Xəbər lentiwidget-title-icon

Abşeron rayonu üzrə təhsil müəssisələrinin rəhbərləri ilə görüş keçirilib
AzTU-nun layihə həlləri Filip Kotlerin kitabında yer alıb
Musiqi müəllimləri sertifikasiyadan keçəcək - TARİX
Dövlət Proqramının icrasında səmərəsiz xərclər aşkarlanıb
Masallıda təhsilin görünməz şagirdləri: Dərs yoxdur, davamiyyət var, attestat var! Bəs məsuliyyət haradadır?
Məleykə Abbaszadə tələbələrlə görüşüb
Peşə təhsilində yeni əsasnamələr və qəbul nəticələri müzakirə edilib
İngilis dilini yaxşı bilən müəllimlərin maaşı artacaq
Qarabağda 15 yeni məktəbəqədər təhsil müəssisəsi açılır
Emin Əmrullayev Ağstafada vətəndaşları qəbul edib
Şuşa teatrı Lənkəranda “Ağıldankəm Jurden”i təqdim edib
Daha 3 məktəbə direktor təyin edilib- FOTOLAR
200-ə yaxın azərbaycanlı tələbə Estoniyada təhsil alır
Elm və təhsil naziri Cəbrayılda vətəndaşları qəbul edəcək
Psixoloq vəzifəsinə işə qəbul üzrə müsabiqəyə start verilir
Mətbuat Şurası bəyanat yayıb
Dekan öz fakültəsində hansı problemlərin olduğunu bilməlidir
BDU-nun C bloku ilə bağlı məsələni nəzarətə götürmüşəm – Məleykə Abbaszadə
Azərbaycan Universitetinin nümayəndələri Almaniya səfərini başa vurub
Şagirdlərin rəqəmsal bacarıqları necə yoxlanacaq? – ARTİ açıqlayıb
Kimyaçı alimlər Alzeymer və qlaukoma əleyhinə yeni dərman imkanlarını araşdırıblar
Azərbaycan və Türkiyə universitetlərinin əməkdaşlıq imkanları müzakirə edilib
Sumqayıtda təhsil müəssisələrinin rəhbərləri ilə görüş keçirilib
Yeni dərsliklər beynəlxalq təcrübə əsasında hazırlanıb
Məktəbəhazırlıq qruplarında yeni dərsliklər sınaqdan keçirilib

Məktəb şagirdi universitetə, yoxsa həyata hazırlamalıdır?

Bir çoxları hesab edir ki, məktəbin əsas vəzifəsi şagirdi ali təhsil müəssisəsinə hazırlamaqdır. Digərləri isə düşünür ki, məktəb bu gün şagirdi ali təhsil müəssisəsinə belə lazımi səviyyədə hazırlaya bilmir.

Əgər hazırlaya bilsəydi, repetitorluğa bu qədər ehtiyac qalmazdı. Bəs həqiqətənmi məktəbin missiyası yalnız bundan ibarətdir?

Biz bu mövzuda məktəbləri günahkar hesab etməliyik, yoxsa yeni nəsilin özü günahkardır? Ümumiyyətlə, məktəbin başlıca vəzifəsi və ideyası nədir?

Tehsilmedia.com bildirir ki, azedu.az-a mövzu ilə bağlı Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın katibi, ingilis dili müəllimi Günay Əkbərova danışıb.

O qeyd edib ki, məktəbin işi seçim imkanlarını genişləndirməkdir, yolu məcburi şəkildə yalnız bir istiqamətə yönəltmək yox:

“Məncə, məktəbi yalnız universitetə aparan yol kimi görmək bir qədər dar yanaşmadır. Bəli, məktəb şagirdi ali təhsilə hazırlaya bilər və hazırlamalıdır da, amma onun missiyası bununla məhdudlaşmır. Dünya təcrübəsinə baxanda görürük ki, inkişaf etmiş təhsil sistemlərində məktəbin əsas məqsədi sadəcə imtahandan yüksək bal toplayan abituriyent yetişdirmək deyil, düşünə bilən, qərar verə bilən və həyatda öz yolunu tapa bilən insan formalaşdırmaqdır.

Məsələn, Finlandiya, Kanada və ya Sinqapur kimi ölkələrdə məktəb yalnız universitet istiqamətinə fokuslanmır. Orada şagirdlərə tənqidi düşünmə, əməkdaşlıq, problem həll etmə, ünsiyyət və müxtəlif həyat bacarıqları öyrədilir. Çünki hər şagirdin yolu universitetdən keçmir: kimisi peşə seçir, kimisi sahibkar olur, kimisi isə fərqli istiqamətdə uğur qazanır. Məktəbin işi seçim imkanını genişləşdirməkdir, yolu məcburi şəkildə bir istiqamətə yönəltmək yox.

Repetitor məsələsinə gəldikdə isə bunu yalnız məktəbin problemi kimi qiymətləndirmək tam doğru olmaz. İmtahan sistemi rəqabətli olduqda valideyn və şagird əlavə dəstək axtarır - bu hal bir çox ölkələrdə mövcuddur. Amma eyni zamanda məktəbdə öyrənilən baza bilikləri olmasa, heç bir repetitor uzunmüddətli nəticə verə bilməz. Yəni məktəb yenə də əsas sütundur”.

Onun sözlərinə görə, yeni nəslə günah yükləmək də düzgün yanaşma deyil:

“Bugünkü şagirdlər əvvəlki nəsillərlə müqayisədə daha çox informasiya yükü, daha çox seçim və diqqəti yayındıran faktorlarla üz-üzədirlər. Onların ehtiyacı tənqid yox, düzgün istiqamət və motivasiyadır.

Məncə, məktəbin başlıca ideyası budur: şagirdi yalnız imtahana deyil, həyata hazırlamaq. Universitet bu yolun yalnız bir mərhələsidir.

Hazırda imtahana hazırlaşan abituriyentlərə də bir söz demək istəyirəm: qarşıdakı imtahan sizin dəyərinizi müəyyən edən son hökm deyil. Bu, sadəcə həyat yolunda bir mərhələdir. Əziyyətiniz hədər getmir, amma unutmayın ki, uğur yalnız baldan ibarət deyil. Səbir, davamlılıq və özünüzə inam çox vaxt nəticədən də güclü olur. Bəzən insanı irəli aparan məhz imtahana hazırlaşdığı o zəhmət dövrü olur.

Bir sözlə, məktəb qapıdır, amma həyatın yolu o qapıdan sonra başlayır".

Oxşar xəbərlər

Bütün xəbərlər