Xəbər lentiwidget-title-icon

Daha bir universitetdə hüquq və tibb ixtisaslarının açılması planlaşdırılır - EKSKLÜZİV
Kollec tələbəsi bıçaqlanıb
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
Tələbə qızların fotolarını yayıb, silmək üçün pul tələb edirlər
Müəllim və tələbələr üçün “İlk yardımın göstərilməsi” mövzusunda təlim keçirilib
BDU Jurnalistika fakültəsinə yeni dekan seçiləcək - NAMİZƏDLƏR
“TəhsilPlus”la ödəniş zamanı yaranan çətinliklərin səbəbi AÇIQLANIB
BMU-nun tələbəsi vəfat edib - FOTO
Kənd məktəblərinə gedən müəllimlər üçün 21 milyon manat ayrılacaq
Şagirdlərin elektron yerdəyişməsi prosesinə başlanılır
“Qırmızı Ürəklər” Təhsil Təqaüd Proqramına müraciət başlayıb
150 məktəbə şagird sayına görə pul ayrılacaq
Bağça müəllimlərinin sertifikatlaşdırılmasında suallar bu mövzulardan olacaq
Google məktəblərə süni intellektdən istifadə şərti qoyur
Gimnaziyada 50 minlik MƏNİMSƏMƏ - Nazirlik məhkəməyə üz tutdu
Bağça müəllimlərinin sertifikasiya sənədi açıqlanıb
Müəllimlərdən sonra tələbələrə də nəqliyyat güzəşti təklif olunur
Gəncədəki bağça ilə bağlı iddialar araşdırılıb - RTİ
Türkiyədə təcrübə keçən tələbələr rektorla görüşüb
Sumqayıtda yeni körpələr evi-uşaq bağçası fəaliyyətə başlayır
Magistr və doktorantlar üçün süni intellekt dəstəkli təlim keçiriləcək
Deputat: Şagirdlərin kitabxanalara maraq göstərmədiyini açıq-aydın müşahidə edirik
Səbinə Əliyeva yenidən Ombdsman seçilib
DİM-də rəqəmsal SAT imtahanı təşkil olunacaq
Milli Məclis Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edəcək

"Pillə-2” Tələbə Tamaşaları Festivalının bağlanış və mükafatlandırma mərasimi keçirilib - FOTO

"Pillə-2” Tələbə Tamaşaları Festivalının bağlanış və mükafatlandırma mərasimi keçirilib - FOTO

İyunun 9-da Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) 100 illik yubileyi münasibətilə “Pillə-2” Tələbə Tamaşaları Festivalının bağlanış və mükafatlandırma mərasimi keçirilib.

Bu barədə "tehsilmedia.info"a ADMİU-dan məlumat verilib.

Bildirilib ki, mərasimdə universitetin rəhbərliyi, professor-müəllim heyəti, tanınmış incəsənət xadimləri və tələbələr iştirak ediblər. “Pillə” festivalı tələbələrin yaradıcılıq prosesinə daha sıx təşviq edilməsi, gənc istedadların aşkarlanması və teatr tədrisi prosesinin aktivləşdirilməsi kimi məqsədləri hədəfləyir.

Əvvəlcə “Pillə-2” Tələbə Tamaşaları Festivalından bəhs edən videoçarx nümayiş olunub.

Tədbirdə çıxış edən ADMİU-nun rektoru professor Ceyran Mahmudova ikinci dəfə keçirilən festivalın əhəmiyyətini vurğulayıb, iştirakçıları və qalibləri təbrik edib.

Professorlar Aydın Talıbzadə, Məryəm Əlizadə, sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Cəfərov, Əməkdar artist Gülşad Baxşıyeva və digər çıxış edənlər iştirakçıları təbrik edərək, onlara gələcək yaradıcılıqlarında uğurlar arzulayıblar.

Sonra qaliblərə “Ən yaxşı tamaşa”, “Ən yaxşı kişi rolu”, “Ən yaxşı qadın rolu” və “Gənc ekspertlərin mükafatı” nominasiyaları üzrə mükafatlar təqdim olunub. Habelə BDU-nun festivaldakı iştirakçılarına diplom verilib.

“Nazirin xanımı” tamaşası (Elməddin Zakirli) “Ən yaxşı kişi rolu”, “Cəhənnəm sakinləri” (Nigar Mürsəlova) “Ən yaxşı qadın rolu” nominasiyası üzrə qalib olub. Həmçinin “Nazirin xanımı” (kurs rəhbəri Gülşad Baxşıyeva) “Ən yaxşı tamaşa”, “Yad” tamaşası isə “Gənc ekspertlərin mükafatı” (“SABAH” qrupları, kurs rəhbəri Ceyhun Dadaşov) nominasiyaları üzrə mükafatlandırılıb.

Qeyd edək ki, iyunun 9-dək davam edən festivalda ADMİU-nun aktyor və rejissor sənəti ixtisası üzrə təhsil alan tələbələrinin tamaşaları, o cümlədən Bakı Dövlət Universitetinin təqdim etdiyi “Yarımçıq qalmış” tamaşası nümayiş olunub. Festivalın qalibləri peşəkar teatrşünasların, tənqidçilərin iştirakı və münsifliyi ilə müəyyənləşib.

"Pillə-2” Tələbə Tamaşaları Festivalının bağlanış və mükafatlandırma mərasimi keçirilib - FOTO

Oxşar xəbərlər

Bütün xəbərlər