Xəbər lentiwidget-title-icon

AzTU komandaları beynəlxalq olimpiadada qalib olub
AzMİU-da 8 Noyabr - Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
Bir qrup media işçisi təltif edilib – SƏRƏNCAM
Somali səfiri ADNSU-da olub - FOTO
Özəl universitetlərdə tibb ixtisası açılsın - TƏKLİF
Əmək haqqı ödənişləri elektronlaşdırılacaq
Aqrar sığorta ekspertliyi üzrə imtahana qeydiyyat davam edir
Türkiyədə şagird və tələbələrin nailiyyətləri süni intellektlə qiymətləndiriləcək
İlham Əliyev sammit iştirakçılarına müraciət ünvanlayıb
Təhsil müəssisələrində Zəfərin altıncı ildönümünə həsr olunan silsilə tədbirlər keçiriləcək
MDU-da doktoranturaya ödənişsiz hazırlıq kursu başlayıb
Məleykə Abbaszadə V "Yüksəliş" in qalibləri ilə görüşüb
MİQ-də ehtiyatda qalan namizədlərə şans
Daha bir universitetdə hüquq və tibb ixtisaslarının açılması planlaşdırılır - EKSKLÜZİV
Kollec tələbəsi bıçaqlanıb
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
Tələbə qızların fotolarını yayıb, silmək üçün pul tələb edirlər
Müəllim və tələbələr üçün “İlk yardımın göstərilməsi” mövzusunda təlim keçirilib
BDU Jurnalistika fakültəsinə yeni dekan seçiləcək - NAMİZƏDLƏR
“TəhsilPlus”la ödəniş zamanı yaranan çətinliklərin səbəbi AÇIQLANIB
BMU-nun tələbəsi vəfat edib - FOTO
Kənd məktəblərinə gedən müəllimlər üçün 21 milyon manat ayrılacaq
Şagirdlərin elektron yerdəyişməsi prosesinə başlanılır
“Qırmızı Ürəklər” Təhsil Təqaüd Proqramına müraciət başlayıb
150 məktəbə şagird sayına görə pul ayrılacaq

MEK tərəfindən “Zərifə Əliyeva - 100” adlı elektron layihə istifadəyə verilib

MEK tərəfindən “Zərifə Əliyeva - 100” adlı elektron layihə istifadəyə verilib

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Mərkəzi Elmi Kitabxanası (MEK) tərəfindən ərsəyə gələn "Zərifə Əliyeva - 100” adlı elektron layihəsinin təqdimatı keçirilib.

Bu barədə "tehsilmedia.info"a MEK-dən məlumat verilib.

Təqdimat mərasimində çıxış edən MEK-in baş direktoru professor Məmməd Əliyev bildirib ki, 2023-cü ilin aprel ayında görkəmli alim, Əməkdar elm xadimi, tibb elmləri doktoru, akademik Zərifə Əliyevanın anadan olmasının 100 ili tamam olur.

"Yubileyini qeyd etdiyimiz akademik Zərifə Əliyeva zəngin mənəviyyata sahib mənalı ömür yolu keçib, əhatəli elmi fəaliyyəti ilə ölkəmizdə tibb sahəsinin, xüsusilə oftalmologiyanın inkişafına əhəmiyyətli töhfələr vermiş mənəvi və insani keyfiyyətləri ilə Azərbaycan qadınının nümunəvi obrazını özündə ehtiva edir. Akademik Zərifə Əliyevanın ömür yolu qazanılan uğurlarla zəngindir. Oftalmologiyanın inkişafına verdiyi böyük töhfəyə görə Zərifə Əliyeva bu sahədə ən yüksək mükafata – SSRİ Tibb Elmləri Akademiyasının akademiki M.İ.Averbax adına mükafatına layiq görülən ilk qadındır. O, respublikada yüksəkixtisaslı kadrların hazırlanması işinə gərgin əmək sərf edib, gənc alimlərin, oftalmoloqların böyük bir nəslini formalaşdırıb. Ümummilli Lider Heydər Əliyevin vəfalı ömür-gün yoldaşı, sədaqətli dostu və etibarlı silahdaşı, bu gün dünya liderləri arasında tanınan möhtərəm Prezidentimizin anası Zərifə xanım Əliyeva xalqımız tərəfindən hər zaman ehtiramla yad olunacaq, onun xalq qarşısında, Azərbaycan səhiyyəsi qarşısında misilsiz xidmətləri daim minnətdarlıq hissi ilə qeyd ediləcək. Prezident İlham Əliyevin "Akademik Zərifə Əliyevanın 100 illik yubileyinin qeyd edilməsi haqqında” Sərəncamına əsasən ölkədə silsilə tədbirlər keçirilir.

Mərkəzi Elmi Kitabxananın "Zərifə Əliyeva - 100” adlı elektron layihəsi artıq oxucuların istifadəsinə verilib. Bundan əlavə, tezliklə Zərifə Əliyeva biblioqrafiyası da oxuculara təqdim olunacaq”,- deyə baş direktor diqqətə çatdırıb.

Məmməd Əliyev vurğulayıb ki, kitabxanada görkəmli alimin zəngin və çoxşaxəli həyat və fəaliyyətini əks etdirən nəşrlərdən ibarət sərgi də təşkil olunub.

MEK-in Avtomatlaşdırma və proqram təminatı şöbəsinin müdiri Natavan Hacıyeva təqdimatı keçirilən elektron baza haqqında ətraflı məlumat verib. Bildirilib ki, 6 bölmədən ibarət elektron resursda materiallar PDF formatında təqdim edilib. Burada görkəmli oftalmoloqun elmi və ictimai fəaliyyətini əks etdirən yazılar, öz əsərləri, haqqında yazılan əsərlər, eləcə də nailiyyətləri təqdim edilib. Həmçinin elektron resursda dövri mətbuat materialları - 1960-cı ildən başlayaraq respublika və keçmiş SSRİ-nin qəzet və jurnallarında dərc olunan və akademik Zərifə Əliyevanın elmi nailiyyətlərini əks etdirən minə yaxın analitik yazı xronoloji ardıcıllıqla verilib. Elektron resursun Fotoqalereya bölməsində görkəmli akademikin şəkillərdən ibarət videomaterial yerləşdirilib. "Zərifə Əliyeva - 100” adlı elektron layihə alimlərin, magistr və tələbələrin, eləcə də geniş oxucu kütləsinin müraciət edəcəyi elmi mənbə olacaq.

Oxşar xəbərlər

Bütün xəbərlər