Xəbər lentiwidget-title-icon

AzTU komandaları beynəlxalq olimpiadada qalib olub
AzMİU-da 8 Noyabr - Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
Bir qrup media işçisi təltif edilib – SƏRƏNCAM
Somali səfiri ADNSU-da olub - FOTO
Özəl universitetlərdə tibb ixtisası açılsın - TƏKLİF
Əmək haqqı ödənişləri elektronlaşdırılacaq
Aqrar sığorta ekspertliyi üzrə imtahana qeydiyyat davam edir
Türkiyədə şagird və tələbələrin nailiyyətləri süni intellektlə qiymətləndiriləcək
İlham Əliyev sammit iştirakçılarına müraciət ünvanlayıb
Təhsil müəssisələrində Zəfərin altıncı ildönümünə həsr olunan silsilə tədbirlər keçiriləcək
MDU-da doktoranturaya ödənişsiz hazırlıq kursu başlayıb
Məleykə Abbaszadə V "Yüksəliş" in qalibləri ilə görüşüb
MİQ-də ehtiyatda qalan namizədlərə şans
Daha bir universitetdə hüquq və tibb ixtisaslarının açılması planlaşdırılır - EKSKLÜZİV
Kollec tələbəsi bıçaqlanıb
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
Tələbə qızların fotolarını yayıb, silmək üçün pul tələb edirlər
Müəllim və tələbələr üçün “İlk yardımın göstərilməsi” mövzusunda təlim keçirilib
BDU Jurnalistika fakültəsinə yeni dekan seçiləcək - NAMİZƏDLƏR
“TəhsilPlus”la ödəniş zamanı yaranan çətinliklərin səbəbi AÇIQLANIB
BMU-nun tələbəsi vəfat edib - FOTO
Kənd məktəblərinə gedən müəllimlər üçün 21 milyon manat ayrılacaq
Şagirdlərin elektron yerdəyişməsi prosesinə başlanılır
“Qırmızı Ürəklər” Təhsil Təqaüd Proqramına müraciət başlayıb
150 məktəbə şagird sayına görə pul ayrılacaq

Gürcüstan mətbuatında akademik Zərifə Əliyeva haqqında məqalə dərc olunub - FOTO

Gürcüstan mətbuatında akademik Zərifə Əliyeva haqqında məqalə dərc olunub - FOTO

Gürcüstanın nüfuzlu "Sakartvelos Respublika” qəzetində Azərbaycanın görkəmli oftalmoloqu, Azərbaycan SSR Elmlər Akademiyasının həqiqi üzvü, əməkdar elm xadimi, tibb elmləri doktoru, professor Zərifə Əliyevanın anadan olmasının 100 illiyinə həsr olunmuş "Heydər Əliyevin sədaqətli ömür-gün yoldaşı” sərlövhəli məqalə dərc olunub.

Bu barədə "tehsilmedia.info"a Diasporla İş üzrə Dövlət Komitəsindən bildirilib.

Məqalədə görkəmli dövlət və ictimai-siyasi xadim Əziz Əliyevin ailəsində dünyaya göz açan Zərifə Əliyevanın mənalı həyatı və çoxşaxəli fəaliyyəti barədə geniş məlumat verilib. Azərbaycan mədəniyyətinin, musiqisinin, elminin inkişafına nail olan böyük söz və sənət adamları – Üzeyir Hacıbəyov, Müslim Maqomayev, Mirəsədulla Mirqasımov, Bülbül, Səməd Vurğun və başqa görkəmli şəxsiyyətlərlə ailəvi və mənəvi yaxınlıq telləri ilə sıx bağlı olan bir mühitdə boya-başa çatan Zərifə xanımın zəngin mənəviyyata sahib əsl ziyalı kimi ölkəmizdə tibb sahəsinin inkişafına əhəmiyyətli töhfələr bəxş etdiyinə diqqət cəlb olunub.

Akademik Zərifə Əliyevanın oftalmologiya sahəsində monumental araşdırmalar apardığı, onun təşəbbüsü ilə Azərbaycanda oftalmologiya məktəbinin ilk tədqiqat mərkəzi olaraq ixtisaslaşdırılmış elmi-tədqiqat laboratoriyasının yaradıldığı, həkimlik etikasını bütün elmi və pedaqoji fəaliyyəti boyu daim diqqət mərkəzində saxladığı, ölkəmizdə yüksək ixtisaslı kadrların hazırlanması işinə gərgin əmək sərf etdiyi, gənc alimlərin və həkim-oftalmoloqların böyük bir nəslini formalaşdırdığı nəzərə çatdırılıb. Oftalmologiyanın inkişafına verdiyi böyük töhfəyə – görmə orqanının peşə patologiyası sahəsində apardığı elmi tədqiqatlara görə akademik M.İ.Averbax adına mükafata layiq görülən ilk qadın oftalmoloq olduğu bildirilib.

Azərbaycanda traxomanın sosial xəstəlik kimi ləğvinə nail olunmasının məhz Zərifə xanımın adı ilə bağlı olduğu vurğulanıb: "Bu sahə üzrə ixtisaslaşaraq elmlər namizədi dərəcəsinə yüksələn Zərifə xanımın təklif etdiyi müalicə metodu tezliklə bütün respublikada tətbiq edilir və Azərbaycan bu xəstəlikdən xilas olur”.

Eyni zamanda Zərifə xanımın vəfalı ömür-gün yoldaşı, qayğıkeş ana olduğu bildirilib: "Enişli-yoxuşlu ömür yollarında birgə addımladığı həyat yoldaşı, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev gərgin fəaliyyətlə məşğul olan, həyatını bütövlükdə Azərbaycana həsr edən böyük şəxsiyyət kimi yorulmadan müqəddəs amallar yolunda öz qüvvəsini əsirgəmirdi. Bu ocaqda iki övlad böyüyüb – ata-anasına layiq, qəlblərində daim Azərbaycan sevgisi yaşadan, vətənimizin qüruru sayılan övladlar...”

Oxşar xəbərlər

Bütün xəbərlər