Xəbər lentiwidget-title-icon

Məktəbli geyimi ilə bağlı VACİB DETAL – Yalnız bu halda fərqli geyimə icazə veriləcək - AÇIQLAMA
Doktorantların və gənc tədqiqatçıların elmi konfransı keçiriləcək
“Məktəb acınacaqlı vəziyyətdədir, uçub-dağılır” - FOTO + VİDEO
28 universitet və təhsil müəssisəsinin iştirakı ilə sərgi keçiriləcək
"Bu gün Peşə məktəblərində Əmək Məcəlləsi kobud şəkildə pozulur..."
Kolleclərə qəbulda əlavə şans: Boş plan yerləri elan edildi
Almaniya nümayəndə heyəti Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində olub
Peşə tanınması üzrə imtahanda iştirak edəcək şəxslərin NƏZƏRİNƏ!
Elm və Təhsil Nazirliyi və “OpenAI” süni intellektin təhsildə tətbiqini genişləndirir
Məktəbli formasında yeni qaydalar: sosial status, etnik və dini mənşə fərq yaratmamalıdır
Universitetlərdə dərslər onlayn OLACAQ
Azərbaycana payız fəsli gəlib
Gəncə-Daşkəsən üzrə təhsil rəqəmləri: neçə şagird və müəllim var?
Metronun bu stansiyalarına giriş sabahdan pulsuz olacaq
Metroya görə dərsə gecikənlərə qaib yazılacaq? – Universitetlərdən CAVAB
Əməkdar müəllim yeni qaydaları DƏSTƏKLƏDİ: "Məktəbli formasının vahidliyi qorunacaq"
Türkiyədə məktəbə silahlı hücum olub yaralananlar var
SDU haqqında yayılan iddialarla bağlı AÇIQLAMA VERDİ
Bu məktəblərdə dərslər onlayn OLACAQ
Universitetlər magistr hazırlığını özləri aparacaq? - SƏBƏB
Atatürk Universiteti Bakıda məzunlarını bir araya gətirəcək
Məktəbli forması ilə bağlı qərarın arxasında hansı məqsəd dayanır? - Ekspert AÇIQLADI
Məktəblilərə hicabda məktəbə gəlmək qadağan edildi – RƏSMİ
Şagirdlər üç ildən sonra ilk dəfə dərsə getdilər
Şagirdlərin geyim formasının standartları təsdiqlənib

Bu gün 62 mindən çox şagird üçün İMTAHAN VAR

Bu gün Dövlət İmtahan Mərkəzi tərəfindən Bakı şəhərinin Qaradağ, Binəqədi, Xətai, Suraxanı, Yasamal rayonları, Abşeron (II hissə), Sumqayıt (II hissə), Gəncə (II hissə), Mingəçevir, Samux, Göygöl, Daşkəsən, Gədəbəy, Qazax, Tovuz, Sabirabad, Saatlı, İmişli, Biləsuvar, Göyçay, Şamaxı, Qobustan, İsmayıllı, Ağsu, Masallı, Astara, Yardımlı, Lerik, Ağcabədi, Beyləqan, Ağdam (o cümlədən Xıdırlı, Kəngərli kənd tam orta məktəbləri), Xocalı (Şəhər 1 nömrəli və Ballıca kənd orta məktəbləri), Xankəndi (Şəhər 4 nömrəli məktəb), Şuşa (Şəhər 1 nömrəli məktəb), Laçın (Şəhər 2 nömrəli tam orta məktəb, Zabux və Sus kənd tam orta məktəbləri), Kəlbəcər (Şəhər 1 nömrəli tam orta məktəb), Qax, Balakən, Zaqatala, Quba, Xızı, Qusarda tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçiriləcək. Martın 15-də Bakı şəhəri üzrə xüsusi məktəblərdə (internat məktəbləri, cəzaçəkmə müəssisələrində yerləşən məktəblər), tədrisi gürcü dilində olan məktəblərdə və hərbi liseylərdə təhsil alanlar da imtahan verirlər.

AzEdu.az xəbər verir ki, imtahan saat 11:00-da başlanır.

İmtahanın başlanmasına 15 dəqiqə qalmış – saat 10:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmırlar.

İştirakçıların imtahan binasına rahat şəkildə daxil olması üçün binaya müxtəlif gəlmə vaxtları müəyyən edilib və imtahan iştirakçısının buraxılış vərəqəsində həmin vaxt göstərilib. Ona görə də imtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək lazımdır.

Şagirdlər imtahana aşağıdakı sənədləri gətirməlidirlər:

- İmtahana buraxılış vərəqəsi;

- Şəxsiyyəti təsdiq edən sənədin əsli:

a) Azərbaycan Respublikasının vətəndaşları (16 yaşı tamam olmayan iştirakçılar da daxil olmaqla) şəxsiyyət vəsiqəsini;

b) əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş icazə vəsiqələrini, qaçqın statusu almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın vəsiqələrini;

- Şəxsiyyət vəsiqəsində şəkli olmayan iştirakçılar digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa iştirakçının 3x4sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir). Şagirdlər buraxılış imtahanı üçün təhsil müəssisəsi tərəfindən verilməli olan arayışı DİM-in saytından yükləyə bilərlər.

İmtahan iştirakçıları “İmtahana buraxılış vərəqəsi”ni internet vasitəsilə DİM-in saytından martın 5-dən etibarən çap edib götürə bilirlər.

Xatırladaq ki, imtahan keçirilən şəhər və rayonlarda ümumilikdə 267 imtahan binası, 4645 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 267 ümumi imtahan rəhbəri, 767 imtahan rəhbəri, 5776 nəzarətçi, 807 buraxılışı rejimi əməkdaşı (mühafizə), 267 bina nümayəndəsi ayrılıb.

Martın 15-də keçiriləcək imtahanda 62033 şagirdin iştirakı nəzərdə tutulur.

İmtahanda 67 nəfər sağlamlıq imkanları məhdud (gözdən əlil, serebral iflic, eşitmə əngəlli və digər) şagird də iştirak edəcək. Bu abituriyentlərin rahat şəkildə imtahan verməsi üçün imtahan binalarında xüsusi zallar ayrılıb, orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə gözdən əlilliyi müəyyən edilmiş şəxslərə isə fərdi nəzarətçilər təyin edilib. Hərəkət məhdudiyyətli şagirdlərin bina və zala daxil olması və hərəkəti üçün də şərait yaradılıb. Bundan əlavə, sağlamlıq imkanları məhdud iştirakçılar üçün ayrılan nəzarətçilərlə xüsusi təlim keçirilib.

Hazırda imtahanlarda iştirak edəcək nəzarətçilər, imtahan rəhbərləri, mühafizə əməkdaşları ilə təlim-seminarlar keçirilir. Bütün imtahan binalarına baxış keçirilib, imtahan zallarında abituriyentlərin rahat şəkildə imtahan verməsi üçün zəruri şərait yaradılıb.

Təhlükəsizliyin təmin edilməsi məqsədilə imtahan mərkəzlərinə təkrar baxış da keçirilir və imtahan zalları, giriş-çıxış qapıları, binalar möhürlənməklə Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin əməkdaşlarının mühafizəsinə verilir.

Oxşar xəbərlər

Bütün xəbərlər