Xəbər lentiwidget-title-icon

Məktəblilər arasında esse müsabiqəsi keçiriləcək
Peşə təhsili müəssisələrində karyera mərkəzlərinin sayı artırılacaq
Bağçalar adambaşına maliyyələşmə mexanizminə keçəcək
Qələbəmizin izləri adlarda: Zəfər adı daşıyan uşaqların SAYI
Bağçalarda 7 minə yaxın şəxsin ixtisası uyğun deyil - Sertifikasiyada nə baş verəcək?
Ay və Venera rekord həddə bir-birinə yaxınlaşacaq
Zəfərlə bağlı mövzular hansı dərslik və kurikulumlara daxil edilib?
AzTU komandaları beynəlxalq olimpiadada qalib olub
AzMİU-da 8 Noyabr - Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
Bir qrup media işçisi təltif edilib – SƏRƏNCAM
Somali səfiri ADNSU-da olub - FOTO
Özəl universitetlərdə tibb ixtisası açılsın - TƏKLİF
Əmək haqqı ödənişləri elektronlaşdırılacaq
Aqrar sığorta ekspertliyi üzrə imtahana qeydiyyat davam edir
Türkiyədə şagird və tələbələrin nailiyyətləri süni intellektlə qiymətləndiriləcək
İlham Əliyev sammit iştirakçılarına müraciət ünvanlayıb
Təhsil müəssisələrində Zəfərin altıncı ildönümünə həsr olunan silsilə tədbirlər keçiriləcək
MDU-da doktoranturaya ödənişsiz hazırlıq kursu başlayıb
Məleykə Abbaszadə V "Yüksəliş" in qalibləri ilə görüşüb
MİQ-də ehtiyatda qalan namizədlərə şans
Daha bir universitetdə hüquq və tibb ixtisaslarının açılması planlaşdırılır - EKSKLÜZİV
Kollec tələbəsi bıçaqlanıb
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
Tələbə qızların fotolarını yayıb, silmək üçün pul tələb edirlər
Müəllim və tələbələr üçün “İlk yardımın göstərilməsi” mövzusunda təlim keçirilib

Minə yaxın abituriyent buraxılış imtahanında bu fəndən 0 bal topladı - STATİSTİKA

Ümumi orta təhsil səviyyəsi üzrə XI sinif şagirdlərinin buraxılış imtahanında xarici dil fənləri üzrə, eləcə də tədris dili Azərbaycan dili olmayan məktəblərdə təhsil alan şagirdlərin dövlət dili kimi Azərbaycan dili fənni üzrə imtahan nəticələri açıqlanıb.

AzEdu.az-ın əldə etdiyi məlumata görə, bu barədə 2025-ci ilə aid tələbə qəbulu və ümumi təhsil müəssisələri üzrə buraxılış imtahanlarının nəticələrinə dair elmi-statistik materialların yer aldığı “Abituriyent” jurnalının 12-ci nömrəsində məlumat verilib.

Ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanında xarici dil fənləri və dövlət dili kimi Azərbaycan dili fənni üzrə ümumilikdə 123 206 nəfər iştirak edib. Onlardan 933 nəfər 0 nisbi bal toplayıb.

İngilis dili üzrə imtahanda ümumilikdə 98 371 nəfər iştirak edib. Onlardan 455 nəfər (0,46 faiz) 0 bal toplayıb. 25 301 nəfər (25,72 faiz) 0-20 bal, 20 447 nəfər (20,79 faiz) 20-40 bal, 19 279 nəfər (19,60 faiz) 40-60 bal, 15 883 nəfər (16,15 faiz) 60-80 bal, 17 006 nəfər (17,29 faiz) isə 80-100 bal intervalında nəticə göstərib.

Fransız dili üzrə imtahanda 1 597 nəfər iştirak edib. Onlardan 67 nəfər (4,20 faiz) 0 bal toplayıb. 829 nəfər (51,91 faiz) 0-20 bal, 342 nəfər (21,42 faiz) 20-40 bal, 261 nəfər (16,34 faiz) 40-60 bal, 76 nəfər (4,76 faiz) 60-80, 22 nəfər (1,38 faiz) isə 80-100 bal intervalında nəticə əldə edib.

Alman dili üzrə imtahanda 835 nəfər iştirak edib. İştirakçılardan 13 nəfər (1,56 faiz) 0 bal toplayıb. 353 nəfər (42,28 faiz) 0-20 bal, 188 nəfər (22,51 faiz) 20-40 bal, 153 nəfər (18,32 faiz) 40-60 bal, 83 nəfər (9,94 faiz) 60-80 bal, 45 nəfər (5,39 faiz) isə 80-100 bal intervalında yer alıb.

Ərəb dili üzrə imtahanda cəmi 13 nəfər iştirak edib. Onlardan heç biri 0 bal toplamayıb. 4 nəfər (30,77 faiz) 0-20 bal, 1 nəfər (7,69 faiz) 20-40 bal, 1 nəfər (7,69 faiz) 40-60 bal, 4 nəfər (30,77 faiz) 60-80 bal, 3 nəfər (23,08 faiz) isə 80-100 bal intervalında nəticə göstərib.

Rus dili üzrə imtahanda 10 932 nəfər iştirak edib. Onlardan 394 nəfər (3,60 faiz) 0 bal toplayıb. 5 948 nəfər (54,41 faiz) 0-20 bal, 2 213 nəfər (20,24 faiz) 20-40 bal, 1 273 nəfər (11,64 faiz) 40-60 bal, 537 nəfər (4,91 faiz) 60-80 bal, 567 nəfər (5,19 faiz) isə 80-100 bal intervalında nəticə əldə edib.

Azərbaycan dili (dövlət dili) üzrə imtahanda 11 458 nəfər iştirak edib. Onlardan cəmi 4 nəfər (0,03 faiz) 0 bal toplayıb. 467 nəfər (4,08 faiz) 0-20 bal, 983 nəfər (8,58 faiz) 20-40 bal, 1 842 nəfər (16,08 faiz) 40-60 bal, 4 451 nəfər (38,85 faiz) 60-80 bal, 3 711 nəfər (32,39 faiz) isə 80-100 bal intervalında nisbi nəticə göstərib.

Nəticələrin bölgüsünə əsasən, Azərbaycan dili (dövlət dili) fənni istisna olmaqla bütün xarici dil fənləri üzrə iştirakçıların ən böyük hissəsi 0-20 bal intervalında nəticə göstərib. Dövlət dili kimi Azərbaycan dili fənni üzrə isə iştirakçıların ən böyük qismi 60-80 bal intervalında nəticə əldə edib.

Oxşar xəbərlər

Bütün xəbərlər