Xəbər lentiwidget-title-icon

Bir qrup media işçisi təltif edilib – SƏRƏNCAM
Somali səfiri ADNSU-da olub - FOTO
Özəl universitetlərdə tibb ixtisası açılsın - TƏKLİF
Əmək haqqı ödənişləri elektronlaşdırılacaq
Aqrar sığorta ekspertliyi üzrə imtahana qeydiyyat davam edir
Türkiyədə şagird və tələbələrin nailiyyətləri süni intellektlə qiymətləndiriləcək
İlham Əliyev sammit iştirakçılarına müraciət ünvanlayıb
Təhsil müəssisələrində Zəfərin altıncı ildönümünə həsr olunan silsilə tədbirlər keçiriləcək
MDU-da doktoranturaya ödənişsiz hazırlıq kursu başlayıb
Məleykə Abbaszadə V "Yüksəliş" in qalibləri ilə görüşüb
MİQ-də ehtiyatda qalan namizədlərə şans
Daha bir universitetdə hüquq və tibb ixtisaslarının açılması planlaşdırılır - EKSKLÜZİV
Kollec tələbəsi bıçaqlanıb
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
Tələbə qızların fotolarını yayıb, silmək üçün pul tələb edirlər
Müəllim və tələbələr üçün “İlk yardımın göstərilməsi” mövzusunda təlim keçirilib
BDU Jurnalistika fakültəsinə yeni dekan seçiləcək - NAMİZƏDLƏR
“TəhsilPlus”la ödəniş zamanı yaranan çətinliklərin səbəbi AÇIQLANIB
BMU-nun tələbəsi vəfat edib - FOTO
Kənd məktəblərinə gedən müəllimlər üçün 21 milyon manat ayrılacaq
Şagirdlərin elektron yerdəyişməsi prosesinə başlanılır
“Qırmızı Ürəklər” Təhsil Təqaüd Proqramına müraciət başlayıb
150 məktəbə şagird sayına görə pul ayrılacaq
Bağça müəllimlərinin sertifikatlaşdırılmasında suallar bu mövzulardan olacaq
Google məktəblərə süni intellektdən istifadə şərti qoyur

Sertifikasiyadan kəsilən 2803 müəllimə sonuncu şans – avqustda təkrar imtahan VERƏCƏKLƏR

Sertifikasiyadan kəsilən 2803 müəllimə sonuncu şans – avqustda təkrar imtahan VERƏCƏKLƏR

Bu ilin avqust ayında ötən il sertifikatlaşdırma prosesindən kəsilən müəllimlərin təkrar sertifikasiyası təşkil olunacaq.

tehsilmedia.info xəbər verir ki, bunu Təhsil İnstitutunun İnsan resursları mərkəzinin direktoru Nurlan İsmayılbəyli deyib.

Onun sözlərinə görə, sertifikatlaşdırma qaydalarına uyğun olaraq tarixlərlə bağlı məlumat müəllimlərin şəxsi səhifələrinə bir ay əvvəldən göndəriləcək.

Direktor qeyd edib ki, Azərbaycan Respublikasının əmək məcəlləsinə uyğun olaraq sertifikatlaşdırma prosesində ikinci cəhddə də uğur əldə edə bilməyən müəllimlərin müqaviləsinə xitam veriləcək.

Elm və Təhsil Nazirliyindən AzEdu-az-a verilən məlumata görə, ötən il - 2022-ci ildə təşkil olunan təhsilverənlərin sertifikatlaşdırılması prosesində Bakı Şəhəri üzrə Təhsil İdarəsi, Abşeron-Xızı, Quba-Xaçmaz və Gəncə-Daşkəsən regional təhsil idarələrinə tabe olan, həmçinin Elm və Təhsil Nazirliyinin birbaşa tabeliyindəki ümumi təhsil müəssisələrində çalışan ibtidai sinif müəllimləri cəlb olunmuşdular. Test mərhələsinə dəvət edilən 11665 nəfərdən 11211-i imtahanda iştirak etmiş və onlardan 8843-ü keçid balını toplamışdı.

Müsahibə mərhələsində 8784 nəfər təhsilverən iştirak etmiş və onlardan 8751-i uğur qazanaraq sertifikatlaşdırmadan keçmişdi. Sertifikatlaşdırmadan keçmiş 3127 təhsilverənin vəzifə maaşına 35 faiz, 5624 təhsilverənə isə 10 faiz əlavə təyin edilmişdi.
2022-ci ildə təşkil olunan sertifikatlaşdırılm prosesi zamanı birinci mərhələdən – test imtahanlarından 2427 müəllim 30 baldan az topladığına görə ikinci mərhələyə – müsahibəyə buraxılmamışdı.

İkinci mərhələyə – müsahibəyə buraxılan müəllimlərdən isə 33 nəfər 20 baldan az topladığına görə sertifikatlaşdırmadan keçməmişdi.
Beləliklə, ötən il 2460 ibtidai sinif müəllimi sertifikasiyadan kəsilmişdi.
Qeyd edək ki, 2022-ci ildə sertifikasiya prosesinə çağırılan, lakin iştirak etmək istəməyən müəllimlər də olmuşdu.

Bunları da nəzərə alsaq, ümumilikdə qeyd edə bilərik ki, avqust ayında 2803 nəfər ibtidai sinif müəllimi təkrar sertifikasiya imtahanlarına cəlb olunacaq. Bu, onların sonuncu şansı olacaq.

Xatırladaq ki, sertifikatlaşdırma iki mərhələdən – test və müsahibədən ibarətdir. Test mərhələsində azı 30 bal toplamış təhsilverənlər sertifikatlaşdırmanın müsahibə mərhələsinə buraxılırlar.
Müsahibə mərhələsində azı 20 bal toplamış müəllimlər prosesdən keçmiş hesab edilirlər.

Oxşar xəbərlər

Bütün xəbərlər