Xəbər lentiwidget-title-icon

İlham Əliyev sammit iştirakçılarına müraciət ünvanlayıb
Təhsil müəssisələrində Zəfərin altıncı ildönümünə həsr olunan silsilə tədbirlər keçiriləcək
MDU-da doktoranturaya ödənişsiz hazırlıq kursu başlayıb
Məleykə Abbaszadə V "Yüksəliş" in qalibləri ilə görüşüb
MİQ-də ehtiyatda qalan namizədlərə şans
Daha bir universitetdə hüquq və tibb ixtisaslarının açılması planlaşdırılır - EKSKLÜZİV
Kollec tələbəsi bıçaqlanıb
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
Tələbə qızların fotolarını yayıb, silmək üçün pul tələb edirlər
Müəllim və tələbələr üçün “İlk yardımın göstərilməsi” mövzusunda təlim keçirilib
BDU Jurnalistika fakültəsinə yeni dekan seçiləcək - NAMİZƏDLƏR
“TəhsilPlus”la ödəniş zamanı yaranan çətinliklərin səbəbi AÇIQLANIB
BMU-nun tələbəsi vəfat edib - FOTO
Kənd məktəblərinə gedən müəllimlər üçün 21 milyon manat ayrılacaq
Şagirdlərin elektron yerdəyişməsi prosesinə başlanılır
“Qırmızı Ürəklər” Təhsil Təqaüd Proqramına müraciət başlayıb
150 məktəbə şagird sayına görə pul ayrılacaq
Bağça müəllimlərinin sertifikatlaşdırılmasında suallar bu mövzulardan olacaq
Google məktəblərə süni intellektdən istifadə şərti qoyur
Gimnaziyada 50 minlik MƏNİMSƏMƏ - Nazirlik məhkəməyə üz tutdu
Bağça müəllimlərinin sertifikasiya sənədi açıqlanıb
Müəllimlərdən sonra tələbələrə də nəqliyyat güzəşti təklif olunur
Gəncədəki bağça ilə bağlı iddialar araşdırılıb - RTİ
Türkiyədə təcrübə keçən tələbələr rektorla görüşüb
Sumqayıtda yeni körpələr evi-uşaq bağçası fəaliyyətə başlayır

Araz Paşayev “Türk dünyasının təhsil qurultayı” forumda çıxış etdi Elm-Təhsil

Türkiyənin Ankara şəhərində Avrasiya Təhsil İşçiləri Beynəlxalq Həmkarlar İttifaqları Birliyinin (UAESEB “Türk dünyasının təhsil qurultayı” mövzusunda XVII Forumu keçirilir. XALQ xəbər verir ki, tədbirdə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı (ETİHİ) Respublika Komitəsinin sədri Araz Paşayevin rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edir.

UAESEB-in və Türk Eğitim-Sen-in sədri Talip Geylan iştirakçıları salamlayaraq iclası rəsmi olaraq açıq elan edib.

Türk dünyasının müxtəlif ölkələrindən dəvət olunan həmkarlar ittifaqlarının rəhbərləri, professor-müəllim heyəti, hökumət və qeyri-hökumət təşkilatlarının nümayəndələri elm və təhsil sahəsində əməkdaşlığın əhəmiyyətindən söz açıblar. Sonra “XXI əsrdə türk təhsil vizyonu”, “Təhsildə rəqəmsal transformasiya və süni intellekt əsaslı ortaq layihələrin təşkili” və “Türk dünyasında təhsil işçiləri həmkarlar ittifaqlarının gələcəyi və hüquqi mübarizə” mövzularında plenar sessiyalar öz işinə başlayıb.

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Araz Paşayev “Türk dünyasında təhsil işçiləri həmkarlar ittifaqlarının gələcəyi və hüquqi mübarizə” mövzusunda keçirilən plenar sessiyada çıxış edib.

Çıxışı zamanı o, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının vitse-prezidenti cənab Sahib Məmmədovun səmimi salamlarını tədbir iştirakçılarına çatdırıb və qeyd edib ki, Konfederasiya rəhbərliyi UAESEB ailəsi ilə əməkdaşlığa xüsusi önəm verir.

Araz Paşayev bildirib ki, ETİHİ 405 mindən çox elm və təhsil işçisini birləşdirən ən böyük sahə həmkarlar ittifaqıdır və təhsil işçilərinin əmək, sosial və iqtisadi hüquqlarının müdafiəsini prioritet istiqamət kimi müəyyənləşdirib.

Forum digər qonaqların çıxışları və müzakirələrlə davam edib.Avrasiya Təhsil İşçiləri Beynəlxalq Həmkarlar İttifaqları Birliyinin (UAESEB) XVII Forumu sabah, sentyabrın 3-ü işini yekunlaşdıracaq.

Qeyd edək ki, UAESEB 2006-cı ildə Türkiyə, Azərbaycan, Qazaxıstan və Qırğızıstan elm və təhsil işçiləri həmkarlar ittifaqları təşkilatlarının birgə təşəbbüsü ilə təsis edilib. Bu qurum 10 təhsil işçiləri həmkarlar ittifaqı təşkilatını özündə birləşdirir. ETİHİ Respublika Komitəsinin sədri Araz Paşayev bu Birliyin İdarə Heyətinin üzvüdür

Oxşar xəbərlər

Bütün xəbərlər