Xəbər lentiwidget-title-icon

Daha bir universitetdə hüquq və tibb ixtisaslarının açılması planlaşdırılır - EKSKLÜZİV
Kollec tələbəsi bıçaqlanıb
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
Tələbə qızların fotolarını yayıb, silmək üçün pul tələb edirlər
Müəllim və tələbələr üçün “İlk yardımın göstərilməsi” mövzusunda təlim keçirilib
BDU Jurnalistika fakültəsinə yeni dekan seçiləcək - NAMİZƏDLƏR
“TəhsilPlus”la ödəniş zamanı yaranan çətinliklərin səbəbi AÇIQLANIB
BMU-nun tələbəsi vəfat edib - FOTO
Kənd məktəblərinə gedən müəllimlər üçün 21 milyon manat ayrılacaq
Şagirdlərin elektron yerdəyişməsi prosesinə başlanılır
“Qırmızı Ürəklər” Təhsil Təqaüd Proqramına müraciət başlayıb
150 məktəbə şagird sayına görə pul ayrılacaq
Bağça müəllimlərinin sertifikatlaşdırılmasında suallar bu mövzulardan olacaq
Google məktəblərə süni intellektdən istifadə şərti qoyur
Gimnaziyada 50 minlik MƏNİMSƏMƏ - Nazirlik məhkəməyə üz tutdu
Bağça müəllimlərinin sertifikasiya sənədi açıqlanıb
Müəllimlərdən sonra tələbələrə də nəqliyyat güzəşti təklif olunur
Gəncədəki bağça ilə bağlı iddialar araşdırılıb - RTİ
Türkiyədə təcrübə keçən tələbələr rektorla görüşüb
Sumqayıtda yeni körpələr evi-uşaq bağçası fəaliyyətə başlayır
Magistr və doktorantlar üçün süni intellekt dəstəkli təlim keçiriləcək
Deputat: Şagirdlərin kitabxanalara maraq göstərmədiyini açıq-aydın müşahidə edirik
Səbinə Əliyeva yenidən Ombdsman seçilib
DİM-də rəqəmsal SAT imtahanı təşkil olunacaq
Milli Məclis Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edəcək

500 balla kəsilən abituriyentlər var! – Nəyi yanlış edirlər? - İZAH

500 balla kəsilən abituriyentlər var! – Nəyi yanlış edirlər? - İZAH

“Yalnız abituriyentin balına baxaraq seçim edilə bilməz. Seçim zamanı diqqət yetirilməli olan xüsusi məqamlar var”

tehsilmedia.info AzEdu.az-a istinadən xəbər verir ki, ixtisas seçimi etməzdən əvvəl abituriyent və valideynlə konsultasiya keçirilməli, söhbətlər aparılmalıdır

Abituriyentin 11 illik təhsil həyatı boyunca imtahana hazırlaşması, imtahan prosesi və imtahan nəticəsində topladığı bal nə qədər əhəmiyyətlidirsə, bütün bunların sonunda edilən ixtisas seçimi də o qədər önəm daşıyır. Bu, abituriyentin həyatında həlledici rola malik olan proseslərdən biridir. Ancaq ixtisas seçimi təkcə bala uyğun ixtisasın seçilməsi və kodlaşdırılması ilə bitmir. İxtisas seçimini edən şəxs həm də konsultant olaraq doğru məsləhətləri verməyi bacarmalıdır.

İxtisas eçimində abituriyent və valideynlə aparılan konsultasiyanın əhəmiyyəti nədən ibarətdir? İxtisas seçimində konsultasiya almağın faydaları nələrdir?

Suallarımıza daha ətraflı cavab tapmaq məqsədilə təhsil eksperti Adil Vəliyevə müraciət edilib. Bu barədə açıqlama verən ekspert, ixtisas seçiminin və proses ərzində konsultasiyaların aparılmasının önəmindən danışdı:

“Bəzən ixtisas seçimi dedikdə insanlar düşünür ki, burada çətin bir şey yoxdur. 1 il əvvəlki keçid ballarına baxaraq ixtisas seçimi edərək problemsiz qəbul ola bilər. Bu düşüncədə olan adamlar təssüf ki, kimlərinsə ixtisas seçimini edir. Ona görə də hər il ya yüksək bal toplayan abituriyentlər ya qəbul ola bilmir, ya da istədikləri ixtisasa qəbul olmurlar. 400-500 balla universitetə qəbul ola bilməyən abituriyentlər görmüşük”.

Müsahibimiz deyir ki, yalnız abituriyentin balına baxaraq seçim edilə bilməz. Seçim zamanı diqqət yetirilməli olan xüsusi məqamlar var:

İxtisas seçimi etməzdən əvvəl abituriyent və valideynlə konsultasiya keçirilməli, söhbətlər aparılmalıdır. Konsultasiya zamanı aşağıdakı suallara cavab tapmaq zəruridir.

Hansı ixtisas balınıza uyğundur?

Balınıza uyğun olan ixtisaslara hazırda əmək bazarında tələb varmı?

Sizin həmin ixtisas üçün bacarıqlarınız var və lazımi keyfiyyətlərə sahibsiniz? Və s.

Şagirdin biliyinin, bacarığının, marağının hansı istiqamətdə olduğu müəyyənləşdirilməlidir. Daha sonra abituriyentə uyğun olan ixtisaslar təklif olunmalıdır. Hansı ixtisasları bitirsə, əmək bazarında özünə yer tapa biləcəyi, magistr təhsilini istədiyi ölkədə davam etdirə biləcəyi haqqında məlumatlandırılmalıdır. Qeyd etdiyim nüanslara xüsusilə diqqət yetirilməlidir. Çünki ixtisas seçimi zamanı hansı universitetdə, hansı ixtisası seçdiyinizə diqqət etməlisiniz. Bildiyiniz kimi Azərbaycanda ikili diplom verən ixtisaslar var. Bu kimi detallara bələd olub abituriyenti də məlumatlandırmaq gərəklidir. Bundan əlavə ixtisas seçimində tələbənin aktivliyi, sosial fəaliyyətləri də nəzər alınmalıdır. Tələbəlik həyatını fəaliyyətlərinə uyğun, dolğun şəkildə yaşaya bilməsi üçün məsləhətlər verilməlidir”.

A.Vəliyev ixtisas seçimi zamanı müraciət olunan və əmək bazarında tələbatlı bir neçə sahəyə də diqqət çəkdi:

“Əmək bazarında tələbatlı olan ixtisaslar son bir neçə ildir ki, eynidir. Dəyişən bir şey yoxdur. Yenə də İT, kompüter mühəndisliyi, robot-texnika sahəsində mexanika mühəndisliyi, logistika, maliyyə və mühasibat uçotu, sənaye mühəndisliyi və xüsusilə turizm Azərbaycanda, eləcə də dünyada populyar olan ixtisaslardır”.

Oxşar xəbərlər

Bütün xəbərlər