Xəbər lentiwidget-title-icon

Qəbələdə Aşpaz emalatxanası istifadəyə verilib
Abşeron rayonu üzrə təhsil müəssisələrinin rəhbərləri ilə görüş keçirilib
AzTU-nun layihə həlləri Filip Kotlerin kitabında yer alıb
Musiqi müəllimləri sertifikasiyadan keçəcək - TARİX
Dövlət Proqramının icrasında səmərəsiz xərclər aşkarlanıb
Masallıda təhsilin görünməz şagirdləri: Dərs yoxdur, davamiyyət var, attestat var! Bəs məsuliyyət haradadır?
Məleykə Abbaszadə tələbələrlə görüşüb
Peşə təhsilində yeni əsasnamələr və qəbul nəticələri müzakirə edilib
İngilis dilini yaxşı bilən müəllimlərin maaşı artacaq
Qarabağda 15 yeni məktəbəqədər təhsil müəssisəsi açılır
Emin Əmrullayev Ağstafada vətəndaşları qəbul edib
Şuşa teatrı Lənkəranda “Ağıldankəm Jurden”i təqdim edib
Daha 3 məktəbə direktor təyin edilib- FOTOLAR
200-ə yaxın azərbaycanlı tələbə Estoniyada təhsil alır
Elm və təhsil naziri Cəbrayılda vətəndaşları qəbul edəcək
Psixoloq vəzifəsinə işə qəbul üzrə müsabiqəyə start verilir
Mətbuat Şurası bəyanat yayıb
Dekan öz fakültəsində hansı problemlərin olduğunu bilməlidir
BDU-nun C bloku ilə bağlı məsələni nəzarətə götürmüşəm – Məleykə Abbaszadə
Azərbaycan Universitetinin nümayəndələri Almaniya səfərini başa vurub
Şagirdlərin rəqəmsal bacarıqları necə yoxlanacaq? – ARTİ açıqlayıb
Kimyaçı alimlər Alzeymer və qlaukoma əleyhinə yeni dərman imkanlarını araşdırıblar
Azərbaycan və Türkiyə universitetlərinin əməkdaşlıq imkanları müzakirə edilib
Sumqayıtda təhsil müəssisələrinin rəhbərləri ilə görüş keçirilib
Yeni dərsliklər beynəlxalq təcrübə əsasında hazırlanıb

ADNSU-ya yeni prorektor təyin edilib

Azərbaycan Respublikasının elm və təhsil naziri Emin Əmrullayevin müvafiq əmri ilə Seymur Nəcəfov Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) maliyyə-təsərrüfat işləri üzrə prorektoru vəzifəsinə təyin olunub.

Tehsilmedia.org xəbər verir ki, Seymur Əsgər oğlu Nəcəfov 24 avqust 1987-ci ildə Bakı şəhərində anadan olub. Orta təhsilini 1994–1999-cu illərdə Bakı şəhəri Yasamal rayonundakı 286 nömrəli tam orta məktəbdə, 1999–2005-ci illərdə isə Bakı Atatürk liseyində alıb. Azərbaycan Dövlət Neft Akademiyasında (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) 2005–2009-cu illərdə “Ümumi iqtisadiyyat” ixtisası üzrə bakalavr, 2009–2012-ci illərdə isə “İqtisadiyyat” ixtisası üzrə magistr təhsili alıb və hər iki təhsil pilləsini fərqlənmə diplomu ilə bitirib. 2009–2010-cu illərdə akademik məzuniyyət götürərək müddətli həqiqi hərbi xidmətdə olub. 2014–2018-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin “Mühasibat uçotu və audit” kafedrasında fəlsəfə doktoru proqramı üzrə dissertant olub.

O, əmək fəaliyyətinə müxtəlif inzibati və maliyyə sahələrində davam edib. 2010–2012-ci illərdə Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin Dövlət Baytarlıq Təchizatı Birliyində xəzinədar, 2012-ci ildə isə həmin təşkilatda mühasib vəzifəsində çalışıb. 2012-ci ildən “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin Maliyyə və Uçot İdarəsinin Mühasibat uçotu və hesabatı şöbəsində mühasib vəzifəsində çalışıb. 2013-cü ildə şöbə rəisi – baş mühasib, daha sonra isə 2014-cü ilədək şöbə rəisinin müavini vəzifələrində işləyib. 2014-cü ildən Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə və mühasibatlıq departamentinin Təhsil haqlarına nəzarət şöbəsinin müdiri, daha sonra isə Maliyyə və təminat departamentinin Təhsil haqlarının uçotu və bank əməliyyatları şöbəsinin müdiri vəzifələrində çalışıb. 2024-cü ildə Maliyyə Hesabatlarının Beynəlxalq Standartları üzrə Peşəkar Mühasib Sertifikatı alıb. 2015–2021-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə və təminat departamentində direktor müavini – baş mühasibin müavini, 2021–2026-cı illərdə isə direktor – baş mühasib vəzifəsində çalışıb.

Seymur Nəcəfov 26 may 2026-cı il tarixindən Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Maliyyə və təminat departamentinin direktoru – baş mühasibi vəzifəsini icra edib.

Azərbaycan Dövlət İqtisad Universitetindəki fəaliyyətinə görə 8 iyul 2025-ci ildə Elm və Təhsil Nazirliyinin Fəxri fərmanı ilə təltif olunub. O, həmçinin Yeni Azərbaycan Partiyasının Mərkəzi Aparatı və yerli təşkilatlarının aparatlarında mühasibat uçotunun vahid qaydada təşkili, maliyyə hesabatlarının hazırlanması və təqdim edilməsi prinsiplərini müəyyənləşdirən, eləcə də maliyyə-təsərrüfat əməliyyatlarının aparılması üzrə normativ tələbləri əhatə edən uçot siyasəti sənədinin müəllifidir.

Oxşar xəbərlər

Bütün xəbərlər