Qarabağ Universitetinin yaradılmasından 3 il ötür
Qarabağ Universitetinin yaradılmasından üç il ötür.
Tehsilmedia.org xəbər verir ki, universitetin rektoru Şahin Bayramov bu münasibətlə rəsmi “Facebook” səhifəsində paylaşım edib.
Rektor qeyd edib ki, Qarabağ Universitetinin yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı 28 noyabr 2023-cü il tarixində imzalanıb.
Ş.Bayramov universitetin yaradılmasına, qısa müddət ərzində sürətlə inkişafına göstərdiyi yüksək diqqət və davamlı dəstəyə görə Prezidentə təşəkkürünü bildirib.
O, həmçinin əlamətdar tarix münasibətilə universitetin əməkdaşlarını, tələbələrini və tərəfdaşlarını təbrik edib, onların fədakar fəaliyyətinə görə minnətdarlığını ifadə edərək gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Rektor paylaşımında Qarabağ Universiteti ailəsinin üzvü olmağın böyük fəxarət olduğunu da vurğulayıb.




























