqaüd Proqramına müraciət başlayıb
150 məktəbə şagird sayına görə pul ayrılacaq

Qardaşının məktəbli sevgilisini döydüyü deyilən bacı danışdı: “Şillə vurdu, sonra polislər…”

Qardaşının məktəbli sevgilisini döydüyü deyilən bacı danışdı: “Şillə vurdu, sonra polislər…”

Suraxanı rayonu, Əmircan qəsəbəsində yerləşən 97 nömrəli tam orta məktəbin 10-cu sinif şagirdinin döyüldüyü iddia edilir.

Belə ki, oğlan və qız sevgili olublar. Oğlanın bacıları qıza onun başqa sevgilisinin olduğunu deyib və qardaşlarından uzaq durmağı tələb ediblər.

İddialara görə, bundan sonra oğlanın bacıları ilə 10-cu sinif şagirdi olan qız arasında mübahisə baş verib və bacılar qızı döyüblər.

Məsələ ilə bağlı sözügedən bacılardan biri Samirə Nəsirova ilə əlaqə saxladıq.

Yenisabah.az-a danışan S.Nəsirova bu iddiaların tamamilə əsassız olduğunu bildirib:

“Biz 10-cu sinif şagirdi olan qızı döyməmişik, ümumiyyətlə, məsələ bu cür olmayıb. Həmin qıza mesaj yazmışıq, qardaşımdan uzaqlaşmasını istəmişik, o isə bizi “söhbətə çağırıb”. Bizə mesaj yazaraq həd-qorxu gəldi və bildirdi ki, sabah dediyim yerə gələrsiniz, məsələni həll edərik.

Biz həmin yerə getmədik, 16 yaşlı uşaq valideyn himayəsindədir, məhz bu səbəbdən bacım və mən birbaşa onun oxuduğu 97 saylı məktəbə yollandıq. Məktəbdə onun valideynlərinin gəlməsini tələb etdik. Məktəbin psixoloqu, direktoru bildirdi ki, həmin şagirdin psixoloji durumu yerində deyil və dəfələrlə psixoloq qəbulunda olub. Biz məktəbdə olduğumuz vaxt 16 yaşlı şagird hər kəsin gözü önündə mənim bacıma şillə vurdu. Bundan sonra iş polisə qədər uzandı, biz bölmədə polisə 16 yaşlı məktəblinin bizə yazdığı hədə-qorxu dolu mesajları göstərdik. Şagird bizə demişdi ki, mən heç kəsdən qorxmuram, atam və qardaşım Prezident Aparatında işləyir. Polis onun qardaşını bölməyə çağıranda isə məlum oldu ki, qardaşı taksi sürücüsü, atası isə bir müəssisədə qapıçı olaraq çalışır. Qızın qardaşı bizdən üzrxahlıq etdi. Daha sonra biz izahatımızı yazıb bölmədən çıxdıq, onlar isə orada qaldı. Əgər biz 10-cu sinifdə oxuyan məktəblini döysəydik, polis bizi buraxardımı? Bu xəbərlər tamamilə yalandır. Nə belə bir görüş olub, nə də biz məktəblini döymüşük”.

S.Nəsirova sonda qeyd edib ki, hadisə 97 saylı məktəbdə müzakirə olunanda, bu məsələnin onlara aidiyyatı olmadığı deyilib. Bildirdilər ki, hadisə məktəbdən kənarda baş verdiyi üçün bizə aidiyyatı yoxdur.

Oxşar xəbərlər

Bütün xəbərlər