Xəbər lentiwidget-title-icon

Zəfərlə bağlı mövzular hansı dərslik və kurikulumlara daxil edilib?
AzTU komandaları beynəlxalq olimpiadada qalib olub
AzMİU-da 8 Noyabr - Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
Bir qrup media işçisi təltif edilib – SƏRƏNCAM
Somali səfiri ADNSU-da olub - FOTO
Özəl universitetlərdə tibb ixtisası açılsın - TƏKLİF
Əmək haqqı ödənişləri elektronlaşdırılacaq
Aqrar sığorta ekspertliyi üzrə imtahana qeydiyyat davam edir
Türkiyədə şagird və tələbələrin nailiyyətləri süni intellektlə qiymətləndiriləcək
İlham Əliyev sammit iştirakçılarına müraciət ünvanlayıb
Təhsil müəssisələrində Zəfərin altıncı ildönümünə həsr olunan silsilə tədbirlər keçiriləcək
MDU-da doktoranturaya ödənişsiz hazırlıq kursu başlayıb
Məleykə Abbaszadə V "Yüksəliş" in qalibləri ilə görüşüb
MİQ-də ehtiyatda qalan namizədlərə şans
Daha bir universitetdə hüquq və tibb ixtisaslarının açılması planlaşdırılır - EKSKLÜZİV
Kollec tələbəsi bıçaqlanıb
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
Tələbə qızların fotolarını yayıb, silmək üçün pul tələb edirlər
Müəllim və tələbələr üçün “İlk yardımın göstərilməsi” mövzusunda təlim keçirilib
BDU Jurnalistika fakültəsinə yeni dekan seçiləcək - NAMİZƏDLƏR
“TəhsilPlus”la ödəniş zamanı yaranan çətinliklərin səbəbi AÇIQLANIB
BMU-nun tələbəsi vəfat edib - FOTO
Kənd məktəblərinə gedən müəllimlər üçün 21 milyon manat ayrılacaq
Şagirdlərin elektron yerdəyişməsi prosesinə başlanılır
“Qırmızı Ürəklər” Təhsil Təqaüd Proqramına müraciət başlayıb

Həbib Kərimovun BİABIRÇILIQLARI davam edir – Müəllimlərin evlərinə hücum olunub

Həbib Kərimovun BİABIRÇILIQLARI davam edir – Müəllimlərin evlərinə hücum olunub

İnternat tipli gimnaziyalarda Həbib Kərimovun sehrli çubuğunun ovsunu hələ də davam edir. Özbaşınalıqlar, qanunsuzluqlar baş alıb gedir. Amma sehrli çubuğun təsiri o qədər böyükdür ki, “Həbib Kərimov və onun mələkləri” gimnaziyalarda at oynatmağa davam edirlər.

Digər qanunsuz əməllərini təqdim edirik...

tehsilmedia.info xəbər verir ki, 9 nömrəli internat məktəbində Həbib Kərimovun qanadının altında qoruduğu şəxsə dövlət maşın verib. O şəxsin hansı işçidən xoşu gəlsə, ona 665 manat pul yazır və həmin pulları özü alır, xoşuna gəlməyən işçiləri də iş saatından artıq işlədir. Qanunla həftədə 40 saat iş olmasına baxmayaraq, o, 41 saat işlədirdi. Bu məsələ ilə bağlı dəfələrlə şikayət olunsa da, heç bir xeyri olmayıb. Hətta bu şikayətə görə sözügedən şəxs şikayətçilərin üstünə böhtan atıb. Həmin böhtanın kamera görüntülərinə də baxılmayıb. Maraqlısı odur ki, məhkəmədə də bu məsələnin üstü açılmayıb.
Şikayətçinin sözlərinə görə, həmin məhkəmədən sonra pis vəziyyətdə qalıb..
Daha sonra sözügedən şəxs 500 manata tərbiyə saatları satır.
Bundan əlavə 9 nömrəli internat məktəbində bir müəllimdən gələn ildən riyyaziyyat müəllimi keçəcəksən adı ilə 2000 manat alınıb. Lakin bu vəd yerinə yetirilməyib.
Müəllimlərin sözlərinə əsasən, 9 nömrəli internat məktəbində Həbib Kərimov məktəbə yoxlama kimi gələn zaman sözügedən şəxs barəsində şikayət edən xadimənin üstünə qışqıraraq otaqdan qovub.
Müəllimlər etiraf edir ki, Həbib Kərimovun qanadının altında qoruduğu şəxs onun ağzını pulla bağlayır deyə o məktəbə gələn zaman işçilərin şikayətlərinə kobud cavab verir və dinləmir.
Dərsləri əvəz edən müəllimlərin bütün pullarını məcburən əllərindən alır. Bütün pullar öz cibinə gedir. Dərs bölgüsündə hər müəllimdən 500 manat alır.

Həbib Kərimov bundan əlavə, Sumqayıt şəhər internat tipli gimnaziyada direktor müavininin şəvvəlki direktorun elektron imzasıyla öz qohumlarını işə götürməsi məsələsini bilən kimi əmri ləğv edir və direktor müavininə heç bir cəza vermir.
Vəziyyət o qədər gərginləşib ki, Sumqayıt şəhər internat tipli gimnaziyada müəllimləri susdurmaq üçün onların evlərinə hücum edib, təzyiq göstərirlər.
İnternatdakı baş verən cərəyanlarla bağlı məktəbə yoxlama kimi Həbib Kərimovun gəlməyini müəllimlər istəmir. Çünki Həbib Kərimov bütün hadisələri görməzdən gəlir və ört-basdır edir. Bunu etməsinin səbəbi də müəllimlərin əsas şikayətinin onun havadarlıq etdiyi şəxslərə qarşı olmasıdır. Dəfələrlə internat tipli gimnaziyalardan nazirliyə Həbib Kərimovun yoxlama kimi gəlməsinə qarşı etiraz edilib.
Müəllimlərin əsas narazı olduğu məqamlardan biri də odur ki, Nazirliyin yoxlaması 9 nömrəli internat məktəbinə gəlib bütün qanunsuzluqları aşkara çıxarıb.
Bütün bu özbaşınalıqlar yoxlama tərəfindən aşkarlansa da, həmin şəxsi işdən çıxartmaq məsələsi gecikir.
Ümid edirik ki, bu yazımızdan sonra gimnaziyada "at oynadan" şəxslər barəsində lazımlı tədbirlər görüləcək.

TƏHSİL MEDİA

Oxşar xəbərlər

Bütün xəbərlər