Xəbər lentiwidget-title-icon

Qəbələdə Aşpaz emalatxanası istifadəyə verilib
Abşeron rayonu üzrə təhsil müəssisələrinin rəhbərləri ilə görüş keçirilib
AzTU-nun layihə həlləri Filip Kotlerin kitabında yer alıb
Musiqi müəllimləri sertifikasiyadan keçəcək - TARİX
Dövlət Proqramının icrasında səmərəsiz xərclər aşkarlanıb
Masallıda təhsilin görünməz şagirdləri: Dərs yoxdur, davamiyyət var, attestat var! Bəs məsuliyyət haradadır?
Məleykə Abbaszadə tələbələrlə görüşüb
Peşə təhsilində yeni əsasnamələr və qəbul nəticələri müzakirə edilib
İngilis dilini yaxşı bilən müəllimlərin maaşı artacaq
Qarabağda 15 yeni məktəbəqədər təhsil müəssisəsi açılır
Emin Əmrullayev Ağstafada vətəndaşları qəbul edib
Şuşa teatrı Lənkəranda “Ağıldankəm Jurden”i təqdim edib
Daha 3 məktəbə direktor təyin edilib- FOTOLAR
200-ə yaxın azərbaycanlı tələbə Estoniyada təhsil alır
Elm və təhsil naziri Cəbrayılda vətəndaşları qəbul edəcək
Psixoloq vəzifəsinə işə qəbul üzrə müsabiqəyə start verilir
Mətbuat Şurası bəyanat yayıb
Dekan öz fakültəsində hansı problemlərin olduğunu bilməlidir
BDU-nun C bloku ilə bağlı məsələni nəzarətə götürmüşəm – Məleykə Abbaszadə
Azərbaycan Universitetinin nümayəndələri Almaniya səfərini başa vurub
Şagirdlərin rəqəmsal bacarıqları necə yoxlanacaq? – ARTİ açıqlayıb
Kimyaçı alimlər Alzeymer və qlaukoma əleyhinə yeni dərman imkanlarını araşdırıblar
Azərbaycan və Türkiyə universitetlərinin əməkdaşlıq imkanları müzakirə edilib
Sumqayıtda təhsil müəssisələrinin rəhbərləri ilə görüş keçirilib
Yeni dərsliklər beynəlxalq təcrübə əsasında hazırlanıb

Son 25 ildə dövlət məktəblərində çalışan müəllimlərin sayı AZALIB

Azərbaycanda dövlət ümumi təhsil müəssisələrində müəllimlərin sayı son illərdə azalma tendensiyası nümayiş etdirib.

Tehsilmedia.com xəbər verir ki, bu barədə məlumat Dövlət Statistika Komitəsinin “Azərbaycanda uşaqlar” statistik məcmuəsində qeyd olunub.

Məlumata görə, 2000/2001-ci tədris ilində dövlət məktəblərində 161,3 min müəllim çalışdığı halda, 2025/2026-cı ildə bu göstərici 139,8 min nəfər olub. Beləliklə, 25 il ərzində dövlət ümumi təhsil müəssisələrində müəllimlərin sayı 21,5 min nəfər azalıb. Müəllimlərin sayı 2010/2011-ci tədris ilində 171,3 min nəfərə yüksəlib. Bu ildən sonra isə göstəricidə tədricən azalma baş verib.

Dövlət ümumi təhsil müəssisələrinin sayı da 2000/2001-ci ildən etibarən azalıb. Həmin tədris ilində 4548 dövlət ümumi təhsil müəssisəsi olduğu halda, 2025/2026-cı ildə onların sayı 4160-a düşüb.

İbtidai məktəblərin sayı 470-dən 183-ə, ümumi orta məktəblərin sayı isə 922-dən 712-yə enib. Bunun əksinə olaraq, tam orta məktəblərin sayı 2000/2001-ci ildəki 3136-dan 2024/2025-ci ildə 3310-a yüksəlib. 2025/2026-cı ildə isə dövlət tam orta məktəblərinin sayı 3249 olub.

Dövlət ümumi təhsil müəssisələrində təhsilalanların sayı da dəyişib. 2000/2001-ci ildə 1 milyon 653,7 min nəfər olan təhsilalanların sayı 2010/2011-ci ildə 1 milyon 318,1 min nəfərə qədər azalıb. Daha sonra artaraq 2024/2025-ci ildə 1 milyon 671,1 min nəfərə çatıb. 2025/2026-cı tədris ilində isə dövlət məktəblərində 1 milyon 648,8 min nəfər təhsil alıb.

Tam orta məktəblərdə təhsilalanların sayı 2000/2001-ci ildə 1 milyon 506 min nəfərdən 2024/2025-ci ildə 1 milyon 597,9 min nəfərə yüksəlib. 2025/2026-cı ildə isə bu göstərici 1 milyon 579,9 min nəfər olub.
Xüsusi təhsil müəssisələrinin sayı 2000/2001-ci ildə 20, 2005/2006-cı ildə 21 olduğu halda, 2025/2026-cı ildə 16 təşkil edib.

Oxşar xəbərlər

Bütün xəbərlər