Xəbər lentiwidget-title-icon

Zəfərlə bağlı mövzular hansı dərslik və kurikulumlara daxil edilib?
AzTU komandaları beynəlxalq olimpiadada qalib olub
AzMİU-da 8 Noyabr - Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
Bir qrup media işçisi təltif edilib – SƏRƏNCAM
Somali səfiri ADNSU-da olub - FOTO
Özəl universitetlərdə tibb ixtisası açılsın - TƏKLİF
Əmək haqqı ödənişləri elektronlaşdırılacaq
Aqrar sığorta ekspertliyi üzrə imtahana qeydiyyat davam edir
Türkiyədə şagird və tələbələrin nailiyyətləri süni intellektlə qiymətləndiriləcək
İlham Əliyev sammit iştirakçılarına müraciət ünvanlayıb
Təhsil müəssisələrində Zəfərin altıncı ildönümünə həsr olunan silsilə tədbirlər keçiriləcək
MDU-da doktoranturaya ödənişsiz hazırlıq kursu başlayıb
Məleykə Abbaszadə V "Yüksəliş" in qalibləri ilə görüşüb
MİQ-də ehtiyatda qalan namizədlərə şans
Daha bir universitetdə hüquq və tibb ixtisaslarının açılması planlaşdırılır - EKSKLÜZİV
Kollec tələbəsi bıçaqlanıb
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
Tələbə qızların fotolarını yayıb, silmək üçün pul tələb edirlər
Müəllim və tələbələr üçün “İlk yardımın göstərilməsi” mövzusunda təlim keçirilib
BDU Jurnalistika fakültəsinə yeni dekan seçiləcək - NAMİZƏDLƏR
“TəhsilPlus”la ödəniş zamanı yaranan çətinliklərin səbəbi AÇIQLANIB
BMU-nun tələbəsi vəfat edib - FOTO
Kənd məktəblərinə gedən müəllimlər üçün 21 milyon manat ayrılacaq
Şagirdlərin elektron yerdəyişməsi prosesinə başlanılır
“Qırmızı Ürəklər” Təhsil Təqaüd Proqramına müraciət başlayıb

Naxçıvan Dövlət Universiteti ilə Milli Süni İntellekt Mərkəzi arasında əməkdaşlığa dair memorandum imzalanıb

Dekabrın 20-də Naxçıvan Dövlət Universitetində (NDU) Milli Süni İntellekt Mərkəzinin rəhbər heyəti ilə görüş keçirilib. Görüşdə süni intellekt sahəsində təhsil, tədqiqat və innovasiya istiqamətləri üzrə qarşılıqlı əməkdaşlıq imkanları ətrafında geniş fikir mübadiləsi aparılıb.

NDU-nun Media və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, rektor Elbrus İsayev bu cür görüşlərin strateji əhəmiyyət daşıdığını vurğulayıb. Bildirib ki, gələcəkdə bu ali təhsil ocağında kibertəhlükəsizlik və süni intellekt mərkəzlərinin yaradılması, habelə rəqəmsallaşmanın genişləndirilməsi əsas prioritetlərdəndir.

Görüşdə süni intellektlə bağlı seçmə fənlərin tədrisinə marağın böyük olduğu və ilkin mərhələdə bu istiqamətdə həm bakalavr, həm də magistratura üzrə tədris proqramları ilə sillabusların hazırlandığı və tətbiqinin nəzərdə tutulduğu açıqlanıb.

Nəzərə çatdırılıb ki, bu ali təhsil müəssisəsində tibb sahəsində süni intellekt texnologiyalarının tətbiqi ilə bağlı işlərin aparılması gözlənilir.

Rektor çıxışında tələbələrin süni intellekt sahəsinə daha sürətli adaptasiya olunduğunu qeyd edərək bu sahə üzrə peşəkar mütəxəssislərin yetişdirilməsinin vacibliyini önə çəkib.

Elbrus İsayev bildirilib ki, NDU-da dünyanın 22 ölkəsindən xarici tələbələr təhsil alırlar. Bu səbəbdən də gələcəkdə beynəlxalq standartlara uyğun, sistemli proqramların qurulması əsas məqsəd kimi müəyyən edilib.

NDU ilə Süni İntellekt Akademiyası arasındakı əməkdaşlıq, birgə strukturun formalaşdırılması, növbəti beynəlxalq süni intellekt konfransının keçirilməsi və bu istiqamətdə dəstəyin göstərilməsi prioritet hesab edilir.

Milli Süni İntellekt Mərkəzinin direktoru Tuncay Bağırov mərkəzin fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verib. Bildirib ki, mərkəz dörd əsas istiqamət üzrə fəaliyyət göstərir və NDU ilə Milli Süni İntellekt Mərkəzi arasında körpü rolunu oynamaqda maraqlıdır. O, infrastrukturun gücləndirilməsi, mütəxəssislərin hazırlanması, birgə tədqiqatların aparılması və əlaqələrin genişləndirilməsinin vacibliyini önə çəkib.

Tuncay Bağırov “Smart Office” modelinin üstünlüklərindən danışaraq süni intellekt sahəsində mütəxəssislərin cəlb ediləcəyini, proqram və layihələrə dəstək göstəriləcəyini də bildirib. NDU-nun tələbələrinin Milli Süni İntellekt Mərkəzinin bazasına qoşulacağı, fərqlənən və uğurlu tələbələrə tam dəstək veriləcəyi vurğulanıb. Xüsusilə, tibb sahəsində süni intellekt tətbiqlərinin perspektivli olduğu, universitetin innovasiya mərkəzinə çevrilməsi üçün kifayət qədər potensiala malik olduğu qeyd edilib və bu istiqamətdə tam dəstəyə hazır olduqları diqqətə çatdırılıb.

Tədbir zamanı universitetdə mövcud ikili diplom proqramları, IELTS və SAT mərkəzləri, eləcə də beynəlxalq kitab bazası kimi imkanların muxtar respublikanın sosial-iqtisadi inkişafına töhfə verdiyi vurğulanıb.

Görüşün sonunda NDU ilə Milli Süni İntellekt Mərkəzi arasında əməkdaşlığa dair memorandum imzalanıb.

Sonra qonaqlar NDU-da İnnovasiya Mərkəzi və burada həyata keçirilən işlərlə tanış olub, mövcud avadanlıqlara baxış keçiriblər.

Oxşar xəbərlər

Bütün xəbərlər