Xəbər lentiwidget-title-icon

MİQ-də ehtiyatda qalan namizədlərə şans
Daha bir universitetdə hüquq və tibb ixtisaslarının açılması planlaşdırılır - EKSKLÜZİV
Kollec tələbəsi bıçaqlanıb
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
Tələbə qızların fotolarını yayıb, silmək üçün pul tələb edirlər
Müəllim və tələbələr üçün “İlk yardımın göstərilməsi” mövzusunda təlim keçirilib
BDU Jurnalistika fakültəsinə yeni dekan seçiləcək - NAMİZƏDLƏR
“TəhsilPlus”la ödəniş zamanı yaranan çətinliklərin səbəbi AÇIQLANIB
BMU-nun tələbəsi vəfat edib - FOTO
Kənd məktəblərinə gedən müəllimlər üçün 21 milyon manat ayrılacaq
Şagirdlərin elektron yerdəyişməsi prosesinə başlanılır
“Qırmızı Ürəklər” Təhsil Təqaüd Proqramına müraciət başlayıb
150 məktəbə şagird sayına görə pul ayrılacaq
Bağça müəllimlərinin sertifikatlaşdırılmasında suallar bu mövzulardan olacaq
Google məktəblərə süni intellektdən istifadə şərti qoyur
Gimnaziyada 50 minlik MƏNİMSƏMƏ - Nazirlik məhkəməyə üz tutdu
Bağça müəllimlərinin sertifikasiya sənədi açıqlanıb
Müəllimlərdən sonra tələbələrə də nəqliyyat güzəşti təklif olunur
Gəncədəki bağça ilə bağlı iddialar araşdırılıb - RTİ
Türkiyədə təcrübə keçən tələbələr rektorla görüşüb
Sumqayıtda yeni körpələr evi-uşaq bağçası fəaliyyətə başlayır
Magistr və doktorantlar üçün süni intellekt dəstəkli təlim keçiriləcək
Deputat: Şagirdlərin kitabxanalara maraq göstərmədiyini açıq-aydın müşahidə edirik
Səbinə Əliyeva yenidən Ombdsman seçilib
DİM-də rəqəmsal SAT imtahanı təşkil olunacaq

Milli Məclisin Elm və təhsil komitəsinin növbəti iclası keçirilib - FOTO

Milli Məclisin Elm və təhsil komitəsinin növbəti iclası keçirilib - FOTO

Oktyabrın 30-da Milli Məclisin Elm və təhsil komitəsinin növbəti iclası keçirilib.

Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən "tehsilmedia.info" a bildirilib ki, onlayn formatda keçirilən iclası açan komitə sədri Bəxtiyar Əliyev gündəliyə iki məsələnin daxil edildiyini söyləyib. O, əvvəlcə “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Azərbaycan Respublikasının 2023-cü il 14 iyul tarixli 987-VIQ nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi barədə (üçüncü oxunuş) qanun layihəsi ilə bağlı məlumat verib. Bildirilib ki, sənəd "Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında" Qanunun icrası ilə əlaqədar hazırlanıb. Dəyişikliklərə əsasən, layihəyə daxil olan "Elektron imza və elektron sənəd haqqında" qanunun 1.1.15-ci maddəsində yer alan “elektron sənəd” anlayışının məzmunu yeni redaksiyada verilib. Belə ki, elektron sənəd - elektron formada, o cümlədən mətn, səs, görüntü və ya audio-görüntü formasında saxlanılan kontent kimi təklif olunur.

Sonra komitə sədri “Polis haqqında”, “Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası haqqında” və “Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə qanun layihəsini (ikinci oxunuş) təqdim edib. Diqqətə çatdırılıb ki, "Uşaqların cinsi istismardan və cinsi zorakılıqdan müdafiəsi haqqında" Avropa Şurası Konvensiyasının ratifikasiyası ilə bağlı Cinayət Məcəlləsinə müvafiq dəyişiklik edilib. Yetkinlik yaşına çatmayan şəxslərin hüquqlarının müdafiəsi məqsədilə bəzi qanunvericilik aktlarında da mövcud normaların Cinayət Məcəlləsinə uyğunlaşdırması üçün düzəlişlər təklif edilir. Layihədə adı çəkilən "Ümumi təhsil haqqında" Qanunun 27.2.5-ci maddəsinə “və ya” sözlərindən sonra “cinsi” sözü əlavə olunur. Sənədə əsasən, uşaqlara qarşı cinsi istismar və ya cinsi zorakılıqla bağlı cinayətə görə məhkum olunmuş şəxslər pedaqoji fəaliyyətlə məşğul ola bilməzlər.

Məsələlərlə bağlı çıxış edən komitənin sədr müavini Musa Qasımlı və üzvü Etibar Əliyev dəyişikliklərin məqsədəmüvafiq olduğunu bildiriblər. Deputatlar təhsillə bağlı bəzi qeydlərini də səsləndiriblər.

Müzakirələrin sonunda hər iki qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Milli Məclisin Elm və təhsil komitəsinin növbəti iclası keçirilib - FOTO

Oxşar xəbərlər

Bütün xəbərlər