Xəbər lentiwidget-title-icon

Qubadlıda 2 məktəbin fəaliyyəti dayandırılacaq - RƏSMİ
MİQ-in müsahibə nəticələri AÇIQLANIB
Bağça müəllimləri sertifikasiyadan necə keçəcək? - QAYDALAR
BMU-da yeni qəbul olunan tələbələrlə görüş keçiriləcək
Bazar günü yağış yağacaq - PROQNOZ
Subbakalavrlara qoyulan sədd kolleclərin sonu olacaq?
2027-ci ilin qəbul imtahanları ilə bağlı XƏBƏRDARLIQ
Türkiyədə özəl məktəblərə xarici adlardan istifadə qadağan edilib
Uşaqlarda disleksiya və autizm problemi artır - Pediatrdan XƏBƏRDARLIQ
Sirkə turşusu içən 17 yaşlı tələbə vəfat edib
MİQ üzrə işə qəbulun nəticələri açıqlanıb
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində 4500 manatlıq əməkhaqqı qalmaqalı - ARAŞDIRMA
Elm və Təhsil Nazirliyində 77 milyonluq Depot sualı: 429 mindən birdən-birə bu qədər inam necə qazanıldı?
Bakıda "20 Sentyabr" metrostansiyası olacaq
Naxçıvanda iki özəl bağçaya dövlət dəstəyi veriləcək
Tələbə yataqxanalarında vəziyyət necədir? – Qiymətlər, yerlər və güzəştlər
Payız fəsli Azərbaycana bu tarixdə daxil olacaq
Peşə təhsilinə maraq artır - Kolleclər unudulur...
Uşağınız məktəbə getmək istəmir? – Pediatrdan valideynlərə tövsiyələr
Bakıda kirayə evlərin qiyməti tələbələri şoka salıb - SORĞU
BMU magistrantları üçün Çində 100 faiz təqaüdlə təhsil almaq imkanı
Bu tələbələrin universitetlərə qəbuluna qadağa qoyuldu
“Abituriyent” jurnalının 8-ci və 9-cu nömrələri nəşr olunub
Şagirdlərin oxu bacarıqları aşağıdır - Elnur Əliyev
Təhsil haqlarını 25 faizdən çox artıran universitetlər ARAŞDIRILACAQ

"Rəhbərlik özü mənə dedi ki, sökün" - Keçmiş direktordan haqqında yayılan iddialara CAVAB

Goranboy şəhər 2 saylı tam orta məktəbin vəzifədən azad edilmiş direktoru İlhamə Qasımova məktəb əmlakını sökərək evinə aparması ilə bağlı iddialara cavab verib.

Tehsilmedia.com bildirir ki, İ.Qasımova Redaktor.az-a açıqlamasında əvvəlcə məktəbdə quraşdırılmış müşahidə kameralarından danışıb. Onun sözlərinə görə, məktəbdə 32 kamera olub və onları özü quraşdırıb:

"Məktəbə 32 kamera mən quraşdırmışdım. Kameralar mənim telefonumda və evimdəki aparatda izlənilirdi. Mən məktəbdən ayrıldıqdan sonra rəhbərlik tərəfindən mənə dedilər ki, kameraları söküm. Mən də "oldu" dedim və kameraları sökdüm".

Keçmiş direktor rəhbərliyi dövründə məktəbdə 9 sinfin bağlandığını bildirib:

"Mən işlədiyim müddətdə 9 sinif bağlandı. Qanunsuz açılmış sinifləri mən bağlamışam. Həmin siniflər bağlandığına görə orada olan müəllimlərlə bağlı da dəyişikliklər oldu".

İ.Qasımova məktəbdən şagirdlərin digər təhsil müəssisələrinə köçürüldüyünü də bildirib. O, bunun səbəblərindən birinin məktəbdə təhlükəsizliklə bağlı narahatlıqlar olduğunu düşünür:

"Məktəbin həyəti 4 hektardır. Mən kamera ilə məktəbi mühafizə edə bilirdim. İndi kamera da çıxarıldığına görə valideynlər uşaqlarını oraya qoymağa ehtiyat edirlər. Hamı yaxşı şərait istəyir, hamımız uşağımız üçün əziyyət çəkirik".

Keçmiş direktor sanitar qovşağındakı avadanlıqların sökülərək aparılması ilə bağlı iddiaları da rədd edib. O, məktəbin təhvil-təslim aktının olduğunu vurğulayıb:

"Məktəbin sanitar qovşağı neçə ildir həmin vəziyyətdədir. İndi bilmirlər kameranı nə formada desinlər, nə desinlər. Elə deyirlər ki, bunu məktəbin əmlakı ilə bağlayaq. Mən məktəbi təhvil-təslim etmişəm".

İ.Qasımova bildirib ki, məktəbin təhvil-təslimi zamanı hər hansı əmlak çatışmazlığı olsaydı, bununla bağlı məsuliyyət daşımalı idi:

"Təhvil-təslim aktında məktəb başqa direktora verilibsə, orada hər hansı söküntü, dağıntı və ya avadanlığın əskikliyi olsaydı, mən buna görə cavab verməli idim. Əgər bunlar yoxdursa, bunların heç biri olmayıbsa, bu haradan çıxdı?"

O, məsələ ilə bağlı iddiaların niyə məhz indi gündəmə gətirildiyini də sual edib:

"Mən məktəbi iyun ayında təhvil vermişəm. Məzuniyyət dövrüm idi. Mənim sualım budur: niyə indi çıxır? Onlar məzuniyyətdən qayıtdılar, gəldilər, kameranı gördülər və başladılar şər böhtan danışmağa."

Keçmiş direktor hazırkı rəhbərliyin ona şagirdlərin məktəbdən getməsi ilə bağlı irad bildirdiyini də söyləyib:

"Məktəbi indi əvəz edən direktor mənə deyir ki, sizə görə buradan uşaqlar çıxırlar, deyirlər İlhamə müəllim yoxdur. Mən neyləyim? Yoxsa hamıya bir-bir yalvarım ki, çıxmayın? Mən necə edim?"

İ.Qasımova sosial şəbəkələrdə və müxtəlif saytlarda yayılan məlumatlarla bağlı hüquqi addımlar atacağını bildirib.

O, dövlətçilik fəaliyyətinə də toxunaraq özünü sosial şəbəkələrdə fəal şəxs kimi təqdim edib:

"Mən sosial şəbəkələrdə Qasımova İlhaməyəm. Feysbukda məni izləyirsinizsə, məni yaxşı tanıyarsınız. Mən uşaq deyiləm və dövlətim, dövlətçiliyim üçün çalışıram. Mənim "Mübarizçilər" adlı bir saytım var. Mən orada dövlətçiliklə bağlı məsələlərə yer verirəm”.

Keçmiş direktor sonda sanitar qovşağı ilə bağlı yayılan məlumatların onun fəaliyyətinin gözdən salınması məqsədi daşıdığını düşündüyünü bildirib.

Oxşar xəbərlər

Bütün xəbərlər