Xəbər lentiwidget-title-icon

Əl ilə yazmaq yaddaşı gücləndirir
SABAH tələbələri “Baku ID 2026”da innovativ layihələrini təqdim ediblər
Kənd məktəbindən böyük uğur
BDU-nun iki layihəsi beynəlxalq yarışmada təmsil olunacaq
Gələn il bu müəllimlər sertifikasiyadan azad ediləcək - Agentlik direktoru
Tələbələrin bəstələri hava yolları reyslərində təqdim olunacaq
"Hamını günahkar çıxarmaqla məşğul olacaqsansa, iş olmayacaq" - Deputat
Peşə təhsilində ixtisas dəyişmək mümkündürmü? - AÇIQLAMA
Şagirdlər 8-ci saata qədər dərsdə olmalıdırmı? – AÇIQLAMA
20 Sentyabr dövlətçilik tariximizin əlamətdar günüdür - MƏQALƏ
Tərbiyəçi-müəllimlərin qeydiyyatı başlayır
Kollec məzunlarının MİQ problemi: Ədalət prinsipi necə qorunmalıdır?
Antiterror əməliyyatında canlarından keçən gənc şəhidlər - UNUTMAYAQ
"Qəbul imtahanlarındakı fənlərin sayı azaldılmalıdır" - Ramin Nurəliyev
Musiqi müəllimi: "Şagirdlərim dərsdə Üzeyir bəyin əsərlərini səhnələşdirəcək"
Qarabağ Universitetində 10-dan çox əcnəbi professor fəaliyyətə başlayıb
Bağçalara növbəyə yazılma prosesi davam edir
Repetitor bazarı uğrunda mübarizə, yoxsa yeni təmayül modeli?!
Daha 40 məktəbdə hibrid təhsil olacaq
Formula 1 zamanı Bakıda yolların hərəkət rejimi açıqlanıb
AMEA-nın gənc alimlərinin ilk dəfə respublika konfransı keçiriləcək
Formula 1 zamanı Bakıda məktəblər distant təhsilə keçiriləcək? - SİYAHI
Bu STEAM mərkəzlərində vakansiya VAR
Tələbələrin yataqxana problemi necə həll oluna bilər? – Deputatdan TƏKLİF
"Bu bərbad vəziyyət nə məktəb rəhbərliyini, nə də müəllimi narahat edir" - Təhsil eksperti

Xüsusi məktəbdə müəllim azyaşlıya şiddət göstərib? - Rəsmi açıqlama - Foto

Xüsusi məktəbdə müəllim azyaşlıya şiddət göstərib? - Rəsmi açıqlama - Foto

“Bakının Nizami rayonunda yerləşən Sağlamlıq imkanları məhdud uşaqlar üçün 3 nömrəli xüsusi internat məktəbinin müəllimi övladıma şiddət göstərib”.

Bu şikayətlə “Qafqazinfo”ya adıçəkilən məktəbin 2-ci sinfində təhsil alan C.E.-nin anası müraciət edib.

O bildirib ki, övladında ötən ildən etibarən qorxu, narahatlıq halları artıb: “Autizm spektorlu uşaqlara daha da həssas davranmaq lazımdır. O özünə çox qapanıqdır. Belə halların artdığını görüb həkimə getdik. Müayinədən sonra həkim bizdən soruşdu ki, “bu uşağa evdə hər hansı təzyiq olur?”

Ancaq biz övladımıza çox həssas yanaşırıq. Bundan sonrakı müayinələrdə də həkim övladımızın vəziyyətinin geriyə doğru getdiyini bildirdi. Bu məqamda artıq məktəbdən şübhələndik. Ümumi nəzarət etmək və başına hər hansı bir hadisə gəlməməsi üçün “smart saat”dan istifadəyə başladıq. Bu saat vasitəsilə övladımın harada olduğunu müəyyən etmək olurdu. Dərsdə olarkən təsadüfən zəng etdiyimiz zaman müəllimin bir neçə dəfə telefonla oynadığını, uşaqlara isə sakit qalmaqları üçün qışqırdığını eşidirdik”.Valideynin iddiasına görə, müəllim dərs zamanı uşağa şiddət göstərib və o bunu “smart saat”la müşahidə edib: “Bundan sonra dərhal direktorun qəbulunda olduq, evə çatmadan müəllim Rəna Heydərova bizə ağlayaraq zəng etdi. O xahiş etdi ki, şikayəti geri çəkim, yoxsa direktor onu işdən çıxaracaq. Bu hadisədən sonra o qədər yalvardı ki, onu nəzərə aldıq. Ancaq bundan sonra öyrəndik ki, dərsdə övladımın qolundakı saatı çıxarırlar. Sonra müəllimlər uşağın oxumamasından şikayətlənərək onun əlavə hazırlığa gəlməsini dedilər. Biz əlavə ödəniş etməklə uşağı hazırlığa qoyduq. Lakin heç bir faydasını görmədiyimiz üçün dayandırdıq”.

O, həmçinin qeyd edib ki, geridə qalan təhsil ili ərzində uşağın bədənində bir neçə dəfə xəsarət izləri aşkar ediblər: “Son hadisələrdən sonra düşünməzdik ki, belə iş görsünlər... Uşağın bədənindəki izləri Rəna müəllimdən soruşduq. O isə bildirdi ki, guya başqa sinifdən uşaqla dalaşıb. Qardaşım bu məsələni maraqlanmaq üçün məktəbə zəng etdi. Ancaq məktəb direktoru Nüşabə Məmmədova ona qışqıraraq təhqir edib.

Xüsusi qayğıya ehtiyacı olan və nitq qabiliyyəti olmayan bir uşağa qarşı olunan bu vəhşiliklə bağlı aidiyyəti qurumlara müraciət etmişik”.Məsələ ilə bağlı 3 nömrəli xüsusi internat məktəbindən sorğumuza cavab olaraq bildirildi ki, II sinif şagirdinin (müvafiq səbəbdən şagirdin adı qeyd olunmur) müəllim tərəfindən təzyiqə məruz qalması barədə irəli sürülən iddialar həqiqəti əks etdirmir: “Qeyd olunan şagird davranış qaydalarını mütəmadi olaraq pozur, dərs prosesi zamanı aqressiv davranışlar edir, eyni zamanda digər şagirdlərə təzyiq göstərir. Ümumilikdə şagirdin hərəkətləri tədris prosesinin pozulmasına səbəb olur. Şagirdin valideyni dəfələrlə məktəbə dəvət edilərək övladının uyğunsuz davranışı ilə bağlı xəbərdarlıq olunmasına baxmayaraq, müsbət nəticə əldə edilməyib.

Tədris prosesini davamlı olaraq pozduğu, davranış pozuntusu nümayiş etdirdiyi, digər şagirdlərə təzyiq göstərdiyi üçün övladının evdə təhsilə keçirilməsi valideynə tövsiyə olunub. Lakin buna baxmayaraq valideyn məktəbə gələrək müəllimi təhqir edir, ona hədə-qorxu gəlir, açıq ictimai hörmətsizlik nümayiş etdirir. Valideyn müəllimi ölümlə təhdid etdiyinə görə aidiyyəti üzrə hüquq-mühafizə orqanlarının müvafiq nümayəndələrinə də məlumat verilib”.Bakı Şəhər Təhsil İdarəsindən (BŞTİ) isə sözügedən problemlə bağlı araşdırma aparılacağı açıqlandı: “Bu kimi hallarda bütün təhsilalanların hüquqlarının və müəllim nüfuzunun qorunması əsas amil kimi diqqət mərkəzində saxlanılır”.

İddiaları araşdırmaq üçün Daxili İşlər Nazirliyi (DİN) ilə də əlaqə saxladıq. Qurumun Mətbuat xidmətinin əməkdaşı Cəsarət Qənbərli bildirdi ki, Nizami rayonunda yerləşən xüsusi təyinatlı təhsil müəssisələrindən birində təhsil alan şagirdin zorakılıq halı ilə üzləşməsi barədə onun valideyninin şikayəti polisə daxil olub: “Müraciətlə bağlı ekspertizalar təyin edilib. İş üzrə Nizami RPİ-nin 25-ci PŞ-də təhqiqat araşdırması davam etdirilir”.
Xüsusi məktəbdə müəllim azyaşlıya şiddət göstərib? - Rəsmi açıqlama - Foto

Oxşar xəbərlər

Bütün xəbərlər