Xəbər lentiwidget-title-icon

Gənclər niyə müəllim olmaq istəmir?
Prezident hərbçilərə ali rütbələr verib - SİYAHI
Sertifikasiya xeyli yüngülləşə bilər - Müəllimlər üçün iki güzəşt təklifi
Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsi açılıb - FOTO
Prezident Şuşa Dövlət Peşə Təhsil Mərkəzinin açılışında - FOTOLAR
İngilis dili dərsliklərində ciddi problem - “Şagirdlər danışmağı öyrənə bilmir”
Gürcüstanda azərbaycandilli kənd məktəbi üçün yeni bina tikilib
Zəngilan Şəhər Təhsil Kompleksinin açılışı olub
Məktəblilər arasında esse müsabiqəsi keçiriləcək
Peşə təhsili müəssisələrində karyera mərkəzlərinin sayı artırılacaq
Bağçalar adambaşına maliyyələşmə mexanizminə keçəcək
Qələbəmizin izləri adlarda: Zəfər adı daşıyan uşaqların SAYI
Bağçalarda 7 minə yaxın şəxsin ixtisası uyğun deyil - Sertifikasiyada nə baş verəcək?
Ay və Venera rekord həddə bir-birinə yaxınlaşacaq
Zəfərlə bağlı mövzular hansı dərslik və kurikulumlara daxil edilib?
AzTU komandaları beynəlxalq olimpiadada qalib olub
AzMİU-da 8 Noyabr - Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
Bir qrup media işçisi təltif edilib – SƏRƏNCAM
Somali səfiri ADNSU-da olub - FOTO
Özəl universitetlərdə tibb ixtisası açılsın - TƏKLİF
Əmək haqqı ödənişləri elektronlaşdırılacaq
Aqrar sığorta ekspertliyi üzrə imtahana qeydiyyat davam edir
Türkiyədə şagird və tələbələrin nailiyyətləri süni intellektlə qiymətləndiriləcək
İlham Əliyev sammit iştirakçılarına müraciət ünvanlayıb
Təhsil müəssisələrində Zəfərin altıncı ildönümünə həsr olunan silsilə tədbirlər keçiriləcək

NDU-da “İnklüziv təhsil: reallıqlar, nailiyyətlər, pespektivlər” mövzusunda I Respublika elmi konfransı keçirilib

NDU-da “İnklüziv təhsil: reallıqlar, nailiyyətlər, pespektivlər” mövzusunda I Respublika elmi konfransı keçirilib

Naxçıvan Dövlət Universitetində “Konstitusiya və Suverenlik İli”nə həsr olunan “İnklüziv təhsil: reallıqlar, nailiyyətlər, perspektivlər” mövzusunda I Respublika elmi konfransı keçirilib.

Universitetin Media və ictimaiyyətlə əlaqələr şöbəsindən TƏHSİL.BİZ -in bölgə müxbirinə bildirilib ki, konfrans Naxçıvan Dövlət, Azərbaycan Dövlət Pedaqoji, Bakı Slavyan və Xəzər universitetlərinin birgə təşkilatçılığı, Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi və Əmək və Əhalinin Sosial Müdafiəsı Nazirliyinin iştirakı ilə təşkil olunub.

Konfransda rəsmi qurumların, təşkilatçı universitetlərin rəhbər heyəti və nümayəndələr, Azərbaycan Respublikasının Təhsil İnstitutu, Naxçıvan Müəllimlər İnstitutu, Lənkəran, Gəncə, Sumqayıt Dövlət universitetlərinin müəllimləri, ölkənin müxtəlif bölgələrindən orta məktəb müəllimləri, muxtar respublika orta məktəblərinin psixoloqları və digər dəvətlilər iştirak ediblər.Əvvəlcə Dövlət Himni səsləndirilib. Sonra Naxçıvan şəhər 4 nömrəli Uşaq Musiqi Məktəbinin müəllimi Lətifə Quliyevanın sağlamlıq imkanları məhdud uşaqların iştirakı ilə hazırladığı “Gələcəyə inam” layihəsinin təqdimatı olub.

Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev bildirib ki, konfrans müxtəlif əqli və fiziki məhdud imkanlı uşaqların geniş çeşidli tədris fəaliyyətlərinə cəlb edilməsinə dair aparılmış tədqiqatların müzakirə edilməsi, problemin həlli yollarına dair təkliflərin dəyərləndirilməsi məqsədi daşıyır.

Tədbir Naxçıvan Muxtar Respublikasının təhsil naziri Elxan Nəcəfov, Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini, nazir vəzifəsini müvəqqəti icra edən Fərid Bağırzadə, Azərbaycan Dövlət Pedaqoji Universitetinin prorektoru Asəf Zamanov, Bakı Slavyan Universitetinin Pedaqogika və psixologiya kafedrasının müdiri Piralı Əliyev, Xəzər Universitetinin Humanitar, təhsil və sosial elmlər fakültəsinin dekanı Aygün Verdiyevanın çıxışları ilə davam edib. Natiqlər xüsusi qayğıya ehtiyacı olan uşaqların təhsilə cəlb edilməsindən, onların keyfiyyətli təhsili üçün hüquqi bazanın yaradılmasından, inklüziv təhsilin tətbiqində real vəziyyət, mövcud problemlər və beynəlxalq təcrübənin ölkə təhsilinə inteqrasiyasından danışıblar. Bildiriblər ki, inklüziv təhsil artıq ölkəmizdə təhsilin ayrılmaz tərkib hissəsini təşkil edir.Sonra NDU Magistratura və doktorantura mərkəzində konfransın panel iclasları başlayıb.

Konfrans 16 paneldə bölmə iclasları ilə davam edib. 150-dən çox tədqiqatçı tərəfindən təqdim edilən 140-dək elmi təqdimat müzakirə olunub.

“İnklüziv təhsil: reallıqlar, nailiyyətlər, pespektivlər” mövzusunda I Respublika elmi konfransı çərçivəsində Naxçıvan Dövlət Universitetinin İnkluziv Təhsil Mərkəzinin də açılışı olub. Mərkəzin direktoru Taleh Xəlilov qonaqlara mərkəz və avadanlıqlar haqqında məlumat verib.

Sonda rektor Elbrus İsayev konfransın təşkilində əməkdaşlıq edən dövlət qurumlarına və tərəfdaş universitetlərə plaketlər təqdim edib.

Oxşar xəbərlər

Bütün xəbərlər