Xəbər lentiwidget-title-icon

"Qəbul imtahanlarındakı fənlərin sayı azaldılmalıdır" - Ramin Nurəliyev
Musiqi müəllimi: "Şagirdlərim dərsdə Üzeyir bəyin əsərlərini səhnələşdirəcək"
Qarabağ Universitetində 10-dan çox əcnəbi professor fəaliyyətə başlayıb
Bağçalara növbəyə yazılma prosesi davam edir
Repetitor bazarı uğrunda mübarizə, yoxsa yeni təmayül modeli?!
Daha 40 məktəbdə hibrid təhsil olacaq
Formula 1 zamanı Bakıda yolların hərəkət rejimi açıqlanıb
AMEA-nın gənc alimlərinin ilk dəfə respublika konfransı keçiriləcək
Formula 1 zamanı Bakıda məktəblər distant təhsilə keçiriləcək? - SİYAHI
Bu STEAM mərkəzlərində vakansiya VAR
Tələbələrin yataqxana problemi necə həll oluna bilər? – Deputatdan TƏKLİF
"Bu bərbad vəziyyət nə məktəb rəhbərliyini, nə də müəllimi narahat edir" - Təhsil eksperti
Valideynlərin narazılığı nəticə verdi – Bu məktəblə bağlı qərar VERİLDİ
Uşaq bağçalarında kütləvi zəhərlənmə olub, istintaq başlanılıb
Gecikən tələbələrə güzəşt edilməməlidir - Deputatlardan intizama çağırış
MİQ-in müsahibə mərhələsindən neçə nəfər kəsilib? – RƏSMİ AÇIQLAMA
"Təhsil eksperti"nə hökm oxunub
Masazır 5 nömrəli məktəbdə iki ildir dərslər zirzəmidə keçirilir – VİDEO
Bu gün Milli Musiqi Günüdür
Ekspert elm və təhsil nazirinin məruzəsindəki tezislər və təhsil reallığı arasındakı uçurumdan yazdı... - TƏHLİL
Tələbə universitetdən qovuldu, amma bu qərar qanunidirmi? – Vəkildən CAVAB
“Uşağın əvəzinə hər şeyi etməyin”: Məktəbə adaptasiyanın əsas şərtləri
Universitetdən xaric edilən tələbə ilə bağlı AÇIQLAMA: "Təhdidlər arta bilərdi"
Ceyhun Məmmədovdan tələbənin xaric edilməsinə etiraz: “Doğru yanaşma olmaya bilər”
Prezident: "Gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi çox vacibdir"

Yaxşı təhsilin PR-a yox ehtiyacı! Pis təhsilə PR da kömək etməz!

Son günlər KİV-lərdə Elm və Təhsil Nazirliyinin yeni təbliğat və PR kampaniyasına start verməsi ilə bağlı məlumatlar yayılıb.
Sual olunur: təhsil PR-la qurula bilərmi?
Cavab sadədir: yox!

PR səbəb deyil, nəticədir

Keyfiyyətli təhsil sistemləri özlərini reklam etmir – onlar nəticə yaradır. Nəticə isə avtomatik olaraq ictimai etimad, reputasiya, imic və beynəlxalq tanınma doğurur. Yaxşı universitetlərin, güclü məktəblərin, effektiv təhsil modellərinin ayrıca PR departamentinə ehtiyacı olmur. Çünki onların məhsulu – məzunu, elmi nəticəsi, innovasiyası – özü danışır.

Əgər iş yoxdursa, ETN nəyi təbliğ edirsən?
Əgər nəticə yoxdursa, PR nəyin üzərini örtməlidir?

“Kor-kor, gör-gör” reallığı

Cəmiyyət təhsildəki real vəziyyətdən yaxşı məlumatlıdır. İllüziya yaratmaq və onun üzərində qurulan PR siyasəti aparmaq təhlükəli yanaşmadır.
Guya xalq təhsilin real durumunu bilmir?
Guya valideynlər məktəbdə nə baş verdiyini görmürlər? Repetitorlara illərlə pul səpələyən valideynlər məktəbdəki acı reallığı görür, votsap qruplarında səsləri eşidirlər.
Guya tələbələr universitetlərdə keyfiyyətsiz tədrisindən xəbərsizdir?
Guya təhsildəki kadr və maliyyə siyasətində, idarəetmədə olan problemləri cəmiyyət görmür?
Kimi aldatmaq istəyirik, təhsildəki bu yalançı təbliğatla?
Bu yanaşma xalqı sadəlövhlükdə ittiham etməkdən başqa bir şey deyil.
Təhsildəki problemləri gizlətmək heç cür mümkün deyil. Təhsil elə bir sahədir ki, onun nəticəsi hər ailədə, hər bir evdə görünür.Diplomlar danışanda – PR susur

Azərbaycan universitetlərinin diplomlarının nəinki Avropada, hətta qardaş Türkiyədə belə tanınmaması özü ən güclü “anti-PR”dır.
Bundan sonra hansı reklam kampaniyası inandırıcı ola bilər?

Əgər diplom bazarda dəyərsizdirsə, əgər məzun rəqabətədavamlı deyilsə, əgər universitet elm istehsal etmirdə, o zaman PR yalnız biabırçılığı dərinləşdirir.

“Dəvəquşu siyasəti” və qara PR

Təhsil mütəxəssisləri illərdir problemləri elmi əsaslarla səsləndirir, təkliflər verir, alternativ modellər təqdim edirlər. Cavab nə olur? Cavab əsasən qıcıq inkar, susdurma, görməzlikdən gəlmə olur. Bu isə klassik “dəvəquşu siyasəti”dir. Başını quma soxub problemi yox saymaq. Amma bu siyasətin sonu həmişə eyni olur: qara PR. Çünki həqiqət gec-tez üzə çıxır və onda artıq onu nə "influencer", nə videoçarx, nə də parlaq sloqan xilas edə bilir.
Bloger təhsil siyasətini əvəz edə bilməz. Elmi təminatı olmayan, təhsil elmlərinə söykənməyən, real strategiyası olmayan bir sistem, indi TikTok və Instagram üzərindən “islahat” təəssüratı yaratmağa çalışır. Bu real təhsil problemləri qarşısında menecerlərin acizliyinin etirafı, təhsilin özünü təhqir etməsidir. Məlumatların manipulyasiyası ilə universitetlərin "reytinqlərdə inkişafı"nın davamıdır bu.

Bloger ictimai rəy formalaşdıra bilər,
amma təhsil modeli qura bilməz.
Influencer maarifləndirə bilər,
amma kurikulum, pedaqogika, ölçmə və qiymətləndirmə yarada bilməz.

25 ilin acı nəticəsi və itirilmiş imkanlarETN son 25 ildə hətta sənaye cəmiyyəti üçün normal insan kapitalı yarada bilmədi, neft kapitalını təhsilə səmərəli investisiya edə bilmədi, elmi əsaslı, uzunmüddətli təhsil strategiyası formalaşdıra bilmədi.
İndi isə postneft dövrü, rəqəmsal iqtisadiyyat və süni intellekt çağında rəqəmsal insan kapitalı yarada biləcəkmi?
Bu sual qaçılmazdır:
25 ildə uğur əlfə edə bilməyən təhsil sistemi, bunu indi hansı intellektual resursla edəcək?

Yaxşı təhsilin reklama ehtiyacı yoxdur

Tarix göstərir yaxşı məktəb reklamsız tanınır, güclü universitet PR-sız seçilir, keyfiyyətli müəllim öz auditoriyasını tapır.

Pis təhsil isə nə qədər bəzədilsə də, mahiyyət dəyişmir. Ucuz PR çökən sistemi xilas etmir, əksinə onu daha görünən edir.

Bu gün dövlətə və xalqa postneft fövründə keyfiyyətli elm və təhsil lazımdır. AMEA-nın 80 illik yubileyində ölkə prezidenti İlham Əliyev bu istiqamətdə öz strategiyasını bəyan etdi. Təəssüf ki, ETN bu məsələlərə dair hələ də konkret münasibət bildirməyib, konkret fəaliyyət proqramı hazırlamayıb. Bu gün dövlətə elm və təhsil sahəsində sloqan yox, sistem lazımdır, video yox, nəticə lazımdır, PR yox, elm, o cümlədən də təhsil elmi lazımdır.

Elm və Təhsil Nazirliyinin əsas vəzifəsi özünü reklam etmək deyil, təhsili düz qurmaqdır. Düz qurulan təhsil öz PR-nı özü yaradır.
Əks halda isə sual yaranır: yaxşı təhsilin PR-a nə ehtiyacı ?
Pis təhsilə isə PR da kömək etməz.

İlham Əhmədov, dosent

Oxşar xəbərlər

Bütün xəbərlər