Xəbər lentiwidget-title-icon

Gəncə-Daşkəsən üzrə təhsil rəqəmləri: neçə şagird və müəllim var?
Metronun bu stansiyalarına giriş sabahdan pulsuz olacaq
Metroya görə dərsə gecikənlərə qaib yazılacaq? – Universitetlərdən CAVAB
Əməkdar müəllim yeni qaydaları DƏSTƏKLƏDİ: "Məktəbli formasının vahidliyi qorunacaq"
Türkiyədə məktəbə silahlı hücum olub yaralananlar var
SDU haqqında yayılan iddialarla bağlı AÇIQLAMA VERDİ
Bu məktəblərdə dərslər onlayn OLACAQ
Universitetlər magistr hazırlığını özləri aparacaq? - SƏBƏB
Atatürk Universiteti Bakıda məzunlarını bir araya gətirəcək
Məktəbli forması ilə bağlı qərarın arxasında hansı məqsəd dayanır? - Ekspert AÇIQLADI
Məktəblilərə hicabda məktəbə gəlmək qadağan edildi – RƏSMİ
Şagirdlər üç ildən sonra ilk dəfə dərsə getdilər
Şagirdlərin geyim formasının standartları təsdiqlənib
Sevinc Orucova KİMƏ ARXAYINDIR?
İlham Əliyev sərəncam imzalayıb
Azərbaycanda ali təhsil ocağı ləğv edildi
Qarabağ universiteti və tələbələri üçün xüsusi imkanlar yaradılacaq
Azərbaycan beynəlxalq yarışda 7 ixtisas üzrə təmsil olunacaq
“Baku ID 2026” innovasiya festivalı başa çatıb
Bakıda iki bağça fəaliyyətə başlayıb
Bu universitetlərdə dərslər onlayn olacaq - TAM SİYAHI
SDU-da qiyabi tələbələrin narazılığı - “Təhsilimizlə oynayırlar...”
BMU-da süni intellekt üzrə yeni kafedra yaradılıb
“Uşağı məktəbdə daha çox saxlamaq, onu daha çox öyrətmək deyil” - Əməkdar müəllimdən ETİRAZ
Tərbiyəçi-müəllimlərin sertifikasiyası hansı formada təşkil olunacaq? - Agentlik direktoru AÇIQLADI

Şəhid və qazi övladları üçün “Xarıbülbül” payız düşərgəsi başlayıb - FOTOLAR

Şəhid və qazi övladları üçün “Xarıbülbül” payız düşərgəsi başlayıb - FOTOLAR

Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyinin və Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin və “Böyük Qayıdış” Gənclər Təşkilatının birgə təşkilatçılığı ilə Xocavənd rayonunun Hadrut qəsəbəsində və Füzuli şəhərində 27 Sentyabr – Anım Gününə həsr olunmuş “Xarıbülbül” düşərgəsinə start verilib.

Düşərgə iştirakçıları ilk olaraq Füzulinin Qaraxanbəyli kəndi yaxınlığında şəhidlərimizin şərəfinə ucaldılmış abidəni - Vətən uğrunda canından keçən qəhrəmanlarımızın şəhid olduğu ilk yerlərdən birini ziyarət ediblər.

Daha sonra Füzuli şəhərində yerləşən Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəbdə düşərgə iştirakçıları ilə görüş keçirilib. Görüşdə məktəbin direktoru Həcər Mahmudova, “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Sevinc Orucova, “Böyük Qayıdış” Gənclər Təşkilatının sədri Nail Şükürov və Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin məsul əməkdaşı Fidan Məmmədli iştirak edərək, iştirakçıları işğaldan azad olunmuş, həyatın yenidən canlandığı Füzuli şəhərində salamlayıb, onlara düşərgə proqramı haqqında ətraflı məlumat verib, uğurlar arzulayıblar. Bildirilib ki, artıq üçüncü ildir ki, ənənəvi olaraq təşkil olunan düşərgənin keçirilməsində əsas məqsəd şəhid və qazi övladlarının asudə vaxtlarını səmərəli təşkil etmək, onlarda özünə inam və həmrəylik hisslərini gücləndirmək, keçiriləcək müxtəlif təlim, seminar və görüşlər vasitəsilə şəxsi inkişaflarına dəstək olmaqdır.Çıxışlar zamanı “Xarıbülbül” şəhid və qazi övladlarının payız düşərgəsinin Anım Günü ərəfəsində keçirilməsinin böyük rəmzi məna daşıdığı, şəhid ailələrinə, qazilərə və onların övladlarına dövlətimiz tərəfindən daim xüsusi diqqət və qayğı göstərildiyi bildirilib. Vurğulanıb ki, torpaqlarımızın azadlığı uğrunda canından keçən qəhrəman vətən övladlarının yadigarları hər birimiz üçün əmanətdir. Onların inkişafına töhvə vermək əsas məqsədlər sırasındadır.
Görüşdən sonra düşərgə iştirakçıları Füzuli şəhərinə ekskursiya edərək, şəhərdə aparılan bərpa və quruculuq işləri ilə yaxından tanış olublar. Eyni zamanda, düşərgənin ilk günündə iştirakçılar üçün müxtəlif şəbəkələşmə və idman oyunları, yarıdıcılıq üzrə master-klasslar təşkil olunub.

Qeyd edək ki, 4 gün davam edəcək düşərgə müddətində iştirakçılar üçün mədəniyyət paytaxtımız Şuşa şəhərinə və Xankəndi şəhərinə ekskursiyalar, yenicə fəaliyyətə başlamış Qarabağ Universitetinə infotur, Vətən müharibəsi iştirakçılarının, rəsmilərin və məşhur simaların iştirakı ilə görüşlər, intellektual oyunlar, şəxsi və komanda inkişafı yönümlü təlimlərin keçirilməsi nəzərdə tutulub.

Oxşar xəbərlər

Bütün xəbərlər