Xəbər lentiwidget-title-icon

Ekspert elm və təhsil nazirinin məruzəsindəki tezislər və təhsil reallığı arasındakı uçurumdan yazdı... - TƏHLİL
Tələbə universitetdən qovuldu, amma bu qərar qanunidirmi? – Vəkildən CAVAB
“Uşağın əvəzinə hər şeyi etməyin”: Məktəbə adaptasiyanın əsas şərtləri
Universitetdən xaric edilən tələbə ilə bağlı AÇIQLAMA: "Təhdidlər arta bilərdi"
Ceyhun Məmmədovdan tələbənin xaric edilməsinə etiraz: “Doğru yanaşma olmaya bilər”
Prezident: "Gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi çox vacibdir"
Məktəbdə uşaq itib, dublikat direktor da yerində tapılmır
13 yaşdan aşağı uşaqlara sosial media qadağan ediləcək
Uşaq evlərindən 28 gənc tələbə olub
Fərid Məmmədov: “Şəxsi maraq və daxili motivasiya ən yaxşı stimuldur”
Birinci kurs tələbələrini təhdid edən şəxs universitetdən qovuldu
"Qarşılaşdığımız çətinlikləri qəbul edirik, onları inkar etmirik” - Nazir
Rövşən Nəcəf “SABAH.city”də texnoloji gələcəkdən və kibertəhlükəsizlikdən danışıb
UNEC “Süni İntellekt üzrə Etik və Məxfilik Kodeksi” qəbul edib
"Əsas baza riyaziyyatdır"- Nazirdən AÇIQLAMA
Rövşən Nəcəf: “Peşə məktəblərimizdə başqa şirkətlər üçün də kadrlar hazırlayırıq”
Nazir: "Hər il 300-dən çox gənci xaricə göndəririk - 10 ilə minlərlə ekspertimiz olacaq"
Bu məktəbdə müəllimlər vahid formaya keçdilər - FOTO
Vakant vəzifələr üzrə işə qəbul müsabiqəsinin test imtahanı keçirilib
Xankəndi İncəsənət Məktəbi fəaliyyətə başlayacaq
Məktəbə gedəcək şagirdlərin sayı sürətlə azalır: rəqəmlər nə deyir?
Firudin Qurbanov Türkiyə-Azərbaycan Universitetinin Bilik Günü tədbirində iştirak edib - FOTO
Təhsil haqları artırıldı - Tələbələr ayağa qalxdı
Bakı Qızlar Universitetinin bütün tələbələri köçürüldülər
Döyülən Kollec direktoru Peşə Mərkəzinə direktor müavini təyin edilib - İlqar Bayramlıdan sakit təyinat

"Kasıb universitetlər kənarda qalır, akkreditasiyasız MMC-lər tenderlərin qalibi olur…-NİYƏ?..”



“Əgər 100 illik universitet ildə minlərlə müəllim hazırlayırsa, müəllimlər üçün qısamüddətli təlim kursları niyə onlara sifariş edilməsin?..”

“Dövlət vəsaiti isə yalnız maliyyə resursu deyil – o, ictimai etimadın göstəricisidir. Bu etimadın qorunması isə hər hansı layihədən daha böyük strateji prioritet olmalıdır…”

“TN çox səhv olaraq ölkədə müəllimlərin təkmilləşdirmə və ixtisasartırma institutlarını bağlayaraq, bu işi özlərinə yaxın adamların təşkil etdikləri kurslar, QHT-lər, MMC-lər vasitəsi ilə reallaşdırması təhsilin keyfiyyətini xeyli aşağı saldı, onun çökməsini daha da sürətləndirdi...№

Moderator.az aktuallığını nəzərə alaraq tanınmış təhsil eksperti İlham Əhmədovun Azərbaycanda elm və təhsilin problemləri barədə “ETN niyə PHŞ etdiyi universitetləri dəstəkləmir?” başlıqlı növbəti analitik məqaləsini dəyərli oxucuların müzakirəsinə buraxır:“Biliklər cəmiyyətində təhsil fasiləsiz proses olmalıdır. Yəni cəmiyyət daim öyrənən cəmiyyət olmasa, heç bir transformasiya ola bilməz. Bu tələb süni intellekt dövründə daha aktualdır. Belə bir zamanda universitetlərin rolu və fəaliyyət sferası daha da genişlənir. Məhdud maliyyə imkanlarına malik universitetlərimizin icbari olaraq publik hüquqi şəxs (PHŞ) modelinə keçidi onları əlavə maliyyə mənbələri axtarmağa sövq etməlidir. Lakin universitetlərimizdə elm, innovasiya, elmi nəticələrin kommersiyalaşdırılması, startap ideyaları zəif inkişaf etdiyindən universitetlərimiz əlavə pul qazana bilmir. Belə vəziyyətdə universitetlər əlavə təhsil xidmətləri vasitəsi ilə pul qazana bilər. Nəzərə alsaq ki, ETN-nin uzun illər ərzində yürütdüyü səhv və ziyanlı təhsil strategiyası səbəbi ilə hələ də universitetimizdə normal distant təhsil sistemi yaradılmayıb. Deməli, universitetlərimiz onlayn təhsildən də pul qazanmaq imkanından məhrumdurlar.

Digər tərəfdən, ETN və onun təsis etdiyi Fondlar tez-tez müxtəlif təlimlər sifariş edirlər. Bu sifarişlərin icraçısı universitetlər ola bilərdi. Burada illik dövriyyə milyonlarla manat təşkil edir. Xüsusən də 20 il əvvəl TN çox səhv olaraq ölkədə müəllimlərin təkmilləşdirmə və ixtisasartırma institutlarını bağlayaraq, bu işi özlərinə yaxın adamların təşkil etdikləri kurslar, QHT-lər, MMC-lər vasitəsi ilə reallaşdırması təhsilin keyfiyyətini xeyli aşağı saldı, onun çökməsini daha da sürətləndirdi. Məmurların təhsilə ziyanlı, dağıdıcı təsir edən bu “innovasiya”sının əsas səbəbi, təbii ki, daha çox şəxsi qazanc əldə etmək niyyəti idi. Amma bu işlərin təşkilində 20 il ərzində çoxsaylı nöqsanlar oldu, keyfiyyət xeyli endi, amma qaz vurub qazan dolduranlar da çox oldu. Ona görə də bu ziyanlı təcrübə hələ də davam edir. Görünür, əsas olan gəlirdir, təhsil çöksə də olar… Çox vaxt bu kurslar üçün “bir mənbə” üsulu tətbiq edilir, heç bir ictimai əsaslandırma da verilmir. Bu mexanizm isə qanunsuzluqdur, rəqabəti zəiflədir, qiymət və keyfiyyət müqayisəsini mümkünsüz edir, maraqlar toqquşması şübhələri yaranır, xalqın dövlət qurumlarına ictimai etimadı azaldır.

Beləliklə paradoksal vəziyyət yaranır: akkreditə olunmuş, PHŞ olmuş kasıb universitetlər kənarda qalır, akkreditasiyasız MMC-lər tenderlərin qalibi olur. Sual yaranır: necə olur ki, ETN akkreditasiyasından keçən, bakalavr və magistr hazırlayan universitetlər deyil, rəsmi təhsil akkreditasiyası olmayan MMC-lər uzun illərdir böyük həcmli təlim layihələri ala bilir?

Bu sual iki təşkilati ziddiyyəti üzə çıxarır:

1) ETN bir tərəfdən universitetləri akkreditasiya edir, onlara keyfiyyət tələbləri qoyur, digər tərəfdən isə həmin universitetlərin malik olduğu elmi-pedaqoji potensialı dövlət sifarişli təlim layihələrinə sistemli şəkildə səfərbər etmir.

2) Universitetlərin imkanları maliyyə baxımından məhdudlaşdırılır, publik hüquqi şəxs (PHŞ) modelinə keçid zamanı kifayət qədər maliyyə bazası olmadan yeni idarəetmə modelinə keçirilir, onların pul qazanmaları üçün imkan yaradılmır, amma eyni vaxtda milyonlarla manatlıq layihələr alternativ və keyfiyyətsiz qurumlara yönəldilir.

Əgər 100 illik universitet ildə minlərlə müəllim hazırlayırsa, müəllimlər üçün qısamüddətli təlim kursları niyə onlara sifariş edilməsin? Ümumiyyətlə. təhsil islahatı ilə əlaqdar bütün elmi, texniki, texnoloji, metodiki v.a. yönlü layihələr universitetlərə, xüsusən də pedaqoji yönlü universitetlərə verilməlidir.

Respublika prezidenti İlham Əliyev AMEA-nın 80 illik yubileyinə həsr olunmuş yığıncaqda qeyd edib: “ Elm iqtisadiyyatla, sənaye ilə sıx bağlı olmalıdır. Burada- bu kürsüdən dövlət strukturlarına da göstəriş vermək istəyirəm ki, Azərbaycan alimləri ilə daha sıx işləsinlər. Çünki bu gün bizim elmimizin praktik nəticələri olmalıdır. Təkcə elmi əsərlərdə yox, həyatda və iqtisadiyyatın sürətli inkişafını nəzərə alaraq, əlbəttə ki, burada əlaqələndirmə, uzlaşma yüksək səviyyədə olmalıdır. Əminəm ki, bu sözlərdən sonra bizim dövlət qurumlarımız Azərbaycan alimləri ilə daha fəal işləyəcəklər.” Dövlət qurumlarının elmlə, alimlərlə əlaqələr qurmasına ilk nümunəni məhz ETN göstərməlidir, ən azından belə təlimləri universitetlərə yönəltməklə, alimlərin potensialından istifadə etməklə v.s. ETN isə bu layihələri qanunsuz olaraq, özləri kimi elmdən uzaq dostlarına “hədiyyə” edirlər...
Bəzən də belə model tətbiq edilir: təlimlər universitet tərəfindən keçirilir, lakin vəsait MMC və ya QHT-yə köçürülür. Bu “vasitəçi modeli”ni xatırladır. Bu modeldə akademik işi universitet görür, maliyyə axını üçüncü tərəf vasitəsilə idarə olunur, ictimai məsuliyyət isə xaotik olur. Qazanan isə işbazlar olur. Belə yanaşma bir neçə risk yaradır:

1.Maliyyə pozuntusu ehtimalı – vəsaitin faktiki icraçıya deyil, vasitəçiyə yönəlməsi sualları doğurur.

2. Reputasiya zədəsi – keyfiyyətsiz icra və ya MMC-nin maliyyə pozuntuları mediada hallanır və universitetin adına ləkə gəlir.

3.Təşkilatı boşluq – dövlət universiteti öz funksiyasını yerinə yetirmək əvəzinə icraçı-subpodratçı statusuna endirilir, MMC və ya QHT-nin “xidmətçi”si olur.

Əgər belə mexanizm illərlə davam edirsə və sadəcə qurumun adı dəyişirsə, (məsələn TN indi ETN olarsa, ya əvvəlki QHT-nin adı KİV-lərdə hallandığı üçün onun bazasında MMC yaratmaqla “ETN-MMC tərəfdaşlığı” davam etdir. Yəni ETN-nin iş “texnologiya”sı dəyişmir, bu artıq fərdi hadisə yox, struktur problemdir.

Bu proseslərin nəticəsi etimad böhranı və insan kapitalı itkisi ilə yekunlaşır. Belə təcrübə uzunmüddətli perspektivdə bir neçə mənfi nəticə yaradır:

• Universitetlər demotivasiya olur– dövlət sifarişli layihələrdən kənar qalmaq onların maliyyə və akademik inkişafını zəiflədir.
• Elmi-pedaqoji potensial istifadəsiz qalır – mövcud kadr bazası effektiv səfərbər edilmir.
• İctimai etimadın azalması – satınalma mexanizmlərinə şübhə dövlət institutlarına ümumi inamı sarsıdır, korrupsiya ehtimalı yüksəlir.
• Keyfiyyətin qeyri-sabitliyi – rəqabət olmadıqda keyfiyyət təminatı zəifləyir.Əgər eyni qurumlar illərdir “himayə” altında milyonluq layihələr alırsa və sonradan da iştirakşılar “uğurlu karyera” qura bilirsə, bu, meritokratiya prinsipinin aşınmasıdır.
Belə durumdan çıxış yolu struktur islahatlar və şəffaf, açıq mexanizmlərin yaradılması və düzgün tətbiqidir. Problemin həlli sistemli mexanizmlərin qurulmasındadır:

1. Təlim və ixtisasartırma layihələri üzrə məcburi açıq tender mexanizmi tətbiq edilməlidir (istisnalar ictimai əsaslandırma ilə açıqlanmalıdır).
2. Dövlət sifarişli təlimlərdə akkreditə olunmuş universitetlərə prioritet iştirak imkanı verilməlidir.
3. Maraqlar toqquşması halları üçün müstəqil audit və ictimai hesabatlılıq mexanizmi qurulmalıdır.

Burada əsas məsələ konkret MMC, QHT və ya konkret məmurlar deyil. Məsələ dövlət təhsil siyasətində institusional ardıcıllıq, şəffaflıq və ədalətli rəqabət prinsipinin qorunmasıdır, nə TN-də, nə də ETN-də olmayıb.
Əgər universitetlər akkreditə olunur, keyfiyyət standartları ilə qiymətləndirilir, lakin dövlət sifarişli layihələrdə sistemli şəkildə kənarda saxlanılırsa, bu, təhsil sisteminin öz daxilində struktur ziddiyyət yaradır.
Bu ziddiyyət aradan qaldırılmadıqca, nə peşə təhsilində keyfiyyətli sıçrayış, nə də insan kapitalına real investisiya mümkün olacaq. Dövlət vəsaiti isə yalnız maliyyə resursu deyil – o, ictimai etimadın göstəricisidir. Bu etimadın qorunması isə hər hansı layihədən daha böyük strateji prioritet olmalıdır.

Dosent İlham Əhmədov”

Oxşar xəbərlər


Bütün xəbərlər

Ekspert elm və təhsil nazirinin məruzəsindəki tezislər və təhsil reallığı arasındakı uçurumdan yazdı... - TƏHLİL
Tələbə universitetdən qovuldu, amma bu qərar qanunidirmi? – Vəkildən CAVAB
“Uşağın əvəzinə hər şeyi etməyin”: Məktəbə adaptasiyanın əsas şərtləri
Universitetdən xaric edilən tələbə ilə bağlı AÇIQLAMA: "Təhdidlər arta bilərdi"
Ceyhun Məmmədovdan tələbənin xaric edilməsinə etiraz: “Doğru yanaşma olmaya bilər”
Prezident: "Gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi çox vacibdir"
Məktəbdə uşaq itib, dublikat direktor da yerində tapılmır
13 yaşdan aşağı uşaqlara sosial media qadağan ediləcək
Uşaq evlərindən 28 gənc tələbə olub
Fərid Məmmədov: “Şəxsi maraq və daxili motivasiya ən yaxşı stimuldur”
Birinci kurs tələbələrini təhdid edən şəxs universitetdən qovuldu
"Qarşılaşdığımız çətinlikləri qəbul edirik, onları inkar etmirik” - Nazir
Rövşən Nəcəf “SABAH.city”də texnoloji gələcəkdən və kibertəhlükəsizlikdən danışıb
UNEC “Süni İntellekt üzrə Etik və Məxfilik Kodeksi” qəbul edib
"Əsas baza riyaziyyatdır"- Nazirdən AÇIQLAMA
Rövşən Nəcəf: “Peşə məktəblərimizdə başqa şirkətlər üçün də kadrlar hazırlayırıq”
Nazir: "Hər il 300-dən çox gənci xaricə göndəririk - 10 ilə minlərlə ekspertimiz olacaq"
Bu məktəbdə müəllimlər vahid formaya keçdilər - FOTO
Vakant vəzifələr üzrə işə qəbul müsabiqəsinin test imtahanı keçirilib
Xankəndi İncəsənət Məktəbi fəaliyyətə başlayacaq