Xəbər lentiwidget-title-icon

Kollec məzunlarının MİQ problemi: Ədalət prinsipi necə qorunmalıdır?
Antiterror əməliyyatında canlarından keçən gənc şəhidlər - UNUTMAYAQ
"Qəbul imtahanlarındakı fənlərin sayı azaldılmalıdır" - Ramin Nurəliyev
Musiqi müəllimi: "Şagirdlərim dərsdə Üzeyir bəyin əsərlərini səhnələşdirəcək"
Qarabağ Universitetində 10-dan çox əcnəbi professor fəaliyyətə başlayıb
Bağçalara növbəyə yazılma prosesi davam edir
Repetitor bazarı uğrunda mübarizə, yoxsa yeni təmayül modeli?!
Daha 40 məktəbdə hibrid təhsil olacaq
Formula 1 zamanı Bakıda yolların hərəkət rejimi açıqlanıb
AMEA-nın gənc alimlərinin ilk dəfə respublika konfransı keçiriləcək
Formula 1 zamanı Bakıda məktəblər distant təhsilə keçiriləcək? - SİYAHI
Bu STEAM mərkəzlərində vakansiya VAR
Tələbələrin yataqxana problemi necə həll oluna bilər? – Deputatdan TƏKLİF
"Bu bərbad vəziyyət nə məktəb rəhbərliyini, nə də müəllimi narahat edir" - Təhsil eksperti
Valideynlərin narazılığı nəticə verdi – Bu məktəblə bağlı qərar VERİLDİ
Uşaq bağçalarında kütləvi zəhərlənmə olub, istintaq başlanılıb
Gecikən tələbələrə güzəşt edilməməlidir - Deputatlardan intizama çağırış
MİQ-in müsahibə mərhələsindən neçə nəfər kəsilib? – RƏSMİ AÇIQLAMA
"Təhsil eksperti"nə hökm oxunub
Masazır 5 nömrəli məktəbdə iki ildir dərslər zirzəmidə keçirilir – VİDEO
Bu gün Milli Musiqi Günüdür
Ekspert elm və təhsil nazirinin məruzəsindəki tezislər və təhsil reallığı arasındakı uçurumdan yazdı... - TƏHLİL
Tələbə universitetdən qovuldu, amma bu qərar qanunidirmi? – Vəkildən CAVAB
“Uşağın əvəzinə hər şeyi etməyin”: Məktəbə adaptasiyanın əsas şərtləri
Universitetdən xaric edilən tələbə ilə bağlı AÇIQLAMA: "Təhdidlər arta bilərdi"

“Monodisiplinar və multidisiplinar modellərə səthi yanaşma təhsilimizdə daha böyük fəsadlar yarada bilər...”


“Azərbaycan üçün ali təhsildə multidisiplinar model zəruridir…” Emin Əmrullayev

"Bu gün çox az magistr proqramlarımız ola bilər ki, beynəlxalq akkreditasiyadan keçmiş ola (bəlkə də heç yoxdur). Belə bir şəraitdə multidisiplinar təhsil modeli haqqında danışmaq, qeyri peşəkarlıq, diletantlıqdır..."

Moderator.az aktuallığını nəzərə alaraq tanınmış təhsil eksperti, ADPU-nun dosenti İlham Əhmədovun “Güclü monodissiplinar təhsil modeli olmadan, multidisiplinar təhsil modelinə keçid xaos yaradar” başlıqlı növbəti elmi-analitik məqaləsini təqdim edir:


“Son illər ali təhsildə “multidisiplinarlıq”, “çevik kurikulum”, “fənlərarası sinerji” kimi anlayışlar şüarlara çevrilib. Bu terminlər müasirlik, innovasiya və qlobal uyğunlaşma görüntüsü yaradır. Lakin təhsil sistemində əsas olan terminlərin populyarlığı və görüntü yaratmaq deyil, əsas olan institusional hazırlıq səviyyəsidir…

Bu ərəfədə ADNSU-da keçirilən elmi konfransda elm və təhsil naziri Emin Əmrullayev deyib ki:

“Azərbaycan üçün ali təhsildə multidisiplinar model zəruridir. Bu halda yetişən kadrlar arasında heç bir bilgi alış-verişi olmur. Bəlkə, hansısa böyük ölkələr üçün bu model uğurludur, amma Azərbaycan kimi ölkə üçün ali təhsildə multidisiplinar model zəruridir”.

Bizim təhsil sistemində monodisiplinar və multidisiplinar təhsil modeli anlayışları termin olaraq az işlənir, nisbətən yenidir. Ölkədə təhsil elmləri üzrə elmi-tədqiqat mərkəzi 10 il əvvəl dağıdılıb, bu sahədə durğunluq var, ona görə də bu təhsilin müasir trendləri barədə tədqiqat aparanlar, yazanlar, danışanlar da azdır. Bu səbəblərdən bu anlayışların izah edilməsinə, bu təhsil modellərinin mahiyyətinin açılmasına ciddi ehtiyac var.

Təcrübə göstərir ki, proseslərə elmi yanaşma olmayanda, anlayışlar düzgün təyin edilməyəndə, terminlər və ideyalar qarışdırılanda, səhv qərarlar və pis nəticələr alına bilər.

Bu 2 model arasında nə kimi əlaqələr var? Oxşar və fərqli cəhətlər nədir?

İlkin olaraq qeyd edək ki, güclü monodissiplinar təhsil modeli qurulmadan multidisiplinar təhsilə keçid inkişaf yox, xaos yaradacaq.

1. Monodisiplinar təhsil fundamentdir. Niyə?

Monodisiplinar təhsil elmi metodun öyrədildiyi mühitdir, anlayışların dəqiq tərif verildiyi bir sistemdir, müəyyən fənn daxilində məntiqin, terminologiyanın və tədqiqat mədəniyyətinin formalaşma mərhələsidir. Bu modeldə tələbə müəyyən bir elm sahəsinin düşüncə tərzini öyrənir, sübut, arqument, metod və nəticə arasındakı əlaqəni mənimsəyir, intellektual intizam qazanır.

Multidissiplinarlıq isə bu bacarıqların üzərinə qurulan ikinci mərhələdir. Bünövrəsi olmayan evə eyvan əlavə etmək mümkün olmadığı kimi, zəif monodissiplinar bazası olan ali təhsil sistemində multidisiplinarlıq yalnız terminlərin qarışmasına gətirib çıxara bilər.

2. Multidisiplinarlığın yanlış anlaşılması.

Çox vaxt multidisiplinarlıq belə başa düşülür: müxtəlif fənləri bir proqramda toplamaq, birləşdirmək, müxtəlif müəllimləri eyni kursa cəlb etmək, “hər şeydən bir az” öyrətmək. Bu, multidisiplinarlıq deyil, bu fragmentasiyadır. Əsil multidisiplinarlıq müxtəlif sahələrin metod və məntiqinin qarşılaşdırılmasıdır, problemlərə fərqli elmi prizmalardan baxmaq bacarığıdır, sahələrarası dialoqu idarə edə bilən akademik mədəniyyətdir. Bu yalnız öz sahəsini dərindən bilən alim, müəllim və tələbələrlə mümkündür.

3. Azərbaycan kontekstində risklər

Azərbaycan ali təhsilində xeyli problemlər var, bu səbəbdən monodissiplinar proqramlar formal xarakter daşıyır, fundamental fənlər zəif tədris olunur, tədqiqat metodologiyası səthi verilir, akademik yazı və analitik oxu bacarıqları formalaşmır. Belə bir mühitdə multidisiplinarlıq dərinliyi artırmır, amma məsuliyyəti azaldır. Bu model ixtisaslı kadr deyil, “ümumi məlumatlı” məzun yaradır. Nəticədə universitet elmi müəssisədən seminarlar klubuna çevirir. Bu artıq akademik xaosdur: nə sahə var, nə metod, nə də ölçülə bilən nəticələr...

4. Güclü ali təhsil sistemlərində necə edirlər?

Qabaqcıl ali təhsil sistemləri (Almaniya, Böyük Britaniya, Skandinaviya) əvvəlcə monodissiplinar intizamı qurur, bakalavr səviyyəsində sahə dərinliyi yaradır, yalnız bundan sonra magistratura və doktoranturada multidisiplinar modullara keçirlər. Bu ölkələrdə multidisiplinarlıq alternativ deyil, üst qatdır, əsas deyil, inteqrativ mexanizmdir, şüar yox, akademik mədəniyyətin nəticəsidir...

Biz isə 25 ildən artıqdır magistratura pilləsi “yaratmışıq”, amma 90 % magistratura proqramlarında və onların tədrisində keyfiyyət yoxdur. Niyə? Səbəbini ETN bilir. Bu 25 ildə mgistratura proqramlarının hazırlanmasına nə qədər investisiya qoyulub? İndi də bu proqramların yenilənməsi gedir. Bura maliyyə yatırılırmi? Yəqin ki, əvvəllər olduğu kimi, ictimai əsslarla edilir bu “islahat”. Ucuz ətin şorbası isə zəif məzunlar yaradır. Bu gün çox az magistr proqramlarımız ola bilər ki, beynəlxalq akkreditasiyadan keçmiş ola (bəlkə də heç yoxdur). Belə bir şəraitdə multidisiplinar təhsil modeli haqqında danışmaq, qeyri peşəkarlıq, diletantlıqdır.

5. İdarəetmə baxımından edilən əsas səhv

Təhsil islahatlarında tez-tez zəif nəticələrdən danışırıq, amma səbəblər aradan qaldırılmır. Multidisiplinarlıq haqqında danışmaq fundamental fənlərin keyfiyyətini artırmır, müəllim hazırlığını avtomatik yüksəltmir, elmi mühit yaratmır. Əgər sistemin özəyi zəifdirsə, onun üzərinə yeni, daha ağır kompleks strukturlar yükləmək sistemi dağıda bilər.

6. Bəs doğru keçid necə olmalıdır?

Monodissiplinar ali təhsil modelindən multidisiplinar ali təhsil modelinə keçid təxminən bu yol xəritəsi ilə rellaşa bilər:

1. Monodissiplinar proqramların elmi və metodoloji baxımdan gücləndirilməsi;

2. Akademik yazı, tədqiqat metodları və analitik düşüncənin standartlaşdırılması;

3. Müəllimlərin sahə üzrə dərinləşməsi, elmi fəaliyyətin stimullaşdırılması;

4. Yalnız bunlardan sonra seçilmiş proqramlar üzrə pilot multidisiplinar ali təhsil modellərinə keçid mümkündür

Oxşar xəbərlər


Bütün xəbərlər

Kollec məzunlarının MİQ problemi: Ədalət prinsipi necə qorunmalıdır?
Antiterror əməliyyatında canlarından keçən gənc şəhidlər - UNUTMAYAQ
"Qəbul imtahanlarındakı fənlərin sayı azaldılmalıdır" - Ramin Nurəliyev
Musiqi müəllimi: "Şagirdlərim dərsdə Üzeyir bəyin əsərlərini səhnələşdirəcək"
Qarabağ Universitetində 10-dan çox əcnəbi professor fəaliyyətə başlayıb
Bağçalara növbəyə yazılma prosesi davam edir
Repetitor bazarı uğrunda mübarizə, yoxsa yeni təmayül modeli?!
Daha 40 məktəbdə hibrid təhsil olacaq
Formula 1 zamanı Bakıda yolların hərəkət rejimi açıqlanıb
AMEA-nın gənc alimlərinin ilk dəfə respublika konfransı keçiriləcək
Formula 1 zamanı Bakıda məktəblər distant təhsilə keçiriləcək? - SİYAHI
Bu STEAM mərkəzlərində vakansiya VAR
Tələbələrin yataqxana problemi necə həll oluna bilər? – Deputatdan TƏKLİF
"Bu bərbad vəziyyət nə məktəb rəhbərliyini, nə də müəllimi narahat edir" - Təhsil eksperti
Valideynlərin narazılığı nəticə verdi – Bu məktəblə bağlı qərar VERİLDİ
Uşaq bağçalarında kütləvi zəhərlənmə olub, istintaq başlanılıb
Gecikən tələbələrə güzəşt edilməməlidir - Deputatlardan intizama çağırış
MİQ-in müsahibə mərhələsindən neçə nəfər kəsilib? – RƏSMİ AÇIQLAMA
"Təhsil eksperti"nə hökm oxunub
Masazır 5 nömrəli məktəbdə iki ildir dərslər zirzəmidə keçirilir – VİDEO