Xəbər lentiwidget-title-icon

MDU-da doktoranturaya ödənişsiz hazırlıq kursu başlayıb
Məleykə Abbaszadə V "Yüksəliş" in qalibləri ilə görüşüb
MİQ-də ehtiyatda qalan namizədlərə şans
Daha bir universitetdə hüquq və tibb ixtisaslarının açılması planlaşdırılır - EKSKLÜZİV
Kollec tələbəsi bıçaqlanıb
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
Tələbə qızların fotolarını yayıb, silmək üçün pul tələb edirlər
Müəllim və tələbələr üçün “İlk yardımın göstərilməsi” mövzusunda təlim keçirilib
BDU Jurnalistika fakültəsinə yeni dekan seçiləcək - NAMİZƏDLƏR
“TəhsilPlus”la ödəniş zamanı yaranan çətinliklərin səbəbi AÇIQLANIB
BMU-nun tələbəsi vəfat edib - FOTO
Kənd məktəblərinə gedən müəllimlər üçün 21 milyon manat ayrılacaq
Şagirdlərin elektron yerdəyişməsi prosesinə başlanılır
“Qırmızı Ürəklər” Təhsil Təqaüd Proqramına müraciət başlayıb
150 məktəbə şagird sayına görə pul ayrılacaq
Bağça müəllimlərinin sertifikatlaşdırılmasında suallar bu mövzulardan olacaq
Google məktəblərə süni intellektdən istifadə şərti qoyur
Gimnaziyada 50 minlik MƏNİMSƏMƏ - Nazirlik məhkəməyə üz tutdu
Bağça müəllimlərinin sertifikasiya sənədi açıqlanıb
Müəllimlərdən sonra tələbələrə də nəqliyyat güzəşti təklif olunur
Gəncədəki bağça ilə bağlı iddialar araşdırılıb - RTİ
Türkiyədə təcrübə keçən tələbələr rektorla görüşüb
Sumqayıtda yeni körpələr evi-uşaq bağçası fəaliyyətə başlayır
Magistr və doktorantlar üçün süni intellekt dəstəkli təlim keçiriləcək
Deputat: Şagirdlərin kitabxanalara maraq göstərmədiyini açıq-aydın müşahidə edirik

Milli Məclisin Elm və təhsil komitəsinin növbəti iclası keçirilib - FOTO

Milli Məclisin Elm və təhsil komitəsinin növbəti iclası keçirilib - FOTO

Aprelin 8-də Milli Məclisin Elm və təhsil komitəsinin videokonfrans formatında növbəti iclası keçirilib.

Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, iclası açan komitə sədri Bəxtiyar Əliyev gündəliyə ikinci oxunuşda olan iki qanun layihəsinin - “Təhsil haqqında” qanunda dəyişiklik edilməsi barədə və “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında”, “Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında”, “Veteranlar haqqında”, “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında”, “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında”, “Peşə təhsili haqqında” və “Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihələri daxil edildiyini bildirib.

Qanun layihələri barədə geniş məlumat verən komitə sədri irəli sürülən dəyişikliklərin Prezident İlham Əliyevin əhalinin aztəminatlı təbəqəsi və sosial müdafiəyə xüsusi ehtiyacı olan şəxslərin təhsilə əlçatanlığını təmin etməklə yanaşı bu kateqoriya üzrə insanların əhatə dairəsinin də genişləndirilməsinə zəmin yaradacağını diqqətə çatdırıb.

Qeyd olunub ki, Təhsil Tələbə Krediti Fondunun vəsaiti hesabına təhsil tələbə kreditlərinin verilməsi, peşə təhsili müəssisələrində yeni maliyyələşmə mexanizminin tətbiq edilməsi, habelə ali təhsil müəssisələrində dövlət hesabına maliyyələşən təqaüd yerlərinin sayının və həcminin ilbəil artırılması, həmçinin digər islahatlar dövlət başçısının təhsilə, insan kapitalının inkişafına, xüsusən də sosial müdafiəyə ehtiyac duyan həssas əhali qrupuna aid vətəndaşlara yüksək diqqətinin təzahürüdür.

Bəxtiyar Əliyev bildirib ki, müzakirəyə təqdim edilən qanun layihələrinə dair birinci oxunuşdan sonra komitəyə heç bir irad və təklif daxil olmayıb.

Məsələlərin müzakirəsində komitə sədrinin müavini Musa Qasımlı, komitənin üzvləri Ceyhun Məmmədov, Etibar Əliyev və Milli Məclis Aparatının Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev çıxış edərək, qanun layihələri ilə bağlı fikirlərini bildiriblər.

Müzakirələrin sonunda hər iki qanun layihəsi ikinci oxunuşda baxılması üçün Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Oxşar xəbərlər

Bütün xəbərlər