Xəbər lentiwidget-title-icon

Daha bir universitetdə hüquq və tibb ixtisaslarının açılması planlaşdırılır - EKSKLÜZİV
Kollec tələbəsi bıçaqlanıb
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
Tələbə qızların fotolarını yayıb, silmək üçün pul tələb edirlər
Müəllim və tələbələr üçün “İlk yardımın göstərilməsi” mövzusunda təlim keçirilib
BDU Jurnalistika fakültəsinə yeni dekan seçiləcək - NAMİZƏDLƏR
“TəhsilPlus”la ödəniş zamanı yaranan çətinliklərin səbəbi AÇIQLANIB
BMU-nun tələbəsi vəfat edib - FOTO
Kənd məktəblərinə gedən müəllimlər üçün 21 milyon manat ayrılacaq
Şagirdlərin elektron yerdəyişməsi prosesinə başlanılır
“Qırmızı Ürəklər” Təhsil Təqaüd Proqramına müraciət başlayıb
150 məktəbə şagird sayına görə pul ayrılacaq
Bağça müəllimlərinin sertifikatlaşdırılmasında suallar bu mövzulardan olacaq
Google məktəblərə süni intellektdən istifadə şərti qoyur
Gimnaziyada 50 minlik MƏNİMSƏMƏ - Nazirlik məhkəməyə üz tutdu
Bağça müəllimlərinin sertifikasiya sənədi açıqlanıb
Müəllimlərdən sonra tələbələrə də nəqliyyat güzəşti təklif olunur
Gəncədəki bağça ilə bağlı iddialar araşdırılıb - RTİ
Türkiyədə təcrübə keçən tələbələr rektorla görüşüb
Sumqayıtda yeni körpələr evi-uşaq bağçası fəaliyyətə başlayır
Magistr və doktorantlar üçün süni intellekt dəstəkli təlim keçiriləcək
Deputat: Şagirdlərin kitabxanalara maraq göstərmədiyini açıq-aydın müşahidə edirik
Səbinə Əliyeva yenidən Ombdsman seçilib
DİM-də rəqəmsal SAT imtahanı təşkil olunacaq
Milli Məclis Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edəcək

Daha üç qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olunub - FOTO

Daha üç qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olunub - FOTO

Oktyabrın 19-da Milli Məclisin Elm və təhsil komitəsinin onlayn formatda növbəti iclası keçirilib.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən "tehsilmedia.info"a bildiriblər ki, komitə sədri Bəxtiyar Əliyev gündəliyə üç məsələnin daxil edildiyini bildirib.

B.Əliyev “Peşə təhsili haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinin birinci və ikinci oxunuşda müzakirələri zamanı heç bir əlavə və təklifin daxil olmadığını söyləyib.

Sənədə əsasən, Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə görə “Müharibə veteranı” adı almış şəxslər dövlət peşə təhsili müəssisələrində ödənişli əsaslarla təhsil aldıqları müddətdə təhsil haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödənilir.

Sonra “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” 2023-cü il 14 iyul tarixli 987-VIQ nömrəli Qanunun icrası ilə əlaqədar Azərbaycanın bəzi qanunlarında dəyişiklik olunması barədə qanun layihəsini təqdim edən komitə sədri bildirib ki, uyğunlaşdırma xarakteri daşıyan dəyişikliyə əsasən, layihəyə daxil olan “Elektron imza və elektron sənəd haqqında” qanuna təklif edilən dəyişiklikdə “elektron sənəd” anlayışının tərifi yeni redaksiyada verilir. Qeyd edilib ki, layihədə elektron sənəd – elektron formada, o cümlədən mətn, səs, görüntü və ya audiogörüntü formasında saxlanılan kontent kimi müəyyənləşir.

Gündəlikdəki sonuncu məsələ - “Polis haqqında”, “Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası haqqında” və “Ümumi təhsil haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi ilə bağlı məlumat verən komitə sədri təklif edilən dəyişikliklərin uyğunlaşdırma xarakterli olduğunu deyib.

O, “Uşaqların cinsi istismardan və cinsi zorakılıqdan müdafiəsi haqqında" Avropa Şurası Konvensiyasının ratifikasiyası ilə bağlı Cinayət Məcəlləsinə müvafiq dəyişikliklərin edildiyini bildirib. Buna uyğun olaraq, sənədə daxil edilən “Ümumi təhsil haqqında” qanunun 27.2.5-ci maddəsində “və ya” sözlərindən sonra “cinsi” sözü əlavə edilir. Düzəlişə əsasən, uşaqlara qarşı cinsi istismar və ya cinsi zorakılıqla bağlı cinayətə görə məhkum olunmuş şəxslər pedaqoji fəaliyyətlə məşğul ola bilməzlər.

Müzakirələr zamanı çıxış edən komitənin sədr müavini Musa Qasımlı, üzvləri Aqiyə Naxçıvanlı, Anar İsgəndərov, Etibar Əliyev, Ceyhun Məmmədov təqdim olunan məsələlərin əhəmiyyətini və aktuallığını vurğulayıblar.

Onlayn iclasın sonunda gündəlikdəki hər üç qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Oxşar xəbərlər

Bütün xəbərlər