Xəbər lentiwidget-title-icon

Təhsil müəssisələrində Zəfərin altıncı ildönümünə həsr olunan silsilə tədbirlər keçiriləcək
MDU-da doktoranturaya ödənişsiz hazırlıq kursu başlayıb
Məleykə Abbaszadə V "Yüksəliş" in qalibləri ilə görüşüb
MİQ-də ehtiyatda qalan namizədlərə şans
Daha bir universitetdə hüquq və tibb ixtisaslarının açılması planlaşdırılır - EKSKLÜZİV
Kollec tələbəsi bıçaqlanıb
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
Tələbə qızların fotolarını yayıb, silmək üçün pul tələb edirlər
Müəllim və tələbələr üçün “İlk yardımın göstərilməsi” mövzusunda təlim keçirilib
BDU Jurnalistika fakültəsinə yeni dekan seçiləcək - NAMİZƏDLƏR
“TəhsilPlus”la ödəniş zamanı yaranan çətinliklərin səbəbi AÇIQLANIB
BMU-nun tələbəsi vəfat edib - FOTO
Kənd məktəblərinə gedən müəllimlər üçün 21 milyon manat ayrılacaq
Şagirdlərin elektron yerdəyişməsi prosesinə başlanılır
“Qırmızı Ürəklər” Təhsil Təqaüd Proqramına müraciət başlayıb
150 məktəbə şagird sayına görə pul ayrılacaq
Bağça müəllimlərinin sertifikatlaşdırılmasında suallar bu mövzulardan olacaq
Google məktəblərə süni intellektdən istifadə şərti qoyur
Gimnaziyada 50 minlik MƏNİMSƏMƏ - Nazirlik məhkəməyə üz tutdu
Bağça müəllimlərinin sertifikasiya sənədi açıqlanıb
Müəllimlərdən sonra tələbələrə də nəqliyyat güzəşti təklif olunur
Gəncədəki bağça ilə bağlı iddialar araşdırılıb - RTİ
Türkiyədə təcrübə keçən tələbələr rektorla görüşüb
Sumqayıtda yeni körpələr evi-uşaq bağçası fəaliyyətə başlayır
Magistr və doktorantlar üçün süni intellekt dəstəkli təlim keçiriləcək

BDU-da Acınohur və Sarıca düzlərində ceyran populyasiyasının bərpasına dair elmi seminar olub

Bakı Dövlət Universitetinin (BDU) Ekologiya və torpaqşünaslıq fakültəsində "Acınohur və Sarıca düzlərində ceyran (Gazella subgutturosa Guldenstaedt, 1970) populyasiyasının bərpası üzrə ilkin nəticələr” mövzusunda elmi seminar keçirilib.

Bu barədə "tehsilmedia.info"a BDU-dan bildirilib.

Seminarda Bioekologiya kafedrasının doktorantı Sevinc Saruxanova mövzu üzrə məruzə edib.

O qeyd edib ki, tarixən ceyranlar Şərqi Qafqazda Kür-Araz ovalığında və Abşeron yarımadasında geniş yayılıb. Zamanla Xəzər dənizinin səviyyəsinin dəyişməsi, Kür-Araz çaylarının allüvial fəaliyyəti, tektonik proseslər, iqlim dəyişmələri nəticəsində bitki örtüyünün təbii suksessiyası və ən sonda antropogen amillər nəticəsində ceyranların sayı və yaşayış sahələri getdikcə azalıb. 1960-cı ildə aparılmış aviasayım zamanı respublika ərazisində cəmi 131 baş ceyran qeydə alınıb. Təcili olaraq bu növün xilas edilməsi üçün xüsusi mühafizə tədbirləri həyata keçirilib. 2022-ci ildə aparılmış sayım nəticəsində ölkə ərazisində 6262 ceyran olduğu müəyyən edilib. Ceyranların tarixi areallarının bərpası məqsədi ilə 2010-cu ildən başlayaraq reintroduksiyası aparılıb.

Tədqiqat zamanı 2010-2020-ci illərdə Acınohur və Sarıca düzlərinə köçürülmüş ceyranların populyasiya dinamikası və onların yeni areala adaptasiyası öyrənilib. Belə ki,  2010-2020-ci illər ərzində Şirvan Milli Parkından 103 baş ceyran tutularaq Acınohur və Sarıca düzlərinə köçürülüb. Onların 57-si erkək, 46-si dişi olub. Ceyranların monitorinqi üçün 6 ədəd GPS "Plus Vertex Survey” xaltaları istifadə edilib və gündə 2 dəfə siqnal qəbul edilərək yerləşdiyi ərazilər müəyyənləşib. Tədqiqatın nəticələrinə görə,  ilk illərdə populyasiyada artım zəif gedib. 2019-cu ildə aparılmış sayım ceyran populyasiyasında sürətli artım olduğunu göstərib. Ceyranlar yeni köçürülmüş ərazilərdə düzənliklərdə cəmləşib. Tədqiqat zamanı aparılmış müşahidələr ceyranların yerdəyişmələrinin ərazidə mal-qaranın mövcudluğundan asılı olduğu müəyyən edilib. Belə ki, qış otlaqları boş olduğu müddətdə ceyranlar müntəzəm hərəkət marşrutlarından istifadə edib və əlverişli yerlərdə cəmləşib. Su mənbələrinin məhdud olduğu quraq mövsümlərdə ceyranlar Mingəçevir su anbarına doğru hərəkət edib.

Sonra seminar iştirakçılarının çoxsaylı sualları cavablandırılıb.

Oxşar xəbərlər

Bütün xəbərlər