Xəbər lentiwidget-title-icon

DİM-də TOEFL iBT imtahanı keçiriləcək
MDU-da müasir tədris üçün yeni İMKANLAR
“Zəif maliyyələşən elm və təhsil rəqabətədavamlı ola bilməz...”- EKSPERT
Azad edilən torpaqlarda çalışan müəllimlərlə görüşlər keçirilib
Türkiyə-Azərbaycan Universitetinin rektoru Hacettepe Universitetində görüşlər keçirib
"Son 10 ildə fənn müəllimlərində irəliyə doğru köklü dəyişikliklər var" - Emin Əmrullayev
195 magistrant təhsil haqqından azad EDİLDİ
23 Çin vətəndaşı Azərbaycanda təhsil alacaq
"Türkiyə ilə Azərbaycanın arasına nifaq salmaq istəyənlər var" - Sabir Rüstəmxanlıdan sərt MESAJ
"Bir-birimizi tərifləmək əvəzinə, problemləri həll etməliyik" - Emin Əmrullayevdən sərt XƏBƏRDARLIQ
Beynəlxalq Müəllimlər Günü münasibətilə təhsil işçiləri təltif ediliblər
Bu ölkədə 500-ə yaxın məktəb bağlanacaq
1000 nəfər müəllimi əhatə edən ixtisasartırma təlimlərinə başlanılır
Dövlət qulluğu imtahanı: buraxılış vərəqəsi çap edilə bilər
Emin Əmrullayev: “Müəllimin işi asanlaşmayıb, əksinə, çətinləşib”
Süni intellektdən istifadə etməyənlər yaxşı müəllim sayıla bilməz - Emin Əmrullayev
"VƏTƏN FƏDAİLƏRİ" LAYİHƏSİ NAXÇIVANDA TƏQDİM OLUNDU
MÜTDA müəllimləri belə təbrik etdi...
ADNSU doktorantları Qazaxıstanda tədqiqat təcrübəsi keçiblər
Emin Əmrullayev təhsilin 3 əsas hədəfindən DANIŞDI
Nazirdən müəllimlərə TƏBRİK
5 OKTYABR — MÜƏLLİMİN GÜNÜDÜR, BƏS MÜƏLLİMİN ÖMRÜ KİMİNDİR?..
Bağçadan başlayan dəyişiklik: Təhsilin ən vacib mərhələsinə yeni baxış
322 nömrəli məktəbdə 128 840 manatlıq yığım iddiası: adlar açıqlanır, müraciətlər edilir - Bəs araşdırmanın nəticəsi haradadır?
Bağçalarda ilk akkreditasiya bu ilin sonunadək keçiriləcək

Sumqayıt Dövlət Universitetində “Horizon Avropa” layihəsi barədə infosessiya keçirilib - FOTO

Sumqayıt Dövlət Universitetində “Horizon Avropa” layihəsi barədə infosessiya keçirilib - FOTO

Sumqayıt Dövlət Universitetində (SDU) gənc tədqiqatçılar üçün Avropa Komissiyasının Tədqiqat və İnnovasiya Proqramı olan “Horizon Avropa” üzrə təlimlər keçirilib.

tehsilmedia.info xəbər verir ki, universitetin rəhbərliyi və əməkdaşlarının iştirakı ilə baş tutan təlimlərdə Rəqəmsal, Sənaye və Kosmos, Cost, MSCA üzrə təmsilçilər iştirak ediblər.

Tədbiri giriş nitqi ilə açan universitetin rektoru Rüfət Əzizov təlimlərin Avropa İttifaqının Tədqiqat və İnnovasiyanı maliyyələşdirən “Horizon” proqramı ilə bağlı olduğunu bildirib, təlim iştirakçılarına proqram barədə məlumat verib. Dünyanın ən böyük  proqramı  “Horizon”  büdcəsinin 2014-2020-ci ildə 80 milyard avro, 2020-2027-ci ildə isə 95.5 milyard avro təşkil etdiyini qeyd edən R.Əzizov proqramın Avropanın dünyadakı rəqabət qabiliyyətini təmin edən maliyyə vasitəsi olduğunu  xatırladıb: “Tədqiqatı və innovasiyaları dəstəkləyən “Horizon-2020” proqramı 3 istiqamətdə fəaliyyət göstərir: Qabaqcıl elm, Sənaye liderliyi, Sosial çağırışlar. Hamı üçün açıq olan proqram bürokratik prosedurlardan qaçan praktika kimi cəlbedicidir”.

“Horizon-Avropa” layihəsi kimi beynəlxalq layihələrə qoşulmağın universitetin reytinq cədvəllərində yer tutmasına təsirini qeyd edən R.Əzizov SDU-nun belə layihələrdə iştirakda maraqlı olduğunu söyləyib: “Sumqayıt Dövlət Universiteti olaraq düşünürük ki, bu layihə elmi-potensialın güclənməsi və gənc alimlərin tədqiqatçılıq ruhunun güclənməsində müstəsna rola malikdir”.

Rəqəmsal, Sənaye və Kosmos üzrə təmsilçi Məmməd Həşimov təlim proqramının hədəfləri, yeniliklər, yeni çağırış mexanizmləri, proqrama qoşulma yolları və maliyyə imkanları haqqında ətraflı məlumat verib.

Avropa Tədqiqatları Mərkəzi və COST Action üzrə təmsilçi, Təhsildə Keyfiyyət Təminatı Agentliyinin Departament direktoru İlham Hümbətov Avropanın elm, texnologiya və ictimai çağırışlarına cavab vermək qabiliyyətini artırmaq məqsədilə tədqiqatçılara şəbəkələşmə imkanları təqdim etməyin COST proqramının əsas vəzifələrini təşkil etdiyini bildirib. Məruzəçi bu proqramın Azərbaycan alimlərinin Avropanın digər ölkələrinin alimləri ilə əlaqələr qurması üçün böyük imkanlar açdığını deyib.

MSCA üzrə təmsilçi Zaur Həsənov proqramın imkanları, “Horizon Avropa” çərçivəsində yeniliklər, ayrılmış büdcə, maliyyə mexanizmləri, doktorant və postdoktorant səviyyəsində fərdi və kollektiv mübadilə qrantları, onlara müraciət yolları haqqında danışıb.

Təlimin sonunda “Horizon Avropa” çərçivəsində gerçəkləşən layihələr barədə fikir mübadiləsi aparılıb.

Sumqayıt Dövlət Universitetində “Horizon Avropa” layihəsi barədə infosessiya keçirilib - FOTO

Oxşar xəbərlər

Bütün xəbərlər