Xəbər lentiwidget-title-icon

Qubadlıda 2 məktəbin fəaliyyəti dayandırılacaq - RƏSMİ
MİQ-in müsahibə nəticələri AÇIQLANIB
Bağça müəllimləri sertifikasiyadan necə keçəcək? - QAYDALAR
BMU-da yeni qəbul olunan tələbələrlə görüş keçiriləcək
Bazar günü yağış yağacaq - PROQNOZ
Subbakalavrlara qoyulan sədd kolleclərin sonu olacaq?
2027-ci ilin qəbul imtahanları ilə bağlı XƏBƏRDARLIQ
Türkiyədə özəl məktəblərə xarici adlardan istifadə qadağan edilib
Uşaqlarda disleksiya və autizm problemi artır - Pediatrdan XƏBƏRDARLIQ
Sirkə turşusu içən 17 yaşlı tələbə vəfat edib
MİQ üzrə işə qəbulun nəticələri açıqlanıb
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində 4500 manatlıq əməkhaqqı qalmaqalı - ARAŞDIRMA
Elm və Təhsil Nazirliyində 77 milyonluq Depot sualı: 429 mindən birdən-birə bu qədər inam necə qazanıldı?
Bakıda "20 Sentyabr" metrostansiyası olacaq
Naxçıvanda iki özəl bağçaya dövlət dəstəyi veriləcək
Tələbə yataqxanalarında vəziyyət necədir? – Qiymətlər, yerlər və güzəştlər
Payız fəsli Azərbaycana bu tarixdə daxil olacaq
Peşə təhsilinə maraq artır - Kolleclər unudulur...
Uşağınız məktəbə getmək istəmir? – Pediatrdan valideynlərə tövsiyələr
Bakıda kirayə evlərin qiyməti tələbələri şoka salıb - SORĞU
BMU magistrantları üçün Çində 100 faiz təqaüdlə təhsil almaq imkanı
Bu tələbələrin universitetlərə qəbuluna qadağa qoyuldu
“Abituriyent” jurnalının 8-ci və 9-cu nömrələri nəşr olunub
Şagirdlərin oxu bacarıqları aşağıdır - Elnur Əliyev
Təhsil haqlarını 25 faizdən çox artıran universitetlər ARAŞDIRILACAQ

BSU-nun rektoru Naxçıvan şəhərində şagirdlərlə görüşüb

BSU-nun rektoru Naxçıvan şəhərində şagirdlərlə görüşüb


Martın 5-də Bakı Slavyan Universiteti (BSU) və Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə BSU-nun “Konstitusiya və Suverenlik İli” tədbirlər planı çərçivəsində “Yeni dövrün Azərbaycanı” mövzusunda Naxçıvan şəhəri, Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində şagirdlərlə görüş keçirilib. Tədbirin məqsədi “Konstitusiya və Suverenlik İli”nin əhəmiyyətini məktəblilərə çatdırmaq, onları vətəndaş hüquq və vəzifələri barədə məlumatlandırmaq, eyni zamanda universitet həyatı və tələbəlik dövrü haqqında geniş təsəvvür formalaşdırmaqdan ibarət olub.

Tədbirin açılışında Naxçıvan Muxtar Respublikasının Təhsil naziri Elxan Nəcəfov çıxış edərək, BSU ilə birgə təşkil olunan bu görüşün əhəmiyyətindən bəhs edib. O vurğulayıb ki, Naxçıvan Təhsil Nazirliyinin illik tədbirlər planında şagirdlərlə interaktiv görüşlərin keçirilməsi mühüm yer tutur və bu görüşlər “Konstitusiya və Suverenlik İli” çərçivəsində daha da aktuallaşıb.BSU-nu rektoru Anar Nağıyev çıxışında 2025-ci ilin “Konstitusiya və Suverenlik ili” elan olunmasını qeyd edərək, bu qərarın əhəmiyyəti və müasir Azərbaycan dövlətçiliyinin hüquqi əsaslarının formalaşmasında Konstitusiyanın rolundan bəhs edib. Rektor Azərbaycan Respublikasının 1995-ci ildə qəbul edilən Konstitusiyasının ölkənin hüquqi-siyasi sisteminin əsasını təşkil etdiyini qeyd edərək, 2002, 2009 və 2016-cı illərdə həyata keçirilən konstitusiya islahatlarının mahiyyətini və zəruriliyini təhlil edib. Rektor qeyd edib ki, aparılan islahatlar nəticəsində siyasi, sosial, iqtisadi və hüquqi sahələrdə mühüm yeniliklər baş verib, dövlət idarəçiliyinin təkmilləşməsi və insan hüquq və azadlıqlarının müdafiəsi üçün daha geniş baza formalaşdırılıb.

Anar Nağıyev, həmçinin müasir dövrün beynəlxalq və regional geosiyasi reallıqlarına toxunaraq, dünyanın siyasi xəritəsində baş verən dəyişikliklər fonunda Azərbaycanın mövqeyini təhlil edib. O, Ümummilli Lider Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışının Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsində və milli dəyərlərin qorunmasında həlledici rol oynadığını vurğulaylb. Rektor Heydər Əliyevin siyasi irsinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini, ölkənin inkişafının məhz bu strateji kursa əsaslandığını qeyd edib.Bundan əlavə, tədbirdə 2003-cü ildən etibarən Prezident İlham Əliyevin həyata keçirdiyi daxili və xarici siyasətin Azərbaycan dövlətçiliyinin möhkəmlənməsində, sosial rifahın yüksəlməsində, təhsil və səhiyyə sisteminin inkişafında mühüm rol oynadığını vurğulayıb. Azərbaycan Ordusunun gücləndirilməsi, 27 sentyabr 2020-ci ildə başlanan Vətən müharibəsi nəticəsində ərazi bütövlüyünün bərpa edilməsi və 2023-cü ildə keçirilən antiterror tədbirlərinin əhəmiyyətini qeyd edib.

A. Nağıyev çıxışında Prezident İlham Əliyevin 14 fevral 2024-cü ildə yenidən prezident seçilməsindən sonra etdiyi çıxışa diqqət çəkərək, bu çıxışın gənc nəslin üzərinə qoyduğu böyük məsuliyyəti, gəncləşmə siyasətini, eləcə də yeni dövrün çağırışlarını əks etdirdiyini qeyd edib və bu tarixi hadisənin ölkənin siyasi-iqtisadi inkişafı baxımından mühüm mərhələ olduğu vurğulayaraq, yeni dövrün geosiyasi reallıqları kontekstində Qərb-Rusiya münasibətləri, Cənubi Qafqazda sülhün təmin olunması üçün yaradılan maneələr, Türk Dövlətləri Təşkilatının artan rolu və Azərbaycanın regional təhlükəsizlik kompleksinə çevrildiyini bildirib. Rektor çıxışında qeyd edib ki, Azərbaycan xalqı qüdrətli xalqdır və biz sübut etdik ki, öz taleyimizi özümüz həll edirik. Biz Şəhidlər verərək tarixi ədaləti bərpa etdik. Vətən uğrunda, ləyaqət naminə ölümdən çəkinməyən gənc nəslin yetişdiyini qeyd edən rektor xalqımızın bir yumruq kimi birləşərək gücünü dünyaya nümayiş etdirdiyini vurğulayıb. A. Nağıyev çıxışında Ulu Öndər Heydər Əliyevin bizə qoyduğu dəyərli miraslardan biri – azərbaycançılıq ideologiyası bu gün də uğurla davam etdirildiyini bildirib. Bununla yanaşı, rektor işğaldan azad edilən ərazilərdə mina təmizlənməsi, keçmiş məcburi köçkünlərin doğma torpaqlarına qayıdışı, Zəngəzur dəhlizinin regional və beynəlxalq əhəmiyyəti, eləcə də “yaşıl enerji” zonalarının yaradılması məsələlərinə də toxunub.A.Nağıyev çıxışında Türk Dövlətlər Təşkilatları çərçivəsində qardaşlıq münasibətlərinin inkişaf etməsi, Qoşulmama hərəkatı Azərbaycanın sədrliyi dövründə yeni müstəviyə qədəm qoymasını qeyd edərək, Azərbaycanın qlobal iqlim liderinə çevrildiyini və COP 29 ev sahibliyi etdiyi dönəmdə bir sıra mühüm qərarlar qəbul edildiyini vurğulayıb.

Görüşdə çıxış edən Azərbaycan Respublikası Milli Məclisinin deputatı, BSU-nun Jurnalistika kafedrasının müdiri Vüqar Rəhimzadə “Konstitusiya və Suverenlik İli”nin elan edilməsinin mahiyyətini izah edərək, onun ölkəmiz üçün tarixi əhəmiyyətindən danışıb.

Tədbirin interaktiv bölməsində şagirdlər aktiv iştirak edərək, konstitusiya və suverenlik mövzularında, eləcə də universitet həyatı, təhsil imkanları və ölkənin inkişaf perspektivləri ilə bağlı onları maraqlandıran sualları ünvanlayaraq geniş fikir mübadiləsi aparıblar.

Oxşar xəbərlər


Bütün xəbərlər

Qubadlıda 2 məktəbin fəaliyyəti dayandırılacaq - RƏSMİ
MİQ-in müsahibə nəticələri AÇIQLANIB
Bağça müəllimləri sertifikasiyadan necə keçəcək? - QAYDALAR
BMU-da yeni qəbul olunan tələbələrlə görüş keçiriləcək
Bazar günü yağış yağacaq - PROQNOZ
Subbakalavrlara qoyulan sədd kolleclərin sonu olacaq?
2027-ci ilin qəbul imtahanları ilə bağlı XƏBƏRDARLIQ
Türkiyədə özəl məktəblərə xarici adlardan istifadə qadağan edilib
Uşaqlarda disleksiya və autizm problemi artır - Pediatrdan XƏBƏRDARLIQ
Sirkə turşusu içən 17 yaşlı tələbə vəfat edib
MİQ üzrə işə qəbulun nəticələri açıqlanıb
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində 4500 manatlıq əməkhaqqı qalmaqalı - ARAŞDIRMA
Elm və Təhsil Nazirliyində 77 milyonluq Depot sualı: 429 mindən birdən-birə bu qədər inam necə qazanıldı?
Bakıda "20 Sentyabr" metrostansiyası olacaq
Naxçıvanda iki özəl bağçaya dövlət dəstəyi veriləcək
Tələbə yataqxanalarında vəziyyət necədir? – Qiymətlər, yerlər və güzəştlər
Payız fəsli Azərbaycana bu tarixdə daxil olacaq
Peşə təhsilinə maraq artır - Kolleclər unudulur...
Uşağınız məktəbə getmək istəmir? – Pediatrdan valideynlərə tövsiyələr
Bakıda kirayə evlərin qiyməti tələbələri şoka salıb - SORĞU