Xəbər lentiwidget-title-icon

Magistratura və doktoranturanı bitirən zabitlər rütbəni 1 il tez alacaqlar
Tələbələrə BakıKart ödənişləri ilə bağlı ŞAD XƏBƏR
Bilik Gününə həsr olunmuş intellektual yarış keçirilib
Böyük fürsətlər, real çətinliklər: Azərbaycanda tələbə olmaq nə qazandırır, nəyi alır?
Emin Əmrullayevin Yardımlıdakı vətəndaş qəbulunun vaxtı dəyişib
“Moon Kids” uşaq bağçasının direktoruna hökm oxunub
“Buraxılış imtahanlarının məzmununda dəyişikliklər nəzərdə tutulmalıdır”
Bu siniflərin dərs saatı artırılıb
Məktəblərin tədris planları TƏSDİQLƏNİB
Kitab oxuyanlara pul veriləcək
MİQ imtahanları birbaşa universitetlərdə keçirilsin - TƏKLİF
“Uşağa "artıq oyun qurtardı" deməyin” - Pedaqoqdan valideynlərə XƏBƏRDARLIQ
Emin Əmrullayevin psixoloqlarla bağlı açıqlamasına ekspertdən DƏSTƏK
Şagirdlərin davamiyyətinin yaxşılaşdırılması üçün hansı işlər görülməlidir? - CAVAB
Övladlarının əməlinə görə məktəbə çağırılan valideynlərə XƏBƏRDARLIQ EDİLDİ
"Müəllim sinifdə bu problemlərlə tək qalır" - Əməkdar müəllimdən AÇIQLAMA
ARTİ-də doktoranturaya qəbul imtahanı keçirilib
Türkiyədə qeyri-adi hadisə: Bir məktəbdə 27 cüt əkiz təhsil alır
Taksi sürücüləri üçün test imtahanı keçiriləcək
Məktəbdə bibər qazı səbəbindən 24 nəfər xəsarət alıb
Nazir müavini Həsən Həsənli Sumqayıtda Bilik Günü tədbirində iştirak edib - FOTO
Toronto Universitetinin azərbaycanlı məzununun adı Kanadada əbədiləşdirilib
Təhsilin vəziyyəti hər kəsi narahat edir - Bu qurumlar birləşsə, arzuolunmaz nəticələr baş verə bilər
Gəncə-Daşkəsəndə yeni dərs ili: 96 müəssisədə iş aparılıb
Zaqatalada əsaslı təmir olunan gimnaziyanın açılışı olub - FOTO

Uşaqlar üçün sosial medianın RİSKLƏRİ: qadağa çıxış yoludurmu?



Uşaqlar üçün sosial medianın RİSKLƏRİ: qadağa çıxış yoludurmu?
Son illərdə uşaqlar və yeniyetmələr arasında sosial mediadan istifadə halları əhəmiyyətli dərəcədə artıb. Bu tendensiya valideynlər, müəllimlər və aidiyyəti dövlət qurumları üçün narahatlıq yaradır. Mütəxəssislər bildirirlər ki, uzun müddət onlayn qalmaq, şəxsi məlumatların paylaşılması və onlayn zorakılıq halları uşaqların psixoloji sağlamlığına mənfi təsir göstərə bilər.

Bu səbəbdən dünyanın bir sıra ölkələrində sosial medianın uşaqlara təsirini azaltmaq məqsədilə yaş məhdudiyyətlərinin tətbiqi, valideyn nəzarət mexanizmlərinin gücləndirilməsi və müvafiq qanunvericilik təşəbbüsləri üzərində iş aparılır. Sosial medianın mümkün risklərini minimuma endirmək üçün həm dövlət, həm də ictimai qurumlar müxtəlif yanaşmalar tətbiq edirlər.

Qəbul olunmuş qərarlar və müzakirələr

Avstraliya - 16 yaşdan aşağı uşaqlar üçün sosial mediadan istifadə tam qadağan olunub. Platformalar yaş məhdudiyyətinə əməl etmədikləri halda böyük cərimələrlə üzləşirlər.

Fransa -15 yaşdan aşağı uşaqların sosial mediaya girişinin qadağan olunması və yaşın texniki vasitələrlə yoxlanması nəzərdə tutulur.

Danimarka -15 yaş həddi və valideyn nəzarətinin gücləndirilməsi müzakirə olunur.

Norveç - Sosial mediaya giriş üçün minimum yaşın 13-dən 15-ə qaldırılması təklif edilib.

İspaniya - 16 yaş limiti və valideyn icazəsi ilə bağlı qanun layihəsi parlament müzakirələrindədir.

Almaniya və İtaliya - 13-16 yaş arası uşaqlar üçün valideyn razılığı tətbiq edilir, lakin yaş həddinin artırılması ilə bağlı ictimai-siyasi müzakirələr aparılır.

Türkiyə - 13-16 yaş arası uşaqların sosial mediadan istifadəsinə məhdudiyyət və valideyn nəzarətinin gücləndirilməsi imkanları müzakirə olunur.

Beynəlxalq təcrübələrdən göründüyü kimi, bir çox ölkələr uşaqların sosial mediadan istifadəsinə ciddi yanaşır. Bəs Azərbaycanda bu sahədə vəziyyət necədir?

Azərbaycanda yeniyetmələrin sosial mediadan istifadəsi ictimai və dövlət qurumlarının diqqət mərkəzindədir. Son illərdə valideynlər, psixoloqlar və təhsil ekspertləri bu mövzu ilə bağlı narahatlıqlarını açıq şəkildə ifadə edirlər. Əsas problemlər onlayn zamanın artması, şəxsi məlumatların təhlükəsizliyi, asılılıq riski və psixoloji sağlamlığa mümkün təsirlərlə bağlıdır.

Məsələ təkcə ictimai debatlarla məhdudlaşmır, eyni zamanda Milli Məclisin gündəliyinə də daxil olub. 2025‑ci ilin sonlarında parlamentin plenar iclasında konkret təkliflər səsləndirilib. 26 dekabr 2025‑ci il iclasında deputat Kamal Cəfərov 16 yaşdan aşağı uşaqların sosial şəbəkələrdə hesab açmasının qadağan olunması ilə bağlı qanunvericilikdə dəyişikliklərin müzakirə edilməsinin vacibliyini qeyd edib. Onun sözlərinə görə, bu addım uşaqların onlayn təhlükəsizlik risklərini və psixoloji təsirləri azaltmağa xidmət edə bilər. Təklif parlament sədrinin diqqətinə çatdırılıb və mövzunun növbəti sessiyada rəsmi müzakirəyə çıxarılması gözlənilir.

Göründüyü kimi, Azərbaycanda hələ uşaqların sosial mediadan istifadəsinə dair konkret qadağa qəbul olunmayıb. Bəs belə bir yanaşma məqsədəuyğun olarmı və məhdudiyyətlərin sosial-psixoloji təsirləri necə ola bilər?

AzEdu.az-a mövzu ilə bağlı psixoloq Nizami Orucov danışıb.

Psixoloq bildirir ki, tam qadağa formasında yanaşma məqsədəuyğun deyil, çünki bu, yeniyetmələrdə müqavimət, gizli istifadə və sosial təcrid riskini artıra bilər:

"Daha uyğun yol yaşa uyğun tənzimləmə və nəzarətli istifadənin təşviqidir. Sərt və izahsız məhdudiyyətlər əlavə stress və kənarlaşma yarada bilər, amma aydın izah edilən, mərhələli və razılaşdırılmış məhdudiyyətlər uşaqlar üçün qoruyucu rol oynaya bilər.

Valideynlər isə ekran vaxtını razılaşma əsasında tənzimləməli, məzmunu yaşa uyğun filtrləməli, uşağın onlayn fəaliyyətinə maraq göstərməli və real həyat sosial fəaliyyətlərini gücləndirməlidirlər. Qadağa yönümlü deyil, maarifləndirici və müşayiətedici yanaşmalar daha effektivdir; açıq ünsiyyət, nümunə davranış və media savadlılığı uşağın özünü tənzimləmə bacarığını gücləndirir.

Sosial mediada uşaqların təhlükəsizliyinin təmin olunmasında maarifləndirmə və nəzarətli yanaşmalar əsas rol oynayır. Lakin yalnız sosial və psixoloji yanaşma kifayət deyil, texnoloji həllər də vacibdir".

Bəs texniki baxımdan Azərbaycanda bu təhlükəsizliyi təmin etmək mümkündürmü?

AzEdu.az-a mövzu ilə bağlı IT mütəxəssisi Fərhad Mirəliyev danışıb.

Bu problemin həlli qanunvericilik səviyyəsində deyil, konkret mexanizmlərə əsaslanan modellərlə daha səmərəli ola bilər

"Hazırda belə bir tendensiya müşahidə olunur ki, bir sıra ölkələr 13-16 yaş aralığında uşaqlar üçün müəyyən məhdudiyyətlər tətbiq edir. Bu çərçivədə azyaşlılar və yeniyetmələr sosial şəbəkələrdən istifadə edərkən müəyyən kriteriyalara cavab verməlidirlər. Yaş kriteriyası ilə yanaşı, valideynlərin icazəsi də bu mexanizmlərin bir hissəsi ola bilər. Düşünülür ki, bu cür yanaşmalar azyaşlıların arzuolunmaz kontentə çıxışını minimuma endirə bilər.

Azərbaycanda bu cür qanunun tətbiqi indiki mərhələdə çox faydalı olmayacaq. Mənim fikrimcə, bu problemin həlli qanunvericilik səviyyəsində deyil, konkret mexanizmlərə əsaslanan modellərlə daha səmərəli ola bilər. Eyni zamanda, maarifləndirmə işləri də aparılmalıdır".

Cəmiyyətdə valideynlərin maarifləndirilməsi vacibdir:

"Əksər ailələrdə valideynlər uşaqlarının asudə vaxtını keçirməsi üçün onlara planşet və mobil cihazlar təqdim edir və çox vaxt bu cihazlarda valideynlərin öz sosial media və ya digər şəxsi hesabları aktiv olur. Valideynlər cihazı əyləncə məqsədilə verdikdə, uşaqların həmin hesablar vasitəsilə yaşlarına uyğun olmayan kontentə çıxış əldə edə biləcəyini nəzərə almırlar. Bu cür məzmunlara milli və dini ayrı-seçkilik, kriminal xarakterli paylaşımlar, eləcə də uşaqlar üçün uyğun olmayan materiallar da daxildir.

Problemin əsas tərəfi ondan ibarətdir ki, bir çox valideynlər bu məsələyə etinasız və məsuliyyətsiz yanaşır, övladlarının sadəcə vaxt keçirdiyini düşünərək cihazları nəzarətsiz şəkildə təqdim edirlər. Bu səbəbdən cəmiyyətdə valideynlərin maarifləndirilməsi zəruridir. Onlara bu cür yanaşmanın mümkün riskləri və təhlükələri barədə aydın və dolğun məlumat verilməlidir. Eyni zamanda, uşaqlarla da yaşlarına və anlayış səviyyələrinə uyğun şəkildə maarifləndirici söhbətlərin aparılması vacibdir".

Sosial şəbəkələr istifadəçilərin təhlükəsizliyini texnoloji mexanizmlərlə təmin etməlidir:

"Sosial şəbəkə platformalarının yaradıcıları da texnoloji mexanizmlər vasitəsilə müvafiq tənzimləmələr həyata keçirməlidirlər. Məsələn, şəxsiyyəti təsdiqləyən sənədlərin və ya biometrik məlumatların (barmaq izi, gözün tor qişası və s.) tələb olunması, eləcə də istifadəçi davranışında şübhəli fərqliliklər aşkar edildikdə şəxsiyyətin dərhal yoxlanılması kimi addımlar tətbiq oluna bilər. Bu mexanizmlərin əsas məqsədi istifadəçilərin təhlükəsizliyini təmin etməkdir".

Oxşar xəbərlər


Bütün xəbərlər

Magistratura və doktoranturanı bitirən zabitlər rütbəni 1 il tez alacaqlar
Tələbələrə BakıKart ödənişləri ilə bağlı ŞAD XƏBƏR
Bilik Gününə həsr olunmuş intellektual yarış keçirilib
Böyük fürsətlər, real çətinliklər: Azərbaycanda tələbə olmaq nə qazandırır, nəyi alır?
Emin Əmrullayevin Yardımlıdakı vətəndaş qəbulunun vaxtı dəyişib
“Moon Kids” uşaq bağçasının direktoruna hökm oxunub
“Buraxılış imtahanlarının məzmununda dəyişikliklər nəzərdə tutulmalıdır”
Bu siniflərin dərs saatı artırılıb
Məktəblərin tədris planları TƏSDİQLƏNİB
Kitab oxuyanlara pul veriləcək
MİQ imtahanları birbaşa universitetlərdə keçirilsin - TƏKLİF
“Uşağa "artıq oyun qurtardı" deməyin” - Pedaqoqdan valideynlərə XƏBƏRDARLIQ
Emin Əmrullayevin psixoloqlarla bağlı açıqlamasına ekspertdən DƏSTƏK
Şagirdlərin davamiyyətinin yaxşılaşdırılması üçün hansı işlər görülməlidir? - CAVAB
Övladlarının əməlinə görə məktəbə çağırılan valideynlərə XƏBƏRDARLIQ EDİLDİ
"Müəllim sinifdə bu problemlərlə tək qalır" - Əməkdar müəllimdən AÇIQLAMA
ARTİ-də doktoranturaya qəbul imtahanı keçirilib
Türkiyədə qeyri-adi hadisə: Bir məktəbdə 27 cüt əkiz təhsil alır
Taksi sürücüləri üçün test imtahanı keçiriləcək
Məktəbdə bibər qazı səbəbindən 24 nəfər xəsarət alıb