Məktəb direktorlarının telefonları əllərindən alındı, üst-başları yoxlanıldı
Bu gün MÜTDA-nın kölgə rəhbəri Arslan Hacıyevin tapşırığı ilə BŞTİ-nin kölgə şefi Turanə Məcidli məktəb direktorlarını bir yerə toplayaraq "dəyərli təlimat"larını verib. Kölgə şef BŞTİ müdirliyini müvəqqəti (3 ildir) məşğul edən Nərminə Hüseynovanı da zorla toplantıya gətirib.
Maraqlı olan odur ki, toplantı öncəsi məktəb direktorlarının mobil telefonları əllərindən alınıb, üst-başları yoxlanılıb. Bu haldan şoka düşən bəzi direktorlar etiraz etsələr də, əlamanlar onlara danışmağa belə imkan verməyib. Deyiblər ki, Turanə Məcidlinin tapşırığıdır, sorğu-sualsız icra olunmalıdır.
Toplantı nə toplantı. Məlum olub ki, Turanə Məcidlinin ürəyi doluymuş, direktorları daha ürəkdən danlamaq üçün üst səviyyədə "təhlükəsizlik" məqsədilə mobil cihazların yığılması əmrini verib. Yenə reallıqdan uzaq tapşırıqlar, ironik atmacalar, yersiz göstərişlər. Bir neçə direktorun haqlı etirazından sonra acıdil müavininə əsəbiləşən Nərminə Hüseynova zalı yarımçıq tərk edib. Maraqlıdır, onun bu gedişinə zaldakılar ayağa qalxsa da, Turanə Məcidli heç halını da pozmayıb. Bundan sonra daha əsəbi danışan Kölgə Şefi direktorlar susmaqla və kinayəli təbəssümlə baykot edərək yola veriblər. İş o yerə çatıb ki, Turanə Məcidlinin yanında oturan Anar Qədimov, Bəşarət Məmmədov, Kamran Vəliyev utandıqlarından başlarını aşağı salaraq susublar.
Verilən məlumata görə, Bakı Təhsil İdarəsinin pərdəarxası şefi olan Turanə Məcidlinin məktəb direktorlarına olan patoloji nifrətinin bir səbəbi məktəb direktoru olduğu dönəmdə onu saya salmamaları, digər səbəbi isə onu BŞTİ rəhbəri kimi ciddi qəbul etməmələridir.
Toplantı sonrası pərt halda zalı tərk edən məktəb direktorları pıçıldaşırmışlar ki, bunun öz ayıbı azdır, hələ bizə göz ağardır. Sən demə, yayda mediada işlqlandırılan "Turanə Məcidlinin ailə dələduzluğu" haqda yazılanlar həqiqət imiş. Turanə Məcidlinin qayınanası, Bakı İdman Liseyinin direktoru Tərminə Əsədova da bu oyunbazlığa qurban gedibmiş, işdən atılıbmış. Bərəkallah belə gəlinə, qayınana qəniminə. Əslində isə hər ikisi şikayətçilər sayəsində üstü açılan rüşvət əməliyyatında xar olublar.
Məlum olub ki, Bakı İdman Liseyinin müəllimi bir neçə şəxsi aldadaraq yüklü miqdarda pulu öz direktoruna versə də, aldatdıqları adamların şikayəti əsasında həbs edilib, məhkəməyə çıxarılıb. Bax beləcə əməliyyat pozulub, qayınana qurban verilib, gəlinlə bağlı da yuxarı səlahiyyətlilərin sərt qərarı gözlənilir. Ona görə də Turanə Məcidli səbəbsiz yerə direktorları toplayaraq özünü işgüzar göstərməyə, ətrafdakılara "yıxılmadım, ayaqdayam" deməyə çalışır.
(Bütün bunlar haqda daha detallı məlumatlar əldə etməyə çalışırıq)




























