Emin Əmrullayevin Yardımlıdakı vətəndaş qəbulunun vaxtı dəyişib
Elm və təhsil naziri Emin Əmrullayevin 18 sentyabr tarixində Yardımlı şəhərində keçirilməsi nəzərdə tutulan vətəndaş qəbulunun vaxtı dəyişdirilib. Qəbulun tarixi barədə əlavə məlumat veriləcək.
Tehsilmedia.com xəbər verir ki, qəbulda Yardımlı, Masallı və Cəlilabad sakinlərinin iştirakı nəzərdə tutulub.
Qeyd edək ki, qəbulda yalnız müvafiq qaydada müraciət etmiş şəxslər iştirak edəcəklər.





























