Xəbər lentiwidget-title-icon

Daha bir universitetdə hüquq və tibb ixtisaslarının açılması planlaşdırılır - EKSKLÜZİV
Kollec tələbəsi bıçaqlanıb
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
Tələbə qızların fotolarını yayıb, silmək üçün pul tələb edirlər
Müəllim və tələbələr üçün “İlk yardımın göstərilməsi” mövzusunda təlim keçirilib
BDU Jurnalistika fakültəsinə yeni dekan seçiləcək - NAMİZƏDLƏR
“TəhsilPlus”la ödəniş zamanı yaranan çətinliklərin səbəbi AÇIQLANIB
BMU-nun tələbəsi vəfat edib - FOTO
Kənd məktəblərinə gedən müəllimlər üçün 21 milyon manat ayrılacaq
Şagirdlərin elektron yerdəyişməsi prosesinə başlanılır
“Qırmızı Ürəklər” Təhsil Təqaüd Proqramına müraciət başlayıb
150 məktəbə şagird sayına görə pul ayrılacaq
Bağça müəllimlərinin sertifikatlaşdırılmasında suallar bu mövzulardan olacaq
Google məktəblərə süni intellektdən istifadə şərti qoyur
Gimnaziyada 50 minlik MƏNİMSƏMƏ - Nazirlik məhkəməyə üz tutdu
Bağça müəllimlərinin sertifikasiya sənədi açıqlanıb
Müəllimlərdən sonra tələbələrə də nəqliyyat güzəşti təklif olunur
Gəncədəki bağça ilə bağlı iddialar araşdırılıb - RTİ
Türkiyədə təcrübə keçən tələbələr rektorla görüşüb
Sumqayıtda yeni körpələr evi-uşaq bağçası fəaliyyətə başlayır
Magistr və doktorantlar üçün süni intellekt dəstəkli təlim keçiriləcək
Deputat: Şagirdlərin kitabxanalara maraq göstərmədiyini açıq-aydın müşahidə edirik
Səbinə Əliyeva yenidən Ombdsman seçilib
DİM-də rəqəmsal SAT imtahanı təşkil olunacaq
Milli Məclis Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edəcək

132 tibb təhsili alan gənc TƏBİB-in 13 tabeli tibb müəssisəsində işlə təmin olunub

132 tibb təhsili alan gənc TƏBİB-in 13 tabeli tibb müəssisəsində işlə təmin olunub

Azərbaycan Tibb Universitetinin (ATU) müalicə və profilaktika fakültəsinin IV, V və VI kurs tələbələrinin TƏBİB-in tabeliyində olan tibb müəssisələrində orta tibb heyəti üzrə işə qəbulu” Proqramı üzrə görülən işlərə həsr olunan hesabat tədbiri keçirilib.

tehsilmedia.info xəbər verir ki, Yeni Klinikada baş tutan tədbirdə açılış nitqi ilə çıxış edən TƏBİB-in İnsan resursları departamentinin rəhbəri Günəş Qədimova layihə haqqında ətraflı məlumat verib:

“Layihə başlandığı gündən etibarən böyük maraqla qarşılanıb. Belə ki, 435 tələbə bununla bağlı TƏBİB-ə müraciət edib. TƏBİB komandası tərəfindən namizədlərin uyğunluğu dəyərləndirilib və müsahibədən uğurla keçən 132 namizəd iş mühitinə daha tez adaptasiya olmaq, bilik-bacarıqlarında səriştəliliyi artırmaq məqsədilə peşəkar mütəxəssislərimiz tərəfindən keçilən təlimlərə cəlb olunub.

Təlimlərdə müvəffəqiyyət qazanan 132 gəncin hər biri TƏBİB-in 13 tabeli tibb müəssisəsində işlə təmin olunub. 65 nəfər Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasında, 16 nəfər Nərimanov Tibb Mərkəzində, 13 nəfər Mərkəzi Neftçilər Xəstəxanasında, 9 nəfər Yeni Klinikada və 29 nəfər digər tibb müəssisələrimizdə işə qəbul olunub”.

G.Qədimova karyeralarının başlanğıcında olan bu gənclərin hər birinin öz sahələri üzrə peşəkar kadr kimi yetişəcəklərinə, səhiyyənin inkişafı naminə səfərbər olacaqlarına inandığını söyləyib.

TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov isə keyfiyyətli tibbi xidmətin səhiyyə infrastrukturu ilə yanaşı, kadr təminatı ilə bağlı olduğunu bildirib:

“Biz bu gün xəstəxanalarımızı nə qədər müasir standartlara uyğun təchiz etsək, ən son müasir tibbi avadanlıqlarla təmin etsək də, əgər peşəkar həkim-mütəxəssislərimiz olmasa, uğurlu nəticə almaq mümkün deyil. Bu baxımdan bütün dövrlərdə yüksək ixtisaslı tibb işçilərinin yetişdirilməsi Azərbaycan səhiyyəsi üçün prioritet istiqamətlərdəndir”.

V.Qurbanov TƏBİB-in tabeliyindəki tibb müəssisələrinə orta tibb işçisi kimi fəaliyyətə cəlb olunmaqla səhiyyə sahəsində ilk addımlarını atmaqları, özlərini inkişaf etdirmələri, bilik və bacarıqlarını təkmilləşdirmələri istiqamətində hər zaman gənclərə yardımçı olacaqlarını vurğulayıb.

Daha sonra çıxış edən səhiyyə nazirinin müavini Nadir Zeynalov istənilən sahədə nəzəri bilikləri dərinləşdirmək, öz işinin peşəkarı olmaq üçün praktik vərdişlərin əhəmiyyətinin çox böyük olduğunu qeyd edərək tələbələrin işlə təminatını yüksək qiymətləndirib.

Kliniki Tibbi Mərkəzin direktoru Könül Ələkbərov, Yeni Klinikanın direktoru vəzifəsini icra edən baş həkim Cavid Paşayev, Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının direktoru Elviz Qasımov gənclərin təhsillərini davam etdirdikləri bir dövrdə işlə təminatları və əmək mühiti ilə tanış olmalarının bu tələbələrin gələcək karyerasında mühüm rol oynayacağını bildiriblər.

ATU-nun tələbələri Yusuf Xəlil, Nigar Quliyeva çıxış edərək onlara bu şəraiti yaratdıqlarına görə TƏBİB-ə, universitetə, həmçinin layihənin ərsəyə gəlməsində iştirak edən hər kəsə dərin minnətdarlıqlarını bildirərək, Azərbaycan səhiyyəsinin inkişafına öz töhfələrini verməyə çalışacaqlarını vurğulayıblar.

Tədbirin sonunda təlimlərdə uğur qazanan tələbələr təltif olunublar.

TƏHSİL MEDİA

Oxşar xəbərlər

Bütün xəbərlər