Xəbər lentiwidget-title-icon

Qubadlıda 2 məktəbin fəaliyyəti dayandırılacaq - RƏSMİ
MİQ-in müsahibə nəticələri AÇIQLANIB
Bağça müəllimləri sertifikasiyadan necə keçəcək? - QAYDALAR
BMU-da yeni qəbul olunan tələbələrlə görüş keçiriləcək
Bazar günü yağış yağacaq - PROQNOZ
Subbakalavrlara qoyulan sədd kolleclərin sonu olacaq?
2027-ci ilin qəbul imtahanları ilə bağlı XƏBƏRDARLIQ
Türkiyədə özəl məktəblərə xarici adlardan istifadə qadağan edilib
Uşaqlarda disleksiya və autizm problemi artır - Pediatrdan XƏBƏRDARLIQ
Sirkə turşusu içən 17 yaşlı tələbə vəfat edib
MİQ üzrə işə qəbulun nəticələri açıqlanıb
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində 4500 manatlıq əməkhaqqı qalmaqalı - ARAŞDIRMA
Elm və Təhsil Nazirliyində 77 milyonluq Depot sualı: 429 mindən birdən-birə bu qədər inam necə qazanıldı?
Bakıda "20 Sentyabr" metrostansiyası olacaq
Naxçıvanda iki özəl bağçaya dövlət dəstəyi veriləcək
Tələbə yataqxanalarında vəziyyət necədir? – Qiymətlər, yerlər və güzəştlər
Payız fəsli Azərbaycana bu tarixdə daxil olacaq
Peşə təhsilinə maraq artır - Kolleclər unudulur...
Uşağınız məktəbə getmək istəmir? – Pediatrdan valideynlərə tövsiyələr
Bakıda kirayə evlərin qiyməti tələbələri şoka salıb - SORĞU
BMU magistrantları üçün Çində 100 faiz təqaüdlə təhsil almaq imkanı
Bu tələbələrin universitetlərə qəbuluna qadağa qoyuldu
“Abituriyent” jurnalının 8-ci və 9-cu nömrələri nəşr olunub
Şagirdlərin oxu bacarıqları aşağıdır - Elnur Əliyev
Təhsil haqlarını 25 faizdən çox artıran universitetlər ARAŞDIRILACAQ

Çində təhsil alacaq tələbələrlə görüş keçirilib

Bakı Mühəndislik Universitetində (BMU) Pekin Kimya Texnologiya Universiteti (PKTU) ilə birgə həyata keçirilən ikili diplom proqramı çərçivəsində bakalavriat təhsilinin III və IV kurslarını sentyabr ayından Çin Xalq Respublikasında davam etdirəcək 37 tələbə və onların valideynləri ilə görüş keçirilib.

Tehsilmedia.com xəbər verir ki, tədbirdə çıxış edən BMU-nun rektoru Yaqub Piriyev tələbələri təbrik edərək qarşıda onlar üçün mühüm akademik mərhələnin dayandığını bildirib. Rektor vurğulayıb ki, BMU-PKTU ikili diplom proqramı çərçivəsində tələbələrin növbəti iki il ərzində dünyanın ən inkişaf etmiş ölkələrindən biri olan Çində təhsil almaları onların beynəlxalq akademik mühitdə bilik və bacarıqlarını təkmilləşdirmələrinə, elmi və peşəkar dünyagörüşlərini genişləndirmələrinə mühüm imkan yaradır.

Yaqub Piriyev çıxışında Prezident İlham Əliyevin ötən il Çinə dövlət səfəri çərçivəsində imzalanmış Birgə Bəyanatın Azərbaycan və Çin arasında strateji tərəfdaşlığın daha da möhkəmləndirilməsinə mühüm töhfə verdiyini vurğulayıb. Bildirib ki, sənəddə, xüsusilə təhsil, elm və innovasiya sahələrində əməkdaşlığın genişləndirilməsi prioritet istiqamətlərdən biri kimi müəyyənləşdirilib. Rektor iki ölkə liderləri – Prezident İlham Əliyev və Si Cinpin arasında qarşılıqlı hörmət və etimada əsaslanan yüksək səviyyəli münasibətlərin ali təhsil müəssisələri arasında tərəfdaşlığın inkişafı üçün əlverişli zəmin yaratdığını qeyd edib. O, həmçinin viza rejiminin ləğvinin akademik mobilliyin genişləndirilməsi və gənclər arasında əlaqələrin daha da gücləndirilməsi baxımından yeni imkanlar açdığını diqqətə çatdırıb.

Yaqub Piriyev Azərbaycan və Çin arasında uğurla inkişaf edən əməkdaşlığın ali təhsil sahəsində yeni imkanlar açdığını, bu baxımdan BMU ilə PKTU arasında formalaşmış səmərəli əlaqələrin akademik əməkdaşlığın, tələbə və müəllim mübadiləsinin, birgə elmi-tədqiqat fəaliyyətlərinin inkişafına mühüm töhfə verdiyini bildirib. Rektor BMU-da gerçəkləşdirilən ikili diplom proqramlarının tələbələrin müasir əmək bazarının tələblərinə uyğun bilik, bacarıq və kompetensiyalar qazanmalarına xidmət etdiyini deyib. Həmçinin tələbələrin Çində Azərbaycanı və BMU-nu layiqincə təmsil etmələrinin, ölkəmizin qeyri-rəsmi səfirləri kimi çıxış edərək Azərbaycan həqiqətlərinin çatdırılmasına və milli-mənəvi dəyərlərimizin təbliğinə töhfə vermələrinin vacibliyini qeyd edib. Rektor onların Çində qazandıqları bilik və təcrübəni gələcək peşəkar fəaliyyətlərində səmərəli şəkildə tətbiq etmələrinin, bununla da ölkənin inkişafına töhfə vermələrinin əhəmiyyətini vurğulayıb.

Yaqub Piriyev tələbələrə Çində təhsil müddətində akademik fəaliyyətə ciddi və məsuliyyətli yanaşmağı, elmi-tədqiqat və şəxsi inkişaf imkanlarından maksimum yararlanmağı, qarşıya qoyulan akademik məqsədlərə ardıcıl və sistemli şəkildə nail olmağı tövsiyə edib.

Digər çıxışlarda BMU ilə PKTU arasında ikili diplom proqramının icrasına 2025-ci ildə başlanıldığı qeyd olunub. “Kimya mühəndisliyi”, “Kompüter mühəndisliyi”, “Mexanika mühəndisliyi”, “Kimya”, “Biotexnologiya” və “Biznesin idarə edilməsi” olmaqla 6 ixtisası əhatə edən proqram Azərbaycan və Çin ali təhsil müəssisələri arasında bakalavriat səviyyəsində həyata keçirilən ilk ikili diplom proqramıdır. 2+2 modeli əsasında reallaşdırılan proqram çərçivəsində BMU-da ilk iki ili uğurla başa vuran və müəyyən edilmiş müvafiq prosedurlardan keçən tələbələr təhsillərinin III və IV kurslarını PKTU-da davam etdirirlər. Proqramın tələblərini uğurla yerinə yetirən tələbələr hər iki universitetin bakalavr diplomunu əldə etmək imkanı qazanırlar.

Çıxışlar zamanı tələbələrə Çində yeni akademik mühitə uyğunlaşma, təhsil prosesinin tələblərinə əməl etmə və beynəlxalq mühitdə yaradılan inkişaf imkanlarından səmərəli yararlanma ilə bağlı tövsiyələr verilib.

Görüşdə hazırda PKTU-da təhsilini davam etdirən BMU tələbələri də çıxış edərək Çindəki təhsil təcrübələri, akademik mühit və tələbə həyatı ilə bağlı təəssüratlarını bölüşüblər. Onlar yeni təhsil mühitinə uyğunlaşma, universitetin təqdim etdiyi imkanlar və qazandıqları təcrübə barədə məlumat veriblər.

Sonda tələbələr və onların valideynləri ilə geniş fikir mübadiləsi aparılıb, onları maraqlandıran suallar cavablandırılıb, habelə qarşıdakı təhsil mərhələsi ilə bağlı məsələlər müzakirə olunub.

Oxşar xəbərlər

Bütün xəbərlər